200 il sonra ilk qadın edam olunacaq
ABŞ-ın Tennessi ştatında 1819-cu ildən bəri ilk dəfə qadının edam edilməsinə hazırlıq görülür: söhbət Krista Paykdan gedir. Onun barəsində çıxarılan ölüm hökmünün sentyabrın sonunda icra olunması planlaşdırılır.
BiG.AZ lent.az-a istinadən bildirir ki, Paykın işi hüquq müdafiəçilərinin və ekspertlərin diqqətini çəkib. Onlar bu işdə ABŞ məhkəmə sistemindəki bəzi problemlərin əlamətlərinin olduğunu bildirirlər.
Payk 1996-cı ildə 19 yaşlı Kollin Slemmerin amansızlıqla öldürülməsinə görə ölüm cəzasına məhkum edilib.
Cinayət 1995-ci ildə baş verib və həmin vaxt Paykın 18 yaşı olub.
İstintaq materiallarına görə, o, digər şəxslərlə birlikdə qurbanı meşəyə aparıb. Burada təxminən yarım saat ərzində qızı döyüb və ona çoxsaylı bıçaq xəsarətləri yetirib.
Daha sonra Payk öldürülən qadının kəllə sümüyünün bir parçasını özündə kimi saxlayıb.
Paykın vəkilləri Tennessi ştatının qubernatoru Bill Liyə əfv müraciəti təqdim edərək ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəz olunmasını istəyiblər.
Müdafiə tərəfinin əsas arqumentlərindən biri qadının ağır uşaqlıq keçirməsidir. Vəkillərin sözlərinə görə, Payk uşaqlıq illərində fiziki və cinsi zorakılığa məruz qalıb, həmçinin ona psixi pozuntu diaqnozu qoyulub.
Psixoloqlar bildirirlər ki, cinayət baş verən vaxt onun cəmi 18 yaşı vardı və beyin inkişafı hələ tam başa çatmamışdı. Eyni zamanda uşaqlıqda yaşadığı travmalar onu psixoloji baxımdan daha həssas vəziyyətə salıb.
Hüquqşünaslar ilkin məhkəmə prosesində də bir sıra prosedur pozuntularının olduğunu iddia edirlər. Onların sözlərinə görə, həmin vaxt Paykın vəkili hökmə təsir göstərə biləcək yüngülləşdirici halları məhkəməyə lazımi şəkildə təqdim etməyib.
Payk səhhəti ilə bağlı arqumentlərə də istinad edir. O bildirir ki, ölüm hökmünün kişilər üçün nəzərdə tutulan həbsxanada və kişilərdən ibarət heyət tərəfindən icra edilməsi uşaqlıqda yaşadığı zorakılıqlar səbəbindən ona əlavə psixoloji iztirab verə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 795 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb
Ermənistanın bir neçə icmasında seçkiqabağı korrupsiya ilə əlaqədar açılmış cinayət işləri çərçivəsində həbslər həyata keçirilir. -ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Antikorrupsiya Komitəsindən bildirilib. Qurum Artikdə müxalifət nümayəndələrinin saxlanılması il
17:10 140 "Yaşıl enerji dəhlizi"nə investisiyalar 22 milyard avro məbləğində qiymətləndirilib
Xəzər regionundan Avropaya bərpa olunan enerjinin tədarükü üzrə "Yaşıl enerji dəhlizi" (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsinə ümumi investisiyalar təxminən 22,1 milyard avro məbləğində qiymətləndirilir ki, bunun da 14,3 milyard avrosu ötürücü infrastrukturun yaradılmas
16:10 156 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur - Foto/Video
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur. A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhmə
12:07 375 Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq
16:27 309 Dövlət içində dövlət: Türkiyənin sirli "Menzil" şəbəkəsi
FETÖ getdi, "Menzil" gəldi? - Türkiyədə yeni güc savaşı. Türkiyədə dini təriqətlərin dövlət idarəçiliyinə təsiri uzun illərdir müzakirə mövzusudur. Xüsusilə 15 iyul 2016-cı ildə baş vermiş uğursuz hərbi çevriliş cəhdindən sonra bu müzakirələr daha ciddi xarakter alıb. Fətullah Gülən hərəkatını
23.10.2026 411 "Əsas müttəfiqiniz Mehriban xanımdır"
"44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağılasığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hə
23.10.2026 355 Lamin Yamal "Qızıl top" mükafatına getmək üçün təyyarə icarəyə götürdü
"Barselona"nın 19 yaşlı qanad oyunçusu Lamin Yamal ailəsi ilə birlikdə İngiltərənin London şəhərində keçiriləcək "Qızıl top" mərasiminə getmək üçün şəxsi təyyarə icarəyə götürüb. -ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı oyunçunun əsas namizəd olduğu mükafat oktyabrı
23.10.2026 374 Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin YENİ TƏFƏRRÜATI
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub. -ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir. O, "Əxi Emin" ləqəbi ilə tanınır, kriminall
16:25 235 Ofelya Şabanova efirdə ingiliscə danışdı
Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz
23.10.2026 511