Qurban Qurbanov: "Hesab oyuna görə olmadı"

Qurban Qurbanov: "Hesab oyuna görə olmadı"Hesab oyuna görə olmadı.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Fransanın "Lion" komandasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

"Azakeşlərimizə təşəkkür edirəm. Soyuq havada komandamıza dəstək oldular. Oyuna gəlincə, hesab üzücü oldu. Futbol bu cür səhvləri bağışlamır. Xüsusi ilə ikinci qol zamanı Kevin Medinadan bu cür səhv gözləmirdik. Buraxılan qola görə Medinaya hər hansısa iradım yoxdu. Çünki texniki səhv idi. Həqiqətən futbolçularımdan razı qaldım. Çünki hər iki hissədə qol imkanlarımız oldu. Hesab oyuna görə olmadı".

O, rəqib komandanın hücumçularının ustalıq səviyyəsinin yüksək olduğunu deyib:

"Lion" həqiqətən yaxşı futbolçulardan təşkil olunub. Hücumçuları hər zaman eyni tempdə çıxış edirlər. Tam olaraq bəxtimiz gətirmədi demək istəmirəm".

Q.Qurbanov pley-off mərhələsinə yüksəlmək şanslarının qaldığını söyləyib:

"Etiraf etməliyik ki, rəqiblərimiz bizimlə oyunlara çox ciddi yanaşırlar. Avropa futbolu günü-gündən inkişaf edir. Lakin biz öz mübarizəmizi aparırıq. Qarşıda bizi daha 3 oyun gözləyir. Düşünürəm ki, niyə də uğur qazanmayaq. Sona qədər mübarizə aparacağıq".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ" evdə "Lion"a 1:4 hesabı ilə məğlub olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 851   Tarix: 29 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda faizsiz kredit verən banklar yaradılacaq - YENİLİK

Azərbaycanda İslam bankçılığı sistemi 2026-cı ildən maliyyə sektorunda yenidən tətbiq olunmağa başlanıb. Hazırda iki bankda - Azərbaycan Beynəlxalq Bankı və Rabitəbankda İslam bankçılığı guşəsi var. Bu istiqamətdə hüquqi və tənzimləyici bazanın formalaşdırılması üçün işlər davam edir. Məqsəd ənənəv

24.02.2026 252
.

Süni intellekt və psixoloji sağlamlıq: nəyi bilməliyik?

"Süni intellektlə danışmaq, ondan məsləhət almaq və fikirlərini bölüşmək bir çox insan üçün müəyyən dərəcədə rahatladıcı ola bilər. Çünki AI 24/7 əlçatandır, mühakimə etmir və səbirli şəkildə cavab verir". Bunu BİG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib. O, qeyd edi

24.02.2026 235
.

Rusiya XİN-dən ukraynalı uşaqlarla bağlı açıqlama

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Donbas və Novorossiyadan olan yetkinlik yaşına çatmayanlar dərsliklərdə deyil, real həyatda qarşılaşdıqları dəhşətlər səbəbindən "yaşlarından daha tez yetkinləşiblər". xarici mediaya istinadən xəbər verir ki, o, bu açıqlaman

24.02.2026 273
.

Macarıstan Ukraynaya 90 milyard avroluq krediti blokladı

Macarıstanın Ukraynaya 90 milyard avroluq Avropa Birliyi (AB) kreditini bloklaması Avropa rəsmilərini məyus edib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Politico məlumat yayıb. Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna ərazisindən Macarıstan və Slovakiyaya Rusiya neftinin tranziti il

24.02.2026 251
.

Türkiyənin ən varlılarının siyahısı açıqlandı - Biri Bayraktardır

"Forbes" Türkiyənin ən varlı insanların siyahısını açıqlayıb. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, siyahıya görə, "Chobani" şirkətinin sahibi Hamdi Ulukaya 13,5 milyard dollarlıq şəxsi sərvəti ilə birinci yerdə qərarlaşıb. İkinci sırada isə 5,3 milyard dolla

24.02.2026 223
.

Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: "Kənddən Çinə getmək asan deyil"

Dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə illik təxminən 82 min ABŞ dolları dəyərində təhsil paketindən 72 min dollar təqaüd qazanan ilk azərbaycanlı - Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova -la təəssüratını bölüşüb. Nilufər Şükürova bildiri

24.02.2026 510
.

Kim Kardaşyana bənzəmək üçün əməliyyat etdirən məşhur ÖLDÜ

Kim Kardaşyana bənzəmək üçün keçirdiyi onlarla estetik əməliyyatla dünya mətbuatının diqqət mərkəzində olan 34 yaşlı realiti-şou ulduzu və sosial media fenomeni Cordan Ceyms Park, Londonda yaşadığı rezidensiyada ölü tapılıb. xarici mediaya istinadla xəbər verir ki, "Dodaq Kralı" (Lip King

24.02.2026 367
.

Dünya təcrübəsi Azərbaycanda: təqaüdçülər öz bankını seçə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünyanın bir çox ölkəsində təqaüdçülər öz pensiyalarını istədikləri bankdan ala bilirlər ki, bu da həm onların seçim azadlığını təmin edir, həm də banklar arasında rəqabəti gücləndirərək xidmət keyfiyyətini artırır. Belə sistemdə vətəndaşlar öz rahatlıqlarına və üstünlüklərinə uyğun bankı seçə bilir

24.02.2026 350
.

Tayland: Kamboca sərhəddə qumbaraatanla atəşkəsi pozub

Tayland ordusu Kambocadan ərazisinə qumbaraatan atıldığını iddia edərək, Pnompen hökumətinin atəşkəsi pozduğunu və özünümüdafiə məqsədilə cavab verdiyini iddia edib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında yayımlanan açıqlamada Taylan

24.02.2026 306
.

TOP MP3