Bir gecədə qiyməti kəskin düşə biləcək maşınlar
Reallıqdır ki, ildən ilə avtomobillərin qiyməti düşür. Bütün ölkələrdə belə olsa da, Azərbaycanda tələbə uyğun olaraq bəzi maşınların qiyməti "kəllə-çarxdadır". Bu gün üçün bu maşınlar məhz dizel və 92 oktanlı benzinlə işləyən avtomobillərdir. Bu maşınlar bugünkü gündə bazar dəyərindən qat-qat yuxarı qiymətə təklif olunur.
Milli.Az xəbər verir ki, Aİ95-lə işləyən və ya 92 oktanlı benzinə qarşı həssas olan maşınların qiyməti əsasən premium benzinin satış məbləğinə uyğun tənzimlənir. Məsələn, premium benzinin bahalaşması zamanı qiyməti 15,16 minə qədər düşən "Malibu", "Fusion" modelləri, premium ucuzlaşdıqdan sonra 22 minə qədər bahalaşıb.
Belə nəticəyə gəlmək olur ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda avtomobilin alıcılıq qabliyyətinə birbaşa yanacağın qiyməti təsir edir. Avtomobilin ili, funksionallığı, kosmetik vəziyyəti alıcı üçün ikinci planda gəlir. Məhz ekonomluq axtarışı alıcıları Aİ92 və ya dizellə işləyən avtomobillərə yönəldir.
Müasir dövrdə dizelə maraq azalmaqdadır. Çünki, elektrikli və ya hibrid maşınlar onlardan daha ekonomdur. Üstəlik bu maşınlar funksionallıq cəhətdən də müasir texnologiyalarla təchiz olunub. Dizelin səsi də alıcıların belə maşınlardan "qaçmasına" səbəb olur.
Məlum olduğu kimi, 2035-ci ilə qədər daxili yanma mühərrikli avtomobillərin istehsalının tam dayandırılması nəzərdə tutulur. Bu da dizel və benzin mühərrikli maşınların qiymətinə kəskin təsir edəcək. Xüsusilə, dizel avtomobillərin kəskin ucuzlaşacağına dair fərziyyələr var. Ekspertlər hesab edir ki, bir neçə il sonra bazarda alıcılar sadəcə premium benzin və elektriklə işləyən avtomobillər olacaq.
Azərbaycanda da yayılan şayələr dizelin qiymətinin dəyişəcəyi yönündədir. Bunun iddia olduğu dəfələrlə deyilsə də, həqiqət payını nəzərə alan sürücülər dizel mühərrikli maşınları dəyər-dəyməz qiymətə satışa çıxarmaqdadır. Xüsusilə, bir çox alıcı 2025-ci ilin yanvarına qədər bu maşınları əldən çıxarmağa çalışırlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1452 Tarix: 23 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır
Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir. "Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlar
06.09.2026 135 Tramp administrasiyası Yaxın Şərq üçün yeni strategiya hazırlayır
ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı regional çəkindirmə səylərinə və İsraillə qonşu ölkələr arasında münasibətlərin normallaşdırılmasının genişləndirilməsinə yönəlmiş müharibədən sonrakı strategiya hazırlayır. xəbər verir ki, bu barədə "Axios" iki amerikalı məmura v
06.09.2026 167 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb
Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn
06.09.2026 163 Putinlə görüşə ABŞ-dən daha kimlər gedib? - YENİ DETALLAR
Moskvadakı danışıqlarda Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər. xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkə hesabında bildirib
06.09.2026 148 Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB
Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd
06.09.2026 323 Ağ Ev Rusiya-Ukrayna danışıqları ilə bağlı yeni detalları açıqladı
Rusiya və ABŞ nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda yaxın həftələrdə açıqlanacaq növbəti addımları müzakirə ediblər. xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, ABŞ və Rusiya nümayəndələr
06.09.2026 161 Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər
06.09.2026 155 Türkiyə iki mindən çox sosial media hesabına girişi məhdudlaşdırıb
Türkiyədə rəqəmsal platformalar vasitəsilə həyata keçirilən terror təbliğatı, təxribat, dezinformasiya və psixoloji "müharibə" cəhdlərinə qarşı mübarizə çərçivəsində son iki ayda 2 034 sosial media hesabına giriş məhdudlaşdırılıb. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasını
06.09.2026 168 Pakistan ordusu Əfqanıstanla sərhəddə 20-dən çox terrorçunu məhv edib
Pakistanın təhlükəsizlik qüvvələri sentyabrın 3-dən 5-dək Xeybər-Paxtunxva vilayətində baş verən bir neçə toqquşma zamanı 20-dən çox terrorçunu məhv edib. "Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi media resursu olan ISPR məluma
06.09.2026 157