"Seriallarda "kriminal şəxsləri" qəhrəman kimi göstərməklə biz cəmiyyətdə qara yara açırıq"- psixoloqdan AÇIQLAMA
Son vaxtlar yeniyetmə və gənclər arasında kriminal aləmə marağın artdığı müşahidə edilir. Kriminal aləmə meyil nəinki oğlanlar, hətta qızlar arasında da yayılmağa başlayıb. Bu, ailədə xüsusilə qız övladlarının ərköyünləşdirilməsi və tərbiyəsinə diqqət verilməməsi ilə bağlıdır. Çox təəssüflər olsun ki, qız övladları həssas və diqqətcil olduğu üçün ailədə əksər hallarda istər ananın, istərsə də atanın bir-birinə xəyanəti, gizli həyat yaşaması onlara daha tez təsir edir və tərbiyələrində ciddi problemlər yaranmağa başlayır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, əvvəllər yeniyetmə oğlanlar arasında çətin tərbiyə olunan uşaqlara rast gəlirdik. Bu gün isə qızları da bu situasiyaya daxil edirik:
"Bu cür qızlar haqqında danışarkən onların uşaqlıqda idmana getdiyini müşahidə edirik. Oğlanlarla davaya çıxdıqlarına rast gəlirik. Deməzdim ki, bu cür qızlarımız çoxluq təşkil edir. Əvvəlki dövürlərə nisbətdə hazırda sayı artıqdır. Hər məktəbdən bir və ya iki qızı bu aqresiyada görə bilirik. Cəmiyyət olaraq bizdə hələ ki, geniş yayılmayıb. Sadəcə olaraq bəzi məqamlarda kriminal davranış edən, hər hansısa bir sosial şəbəkədə gördüyünü təkrarlayan qızlara rast gəlirik. Bu isə o demək deyil ki, bu qızlar "kriminal şəxsiyyət" olaraq yetişir. Bu onun sübutu deyildir.
Xırda yeniyetmələrdə horman dəyişikliyi baş verdikdə sevgi və sevgiyə bənzər hisslər ortaya çıxır. Birini qısqanan zaman onu ciddi formada "cəzalandırmaq" istəyi baş qaldırır. Məhz yeniyetməlik dövründə hormonların dəyişikliyi ilə baş verən bu hallar da onların səhvə yol verməsi ilə nəticələnir.
Hər şey ailədən başlayır. Ümumi götürdükdə sağlam ailə tərbiyəsi almış yeniyetmələrdə heç zaman bu cür hallara rast gəlmirik. O, ailələrdə bu cür hallar baş verir ki, vaxt aşırı olaraq ana, nənə, bibi arasında davalar olur. Bu cür ailədə qızın xəmiri dava ilə yoğrulduğundan yeniyetməlik dövründə bu hal özünə qapanıqlıqla nəticələnir. Yaxud da emosiyalarına hakim ola bilməyib davalarda iştirak edir. Davranış pozuqluğu nəticəsində isə yaranan xüsusiyətlər sonradan insanın xarakterinə çevrilir".
Mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Fərqanə Mehmanqızı da qeyd edib ki, bu cür mövzuların kişisi, qadını, qızı, oğlanı olmur. Bu mövzu insanlığa aiddir:
"Cəmiyyətdə nə təbliğ edilirsə gənclər ona yönəlir. Bu gün kanallarda yayımlanan seriallarda psixoloji və fiziki şiddətə rast gəlirik. Bu şəxslər qəhrəman kimi təbliğ edilir. Uşaq və yeniyetmələrin isə böyüdüyü ailədə kumiri, oxşamaq istədiyi şəxs yoxdursa onlar serial qəhərmanlarına oxşamağa çalışırlar. Seriallarda "kriminal şəxsləri" qəhrəman kimi göstərməklə biz cəmiyyətdə qara yara açırıq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 705 Tarix: 21 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAİ-dən Qəzza ilə bağlı QƏTİ MÖVQE: Fələstinlilərin köçürülməsi rədd edildi
Avropa İttifaqı (Aİ) Qəzza zolağında fələstinlilərin köçürülməsi ilə bağlı hər hansı cəhdi rədd edib. bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir. Məlumata əsasən, Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Kristian Viqand sentyabrın 4-də keçirilən mətbuat konfransında Aİ-nin Qəzz
06.09.2026 179 Pakistan ordusu Əfqanıstanla sərhəddə 20-dən çox terrorçunu məhv edib
Pakistanın təhlükəsizlik qüvvələri sentyabrın 3-dən 5-dək Xeybər-Paxtunxva vilayətində baş verən bir neçə toqquşma zamanı 20-dən çox terrorçunu məhv edib. "Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi media resursu olan ISPR məluma
06.09.2026 157 Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir - VİDEO
Azərbaycanda toy mərasimlərinə marağın azalması şadlıq evlərinin fəaliyyətinə də təsir göstərir. Əvvəllər, demək olar ki, hər gün toy mərasimləri keçirilən məkanlarda indi boş günlərin sayının artdığı bildirilir. Baku TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, böyük toy mərasimləri əvəzin
06.09.2026 200 Türkmənistan 2027-2028-ci illərdə LLDCs-yə rəhbərlik edəcək, Azərbaycan vitse-sədr olacaq
Türkmənistan 2027-2028-ci illər üçün Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr Qrupunun (LLDCs) sədri, Azərbaycan isə vitse-sədri seçilib. "Report" xəbər verir ki, bu barədə "Turkmenportal" məlumat yayıb. Qeyd olunub ki, müvafiq qərar qrupun Nyu-Yorkda BMT yanında daimi nümayəndələ
06.09.2026 151 KİV: Hakerlər Almaniya hökumətinin rabitə kanalları barədə məlumatları yayıblar
Berlin Senatının şəbəkəsini sındıran hakerlər şəhər administrasiyasının girov ödəməkdən imtina etməsindən sonra Almaniya hökumətinin fövqəladə hallar üçün nəzərdə tutulmuş rabitə kanalları barədə məlumatları açıq şəkildə yayıblar. xəbər verir ki, bu barədə "Bild" nəşrinə alman araşdırmaçı jurnalis
06.09.2026 130 Polşada dronlarla mübarizə üçün yeni hərbi bölmə yaradılacaq
Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq. "Report" xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində yazıb. O bildirib ki, söhbət Bjeskoda yerləşdiriləcək 87-ci zenit alayını
06.09.2026 161 Britaniyada müdafiə xərclərini artırmaq üçün əlillərə verilən güzəştlər ləğv edilə bilər
Böyük Britaniya 2030-cu ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulun 3 faizinə çatdırmağı planlaşdırır və bunun üçün mühafizəkarların lideri Kemi Badenok əlillər üçün güzəştlərə və mənzil müavinətləri sisteminə yenidən baxmağı təklif edib. xəbər verir ki, bu barədə "The Times" qəzet
06.09.2026 138 Qazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq
Qazaxıstan 2030-cu ilə qədər dəniz limanlarının ümumi gücünü 21,8 milyon tondan 30 milyon tona qədər artırmağı planlaşdırır. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib. Son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM
06.09.2026 150 Yaponiyada şirniyyat mağazasında faciə: Üç nəfər həlak oldu
Yaponiyanın Qifu prefekturasının Motosu şəhərindəki şirniyyat mağazasında bıçaqlanma və yanğın hadisəsi baş verib. Nəticədə azı üç nəfər həlak olub. bu barədə "Jiji" agentliyinə istinadən xəbər verir. Polisin məlumatına görə, insident zamanı mağazada 11 nəfər olub. Həmin vaxt obyekt ziyarətçilə
06.09.2026 156