DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı
Diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıqla bağlı cinayət işi başlanılıb.
Ölkə.az xəbər verir ki, Azərbaycan Respublikası vətəndaşlarının digər ölkə vətəndaşları ilə əlbir olaraq xarici dövlətlər arasında qaçaqmalçılıq cinayətlərinin törədilməsində iştirak etmələri faktı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə cinayət təqibi həyata keçirilir.
Araşdırmalar zamanı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Məmmədov Qəhraman Şamil oğlunun digər Azərbaycan Respublikasının vətəndaşı Qasımov Anar Əli oğlu və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə Respublikasına daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində Amerika Birləşmiş Ştatlarından Türkiyə Respublikasına gəlib, həmin gün Anar Qasımov tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulub, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib. Daha sonra Qəhraman Məmmədov bu qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.220.900 (on milyon iki yüz iyirmi min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.
Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.
Həmçinin, qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Qəhraman Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1255 Tarix: 29 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda xəyanətə görə təzminat: Məbləğ necə müəyyənləşəcək? - VƏKİLDƏN AÇIQLAMA
Azərbaycanda həyat yoldaşının xəyanətinə görə mənəvi təzminat tələb etmək artıq hüquqi müstəvidə mümkün olan məsələlərdən biridir. Ali Məhkəmənin Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarı ilə şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası ilə bağlı məhkəmə təcrübəsinə yeni yanaşmala
11:30 139 Aİ-dən Qəzza ilə bağlı QƏTİ MÖVQE: Fələstinlilərin köçürülməsi rədd edildi
Avropa İttifaqı (Aİ) Qəzza zolağında fələstinlilərin köçürülməsi ilə bağlı hər hansı cəhdi rədd edib. bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir. Məlumata əsasən, Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Kristian Viqand sentyabrın 4-də keçirilən mətbuat konfransında Aİ-nin Qəzz
06.09.2026 244 Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Ba
06.09.2026 296 Ermənistana xəbərdarlıq: Rusiya ilə viza rejimi tətbiq edilərsə...
Rusiya ilə Ermənistan arasında viza rejiminin tətbiqi İrəvan üçün ağır zərbə ola bilər. xəbər verir ki, Ermənistanın keçmiş Milli Məclis üzvü Arman Abovyan "nsn.fm"ə müsahibəsində viza rejiminin tətbiqinin mümkün risklərini açıqlayıb. "Əgər iqtisadi əlaqələrin dağılmasından sonra turis
11:03 102 Başqasının kosmetikasından "ortaq" istifadə etmək olmaz - Nazirlik
"Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır". "Qafqazinfo" xəbər verir ki, bunu Səhiyy
11:34 88 İsrail ordusu Qəzzada qoşunlara hücuma cavab olaraq HƏMAS-ın infrastrukturuna zərbələr endirib
İsrail ordusu bazar ertəsi səhəri bildirib ki, İsrail ordusu gecə saatlarında Qəzza zolağında HƏMAS terrorçularının infrastrukturuna zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, hərbçilərin bildirdiyinə görə, zərbələr bazar günü Sarı Xəttdə İsrail Müdafiə Qüvvələrinin mühəndisli
12:20 0 Pakistan ordusu Əfqanıstanla sərhəddə 20-dən çox terrorçunu məhv edib
Pakistanın təhlükəsizlik qüvvələri sentyabrın 3-dən 5-dək Xeybər-Paxtunxva vilayətində baş verən bir neçə toqquşma zamanı 20-dən çox terrorçunu məhv edib. "Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi media resursu olan ISPR məluma
06.09.2026 238 Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər
06.09.2026 224 FT: Trampın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşüb
ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib. "Report" xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir. Materialda qeyd olunu
06.09.2026 227