COP29-un tarixi uğuru: karbon bazarına "yaşıl işıq" - ŞƏRH
Azərbaycanda keçirilmiş COP29-da əldə edilən tarixi uğur İqlim üzrə Paris sazişinin 6-cı maddəsinin tam razılaşdırılması olub.
"Report" xəbər verir ki, 10 ilə yaxın bu maddə üzrə aparılan danışıqlar heç bir nəticə vermirdi və bununla da iqlim dayişiklikləri ilə mübarizəyə əlavə vəsait cəlb edilməsinə mane olurdu.
Ötən il Dubayda keçirilən COP-28 zamanı Paris sazişinin 6.4 maddəsinin razılaşdırılmasına böyük ümidlər bəslənilsə də, bu mümkün olmadı. Bakıda isə tərəflər Sazişin 6.2, 6.4 və 6.8 maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tam nəzarəti altında fəaliyyətinə yaşıl işıq yandırdı.
Altıncı maddə ümumiyyətlə ölkələr arasında mitiqasiya tədbirlərinin nəticələrinə dair əməkdaşlıq edilməsini nəzərdə tutur. Dövlətlər karbon qazlarının emissiyasının azaldılması və bu qazların meşələr vasitəsilə emal edilməsi üzrə həyata keçirdikləri tədbirləri barədə bir-birinə hesabat verməli, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrində (NDC) bunu göstərməlidirlər.
Paris Sazişinin 6.4-cü maddəsi iqlim fəaliyyətinə dair hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının yaradılması, karbon kreditlərinin verilməsini nəzərdə tutur. Artıq dövlətlər ikitərəfli deyil, UNFCCC-nin cəlb olunması və nəzarəti ilə əməkdaşlığı həyata keçirəcək, bir-birlərinə karbon kreditləri sata biləcəklər.
Bu mexanizm çərçivəsində hər bir dövlətin illik karbon qazı emissiyası norması müəyyənləşəcək. Normadan az CO2 qazını emissiya edən dövlətə istifadə etmədiyi payı normalardan artıq karbon qazı buraxan dövlətlərə satmağa imkanı yaradılacaq. Misal üzərində bunu izah etsək, deyə bilərik ki, məsələn, BMT Azərbaycana illik maksimum 500 ton CO2 qazı emissiyası norması müəyyən edir. Azərbaycanda daha çox "yaşıl enerji"dən istifadə edildiyi üçün ildə 400 ton karbon qazı atmosferə buraxılır. Qalan 100 ton kvotanı isə Azərbaycan istənilən dövlətə sata bilər. Üzərinə düşən normadan artıq emissiya edən dövlətlər bu kvotaları əldə edə bilərlər.
Əsasən inkişaf etmiş ölkələrin daha çox karbon qazı emissiyasını, müəyyən edilmiş normaların onları qane etməyəcəyini nəzərə alsaq, bu mexanizm inkişaf etməkdə olan və kasıb ölkələrə əlavə vəsaitin cəlb edilməsinə imkan yaradacaq. Bütün əməliyyatlar sırf BMT-nin nəzarəti altında həyata keçiriləcək.
Sazişin 6.8-ci maddəsi isə qeyri-bazar yanaşmasını nəzərdə tutur. Bu maddə ilə tərəflər mitiqasiya, adaptasiya, maliyyə, texnologiyanın ötürülməsi və bir sıra digər məsələlər daxi olmaqla, milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) həyata keçirilməsində əməkdaşlıq ediməsini nəzərdə tutur. Bura meşə sahələrinin artırılmasına kömək göstərilməsi, yeni texnologiyaların verilməsi və sair daxildir.
Ümumiyyətlə, 6-cı maddənin razılaşdırılması artıq ölkələrə öz NDC-lərini müəyyənləşdirməyə imkan verəcək. Bundan başqa, qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tədbirlərini tənzimləyə biləcəklər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 573 Tarix: 24 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir
Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması və sükanı tutmadan hərəkət etməsi yolverilməzdir. "Report" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib. Qeyd edilib ki, skuterlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayə
06.09.2026 174 "ABŞ-İran müharibəsini yalnız Yaxın Şərq münaqişəsi kimi qiymətləndirmək böyük səhv olardı" - BƏHRUZ QULİYEV
"Böyük Britaniyanın "The Telegraph" nəşrində səsləndirilən "ABŞ-İran müharibəsi NATO-nu parçalaya bilər" fikri, ilk baxışda, kifayət qədər sərt və sensasion görünə bilər. Lakin məsələyə daha dərindən yanaşanda bunun sadəcə jurnalist proqnozu deyil, Qərb daxilində getdikcə güclənə
10:02 204 Pakistan ordusu Əfqanıstanla sərhəddə 20-dən çox terrorçunu məhv edib
Pakistanın təhlükəsizlik qüvvələri sentyabrın 3-dən 5-dək Xeybər-Paxtunxva vilayətində baş verən bir neçə toqquşma zamanı 20-dən çox terrorçunu məhv edib. "Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi media resursu olan ISPR məluma
06.09.2026 225 Tramp: ABŞ DÇ-2026-ya ev sahibliyi ilə 18 mlrd. dollardan çox qazanc əldə edib
ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin futbol üzrə dünya çempionatının Amerika iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini bildirib. "Report"un məlumatına görə, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. O, həmçinin qeyd edib ki, dünya çempionatın
06.09.2026 179 4 uşaq anası olan arvadını və özünü küçədə öldürdü
Türkiyədə küçədə dəhşətli qətl hadisəsi olub. yerli mediaya istinadla bildirir ki, hadisə Kahramanmaraş şəhərinin, Onikişubat rayonunun Mercimektepe məhəlləsində baş verib. 56 yaşlı Tevfik Bağrıaçık mübahisə etdiyi 49 yaşlı həyat yoldaşı Dilek Bağrıaçıkı küçənin ortasında tüfənglə güllələyərək öldürüb
06.09.2026 269 Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər
06.09.2026 212 Rodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir
Rəsmi Karakas tərəfindən ABŞ və digər ölkələrlə imzalanan müqavilələr həm venesuelalılar, həm də dünya iqtisadiyyatı üçün faydalıdır. "Report"un məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bunu ölkənin dövlət televiziyasının efirində bildirib. "Biz təkcə Venesuel
06.09.2026 180 İspaniya istidən qovrulur: Temperatur 46 dərəcəyə çatır
İspaniyada meteoroloji müşahidələr tarixində sentyabr ayı üçün mütləq temperatur rekordu qeydə alınıb. Sentyabrın 3-də Əndəlüs muxtar icmasının El-Qranado bələdiyyəsində termometrlər 45,7 dərəcəni göstərib. xəbər verir ki, bu barədə "Aemet" meteorologiya agentliyi məlumat yayıb. Qurumun məlumatın
06.09.2026 167 Berlin Senatına böyük KİBERHÜCUM: Məxfi sənədlər internetə sızdırıldı
Berlin Senatının şəbəkələrini kiberhücuma məruz qoyan hakerlər darknetdə təxminən 1,4 milyon məlumatı, o cümlədən xasiyyətnamələri, tender sənədlərini və əməkdaşların şəxsi işlərini yerləşdiriblər. bu barədə RBB radiosuna istinadən xəbər verir. Daha əvvəl "Rhysida" haker qruplaşması şəhər hakimiyyətində
06.09.2026 171