Bakıda piylərini çıxartdırmağa gedən iki uşaq anası öldü: Həkim eltisi idi
Bakıda bu ilin aprel ayında 40 yaşlı Səbinə Əliyeva liposaksiya əməliyyatı olmağa qərara gəlir.
BiG.AZ milli.az-a istinadən xəbər verir ki, o, bu barədə eltisi ilə məsləhətləşib və əməliyyatı ali təhsili olmayan həkim eltisi edir.
Mərhumun valideynləri qızının ölümündə eltisini günahkar bilir. Mərhumun anası Sara Qədimova bildirib ki, axşam saatlarında mənə video gəldi, videonu qızım atıb kürəkənimə, o da mənə göndərib.
"Həmin videoda qızımın durumu pis idi. Üstündən bir az zaman keçəndən sonra mənə göndərilən bütün videolar silinib. Eltisi Ülviyyə Rəhmənova əməliyyatdan sonra onu xəstəxanadan çıxardıb, 2 gün evində saxlayacağını deyib. Ancaq 1 gün sonra qapımı qızın qaynatası döyərək dedi ki, qızın vəziyyəti yaxşı deyil.
Həyətə çatanda gördüm ki, polislər həyətdədir. Onda hiss etdim ki, qız ölüb. Gəldim qızıma toxunanda meyit buz kimi idi. Üstünü açdım, sanki qarın hissəsində nəsə qaynayır kimi idi. Ölümünə inanmadım, amma qaynanası dedi ki, artıq ölüb. Təcili tibbi yardım gələndə də öldüyünü təsdiqlədi".
Əməliyyatdan sonra həmin klinikanın fəaliyyəti dayandırılıb. Ekspertizanın rəyindən sonra məlum olub ki, mərhum kəskin qanaxmadan həyatını itirib. Faktla bağlı cinayət işi başlanıb. Məsələ ilə bağlı həkimlə əlaqə saxlamağa çalışsaq da zəngimizi onun bacısı Nailə xanım cavablandırdı. Bacısı məsələ ilə bağlı heç bir məlumat verə bilməyəcəyini, bacısının səhhətinin ağır olduğunu bildirib.
Mütəxəssislər qeyd edir ki, cərrahi ixtisası olmayanların belə bir işi görməsi nəticəsindən asılı olmayaraq məhkəmə və aidiyyəti orqanların priviligiyasındadır.
Pasiyentlər sosial şəbəkələrdən, reklamlardan təsirlənərək hərəkət etməməli, gedəcəkləri yerin həmin xəstəxanada mütəxəssislərin həqiqətən həkimin ixtisaslaşıb, ya hansı təcrübəyə sahib olduğunu bilməlidirlər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, cərrahların çalışdığı müəssisələrdə tibb xidmətlərinin göstərilməsinə nəzarət nazirliyin müvafiq qurumları üzrə planlı və daxil olan şikayətlər üzrə plandan kənar yoxlamalar aparılır. Nəzarət tədbirləri zamanı xüsusi nöqsanlar aşkarlandıqda cərimələr, ölüm faktı olduqda isə məsələ tibbi ekspertizası və hüquq mühafizə orqanlarının səlahiyyətinə keçir. Cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu qeydə alınıb. Bu haqda inzibati tədbirlər görülüb.
Qeyd edək ki, həkimlər 5 ildən bir sertifikasiya imtahanından keçir. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1616 Tarix: 19 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib
ABŞ-nin hökumət müstəntiqləri jurnalistlərə məlumatların sızmasının araşdırılması çərçivəsində ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşını poliqraf testindən keçiriblər. "Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə vəziyyətl
06.09.2026 144 FT: Trampın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşüb
ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib. "Report" xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir. Materialda qeyd olunu
06.09.2026 132 İlham Əliyev: "Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb"
Prezident İlham Əliyev Esvatininin Kralı Əlahəzrət II Msvatiniyə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Esvatini Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız
06.09.2026 162 ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına aviabombaların satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına yüksək dəqiqlikli JDAM-ER genişləndirilmiş aviasiya sursatlarının, eləcə də əlaqədar avadanlıqların potensial tədarükünə razılıq verib, paketin ümumi dəyəri təxminən 5 milyard dollar qiymətləndirilir. "Report" xəbər verir ki, müvafiq bəyanat qurumu
06.09.2026 160 Hava KƏSKİN DƏYİŞİR: Qar yağacaq - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağışın yarımadanı
06.09.2026 494 Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır
Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir. "Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlar
06.09.2026 135 ABŞ İranın nüvə öhdəliklərini pozması ilə bağlı AEBA-nın qətnamə qəbul etməsinə çalışır
ABŞ, həmçinin onun müttəfiqləri olan Böyük Britaniya, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasına təzyiq göstərərək onun gələn həftə İranın nüvə silahının yayılmaması sahəsindəki öhdəliklərini pozması ilə bağlı qətnamə qəbul etməsinə nail olmağa çalışırlar. B
06.09.2026 154 Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB
Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd
06.09.2026 323 Putinlə görüşə ABŞ-dən daha kimlər gedib? - YENİ DETALLAR
Moskvadakı danışıqlarda Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər. xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkə hesabında bildirib
06.09.2026 148