Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...

Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir..."Əhməd haradadır?", "Uşaqlığın son gecəsi", "Ən vacib müsahibə", "O qızı tapın", "Nəsimi" kimi Azərbaycan kinosunun məşhur filmlərində onun da əməyi var. Səyavuş Şəfiyev yaratdığı maraqlı obrazlarla tamaşaçıların yaddaşında qalmağı bacarıb. Ömrü qısa, rolları az da olsa, adını kinomuzun tarixinə yazdıra bilib.

Əməkdar artist, rejissor, sirk ustası Səyavuş Şəfiyevin 24 noyabr - xatirə günü ərəfəsində həyatı haqqında bilmədiklərimizi sənət dostları danışdı.

"Səyavuş kino çəkilişləri üçün Bakıya gəlib-gedirdi. Ona görə onunla ünsiyyət qurmaq çətin idi. Kinomuzda bır sıra rollar yaratdı. Təəssüf ki, onun həyatı faciə ili bitdi", - deyə tanınmış kinoşünas Aydın Kazımzadə mərhum aktyorun bacısından eşitdiklərini danışır: "Səyavuş Şəfiyev Bakıda bir neçə filmə çəkildikdən sonra köçüb Moskvaya getdi. Onun rəhbərlik etdiyi sirk truppası Fransaya qastrola gedib. Səyavuş tamaşa zamanı akrobatik nümunələr göstərib. Aşağıda qoruyucu olmadığından yıxılaraq bərk əzilib. Səyavuş bu hadisədən sonra danışa bilmir, lal olur. Onu Moskvaya gətirirlər. Moskvada da infarkt keçirir. Elə bir cüssəli, hündürboylu və sağlam adam bir hadisə nəticəsində şikəst olur və az sonra dünyasını dəyişir..."

"Nə vaxta qədər qonaq evində yaşayacam?"
Səyavuş Şəfiyevin həyat və yaradıcılığını daha yaxşı bilən Xalq artisti Ənvər Həsənov danışır: "Səyavuş hələ məktəb illərindən idmanda uğurlar qazanmışdı. Boks üzrə müxtəlif yarışların qalibi idi. Moskvada Ümumittifaq Sirk Məktəbini bitirib, akrobatika üzrə dərəcə almışdı. Məktəbi qurtardıqdan sonra "Soyuzsirk"də çalışırdı. Moskva sirkində tanınmış artistlərlə işləyərək tezliklə öz işinin peşəkarına çevrilmişdi. Onu Rusiyanın sirk artistləri arasında qəbul edirdilər".

1972-ci ildə S.Şəfiyev Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populyarlıq qazanır. O, sirk rejissoru kimi də özünü sınayır. S.Şəfiyev Bakıda kino rejissorlarının diqqətini cəlb edir. Adil İsgəndərov onu "Əhməd haradadır?" filminə dəvət edir. Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov ciddi tənqidlərlə üzləşir. Film "Burjua-meşşan elementləri ilə zəngin" ekran əsəri kimi xarakterizə edilir. Filmin tənqidindən xəbər tutan Səyavuş "nahaq çəkildim" deyə peşmançılıq keçirir. Ancaq illər ötdükdən sonra film tamaşaçı tərəfindən qəbul edilir və Azərbaycanın baxımlı filmlərindən birinə çevrilir. S.Şəfiyev "Taleyimdən razıyam. Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi", - deyir.

Bundan sonra S.Şəfiyev Maqsud İbrahimbəyovun ssenarisi üzrə çəkilən "Uşaqlığın son gecəsi" filmində Rüstəm obrazını yaradır. Film Gürcüstanda keçirilən festivalda mükafata layiq görülür. "Mənim onda 17-18 yaşım vardı", - deyə Ə.Həsənov xatırlayır: "Adil müəllim dedi ki, siz bir evdə yaşayacaqsınız. Gərək sizin bir-birinizə qarşı səmimiyyətinizi tamaşaçılara çatdıraq. Biz bütün günü bir yerdə olurduq. Axşamlar da sirkdə onun tamaşalarına gedirdim. Kinoya çəkildiyim müddətdə onunla, ailəsi ilə çox yaxın oldum. Həyat yoldaşı rus idi. Bir qızları vardı. Mən Səyavuşun insanlığının, səmimiyyətinin şahidi oldum. Bu münasibət mənə çox şey öyrətdi. Xoşbəxtəm ki, onunla bir yerdə işləmişəm. "Uşaqlığın son gecəsi" filmi çox məşhurlaşdı. O filmi demək olar ki, 40 dan çox ölkə alıb. Səyavuş o filmdən sonra "Ən vacib müsahibə" filmində jurnalist Altay obrazını yaratdı". Ə.Həsənov danışır ki, S.Şəfiyev sirkin bədii rəhbəri işləsə də, Bakıda mənzili olmayıb, qonaq evində qalırmış: "Bakıya gələndən sonra sirkin yaxınlığındakı "Sirk" qonaq evində yaşayırdı. O vaxt tanınmış incəsənət adamlarını mənzillə təmin edirdilər. Səyavuş 5 il qonaq evində qaldı. Sonra "Nə vaxta qədər qonaq evində yaşayacam? Dostum-tanışım var. Evimə qonaq dəvət edə bilmirəm", - deyə inciyib Moskvaya köçdü. O, Moskvada məşhur "Səhnədə sirk" Birliyində quruluşçu rejissor kimi işləməyə başladı. Çox gözəl insan idi. Mən hərbi xidmətdən sonra 5-6 il Moskvada yaşadım. Orada tez-tez görüşürdük. Yaxşı ki, kino həyatımda belə bir insanla tanış olmuşam".

"Qəfil eşitdik ki, rəhmətə gedib..."

"Bizim sirkdə işləməyə başlayandan sonra Ədil İsgəndərovun xoşuna gəlmişdi və onu "Əhməd haradadır?" filminə dəvət etmişdi" - deyə kinorejissor Əbdül Mahmudov xatırlayır: "Mən onunla yalnız bir filmdə, "Əhməd haradadır" filmində epizodda çəkildim. Amma kinostudiyanın dəhlizlərində tez-tez rastlaşır və görüşürdük. Mən onu "Doğma sahillərdə" filmində polkovnik roluna çəkmək istəyirdim, gözaltı etmişdim. O filmdə vuruş səhnələri vardı. O da idmançı idi. Həmin rola uyğun olduğu üçün onu gözaltı etmişdim. Amma onu axtardım, dedilər ki, rəhmətə gedib. Siyavuş Azərbaycanın ilk sirk ustalarından biri idi. Dağlarda, qayalarda gəzirdi. Çox səmimi və vətənpərvər insan idi. Azərbaycanda bir neçə filmə çəkildi və köçüb getdi, Rusiyada işlədi. Qəfil eşitdik ki, cavan yaşda rəhmətə gedib. Doğrudur, az rollar ifa etdi, ancaq maraqlı obrazlara öz möhürünü elə vurdu ki, kino tarixinə adını əbədi olaraq həkk etməyi bacardı".

"Niyə ağlayırsan, ağlama..."

Xalq artisti Xalidə Quliyeva Səyavuş Şəfiyevlə "Nəsimi" filminin çəkiliş meydanında tanış olub: "Onda mənim 20 yaşım vardı. Dünyanı dərk edən vaxtım deyildi, baxırdım, öyrənirdim. Filmin kütləvi atçapma səhnələri Qobustanda çəkilirdi. Mən də o kütləvi səhnələrdə at çapmalı idim. İlk dəfə idi ata minirdim, bacarmadım. Çox pis odum və gəlib avtobusda oturub ağladım. Birdən Səyavuş avtobusa gəldi. Mən üzümü ondan gizlətdim. "Niyə ağlayırsan, ağlama. Onsuz kütləvi səhnələrdə dublyorlar çəkilirlər. Sənin böyük işlərin qabaqdadır", - deyə mənə təsəlli verdi. Səyavuş çox sakit, mədəni, başqasının dərdinə yanan adam idi. Çox intizamlı idi. Mən çəkilişlər zamanı onu belə tanıdım..." ("Kaspi" qəzeti)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2094   Tarix: 24 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.