"Hikmət Hacıyev Cozep Borrelə layiq olduğu cavabı verdi"- politoloq Tural İsmayılov
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel Avropa İttifaqını dünyanın mərkəzi "bağ" adlandırıb, yerdə qalan digər coğrafiyalara isə "cəngəllik" adını verib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin bəyanatlarına cavab olaraq "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Cozep Borrel öz açıqlamaları ilə Avropa İttifaqının sərhədlərini aşan, mənasız mövqeylər nümayiş etdirən komisarlarından biridir. Bu günə qədər dəfələrlə Jozep Borrelin beynəlxalq münasibətlərlə bağlı adekvat olmayan mövqelərini görmüşük:
"30 il ərzində Azərbaycan torpaqları işğal altında olduğu zaman 1 dəfə də olsun Avropa İttifaqının komisarı kimi Jozep Borrel Azərbaycanın haqq işini dəstəkləməyib. Ermənistana lazımı təziqləri göstərməyib. İndi Fransanın və Niderlandın neomüstəmləkəçilik siyasətini əleyhinə çıxış etməsini onsuz da biz gözləmirik. Çünki bütövlükdə Avropa İttifaqının üzvü olan Fransa və Niderland kimi ölkələr dünyada ədalətsizliyin qalmasında maraqlıdırlar. Neomüstəmləkəçilik siyasətlərini davam etdirirlər. Bu gün Cozep Borrel və onun timsalında olan adamların bəziləri neomüstəmləkəçilik məsələsində mövqesizlik nümayiş etdirə bilərlər. Lakin görürük ki, Cozep Borrel verdiyi açıqlamalarla Azərbaycanı yenə hədəfə alır. Fransanın və Niderlandın qanunsuzluqlarına göz yumur.
Prezident köməkçisi hörmətli Hikmət Hacıyev də ona layiq olduğu cavabı verdi. Bu gün Avropa İttifaqını dünyanın mərkəzi "bağ" kimi adlandırıb, yerdə qalan dünyanın digər coğrafiyalarına "cəngəllik" deyən, artıq yaşının da müəyyən bir dövrünü haqlamış siyasətçinin Azərbaycan əleyhinə "boğazdan yuxarı" açıqlamalar etməsi, erməni lobbisinə bağlı mediaların manşetini bəzəməsi ona baş ucalığı gətirmir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1044 Tarix: 15 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMingəçevirdə 67 yaşlı kişi keçmiş sevgilisini parkda döydü - Dondurmaya GÖRƏ
Mingəçevirdə kişi küçədə keçmiş sevgilisini döyüb. -ın xəbərinə görə, hadisə supermarketlərdən birinin qarşısındakı parkda qeydə alınıb. 67 yaşlı İsmayıl Nəcəfov əlindəki 3 dondurmanı parkda əyləşən keçmiş sevgilisi Nazilə (şərti adla) və onun yanındakı qadına verib. Nazilə isə onlardan birini İsmayılı
06.09.2026 187 Məlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib
ABŞ-nin hökumət müstəntiqləri jurnalistlərə məlumatların sızmasının araşdırılması çərçivəsində ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşını poliqraf testindən keçiriblər. "Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə vəziyyətl
06.09.2026 144 Pakistan ordusu Əfqanıstanla sərhəddə 20-dən çox terrorçunu məhv edib
Pakistanın təhlükəsizlik qüvvələri sentyabrın 3-dən 5-dək Xeybər-Paxtunxva vilayətində baş verən bir neçə toqquşma zamanı 20-dən çox terrorçunu məhv edib. "Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi media resursu olan ISPR məluma
06.09.2026 157 Almaniya PUA və kiberhücumlara qarşı mübarizə planı hazırlayıb
Almaniyanın Daxili İşlər Nazirliyi naməlum pilotsuz uçuş aparatlarına (PUA) və kiberhücumlara qarşı mübarizə tədbirləri üzrə plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Plana əsasən, federal polisin dronlarla mübarizə üzrə mobil bölmələrinin stratej
06.09.2026 142 Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir
Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması və sükanı tutmadan hərəkət etməsi yolverilməzdir. "Report" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib. Qeyd edilib ki, skuterlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayə
06.09.2026 159 Uruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi
Uruqvayda ev quşlarında quş qripi virusunun aşkar edilməsindən sonra ölkə miqyasında fövqəladə vəziyyət elan olunub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Uruqvayın Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb. Məlumatda ölkənin cənub-qərbində yerləşən Koloniy
06.09.2026 149 Qazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq
Qazaxıstan 2030-cu ilə qədər dəniz limanlarının ümumi gücünü 21,8 milyon tondan 30 milyon tona qədər artırmağı planlaşdırır. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib. Son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM
06.09.2026 150 Berlin Senatına böyük KİBERHÜCUM: Məxfi sənədlər internetə sızdırıldı
Berlin Senatının şəbəkələrini kiberhücuma məruz qoyan hakerlər darknetdə təxminən 1,4 milyon məlumatı, o cümlədən xasiyyətnamələri, tender sənədlərini və əməkdaşların şəxsi işlərini yerləşdiriblər. bu barədə RBB radiosuna istinadən xəbər verir. Daha əvvəl "Rhysida" haker qruplaşması şəhər hakimiyyətində
06.09.2026 161 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb
Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn
06.09.2026 163