Braziliyalı nazir: Karbon bazarının yaradılması ekoloji bütövlüyün təmin edilməsi üçün prioritetdir
Karbon bazarının yaradılması ekoloji bütövlüyün təmin edilməsi üçün prioritetdir.
"Report" xəbər verir ki, bunu Braziliyanın ətraf mühit və iqlim naziri Marina Silva COP29-un bağlanış plenar iclasının birinci hissəsinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
"6.2 və 6.4-cü maddələr mürəkkəb və yüksək texniki sənədlərdir ki, onlar həm də bir çox ölkələrin milli qanunvericiliyinin aspektlərini əhatə edir. Bu, heç vaxt alver predmeti kimi qəbul edilməyib: karbon bazarının yaradılmasını təkcə inkişaf etmiş deyil, həm də bir çox inkişaf etməkdə olan ölkələr dəstəkləyib. Beləliklə, bu təşəbbüs çoxsaylı ölkələr üçün ümumi vəzifəyə çevrilib. Müzakirə prosesi doqquz il davam edib - bu, həqiqətən uzun və çətin yol olub. Layihənin qəbulundan sonra səslənən alqışlar bütün iştirakçıların bu mərhələni başa çatdırmağa can atdığını aydın göstərdi. İndi biz irəli gedə, davamlı və ekoloji dayanıqlığı təmin edəcək karbon bazarı yarada bilərik. Bu, bizim əsas prioritetimiz olaraq qalır", - nazir qeyd edib.
M.Silva həmçinin qeyd edib ki, ötən həftə Braziliyada milli karbon bazarı təsdiqlənib.
Nazir vurğulayıb ki, onun reallaşdırılması ölkə prezidenti Luis İnasiu Lula da Silvanın təsdiqindən sonra beynəlxalq karbon bazarının tətbiqi ilə paralel həyata keçiriləcək.
"Bu, ekoloji bütövlüyü təmin etməyə, beynəlxalq standartlara uyğun nəzarət mexanizmlərini yaratmağa imkan verəcək", - deyə o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 688 Tarix: 24 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930