Leyla və Arzu Əliyevalar sərgidə - Video - Fotolar

Leyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarNoyabrın 14-də Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA "Ana təbiət" (Mother Nature) beynəlxalq incəsənət layihəsi və "Öz töhfəni ver!" (Participate!) sərgisinin açılış mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, sərgilərin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvləri iştirak ediblər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Layihə çərçivəsində nümayiş olunan ekspozisiya "IDEA" (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə təqdim edilir.

Ətraf mühitin mühafizəsi mövzusunda açılan "Öz töhfəni ver!" sərgisi isə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və "IDEA" İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzi və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyası (Association of Swiss Women & Empowerment) tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva nümayiş olunan əsərlərin izləyicilərə müsbət enerji verəcəyinə ümidvar olduğunu bildirib. O, sərginin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürlərini çatdırıb.

Leyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla Əliyeva ölkəmizin ev sahibliyi etdiyi COP29-da Azərbaycanda aparılan işlər nəticəsində bir çox müsbət nəticələrin əldə olunacağına inamını ifadə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti son dövrlərdə planetimizdə iqlim dəyişiklikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, hava, torpaq, suyun çirklənməsinin bir sıra mənfi təsirlərindən danışıb. Leyla Əliyeva iqlim dəyişikliyi və çirklənmə məsələsinin, həmçinin Azərbaycanın ekosisteminə ciddi təsir göstərdiyini bildirib, mövcud problemlərin həllinə çox nikbinliklə və kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb. O, 2011-ci ildə təsis edilmiş "IDEA" İctimai Birliyinin fəaliyyətinin məhz ətraf mühit problemlərinin həllinə yönəldiyini də qeyd edib.

Sonra çıxış edən türkiyəli rəssam Seval Özcan möhtəşəm beynəlxalq sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, təbiətin insanlara deyil, insanların təbiətə ehtiyacı var və dünyamız bu gün böyük təhlükə altındadır. S.Özcan bu cür çətinliklərin olduğu bir dövrdə Bakıda iqlim dəyişikliyi ilə bağlı təşkil edilən tədbirlərin çox əhəmiyyətli olduğunu vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya tədbir iştirakçılarına videomüraciətində iqlim dəyişmələrinin qarşısını almaq və daha yaşıl dünyaya nail olmaq məqsədilə göstərdiyi qlobal səylərə, iki layihənin ərsəyə gəlməsinə görə Leyla Əliyevanın rəhbərliyi ilə "IDEA" İctimai Birliyinə, həmçinin Heydər Əliyev Fonduna və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasına təşəkkürünü bildirib.

"Bu iki sərgi "Gələcək Naminə Pakt"da əks olunmuş üzv dövlətlərin öhdəliyi, COP29 müzakirələrin əsas mövzusunu təşkil edəcək işlər ilə həmahəngdir. Həmçinin bu sərgilər qəlbimə xüsusən bağlıdır, çünki onlar incəsənət, texnologiya və ətraf mühit öhdəliyinin kəsişən məqamlarını əks etdirir. Bizi düşündürən bu cür işlər laqeydliyin fəsadlarını xatırladır və hər tamaşaçını planetimizdə carçı rolunda düşünməyə vadar edir. Həmin sərgilər bizi hərəkətə səsləyir və hamımızı seçimlərimizin təsiri, eləcə də gələcək nəsillərə hansı mirası qoyacağımız barədə düşündürür", - deyə Tatyana Valovaya videomüraciətində qeyd edib.

Sonra qonaqlar MAMA "Ana təbiət" və "Öz töhfəni ver!" sərgilərinə baxış keçiriblər.

Leyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarSərgi ilə tanış olan qonaqlar öz təəssüratlarını bölüşüblər. İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) dünyamıza və xüsusilə incəsənətə qayğının mütləq olduğunu bildirib. Onun sözlərinə görə, incəsənətə qayğının ən gözəl ifadəsində sənət, musiqi də istifadə edilməlidir. Əks halda, insanların ruhuna toxuna bilmərik.

Rəssam Kamran Məmmədov sərgidə nümayiş etdirilən əsərində peşəsindən asılı olmayaraq, hər kəsin planetimizə, təbiətimizə qayğı göstərməyin əhəmiyyətinə diqqət cəlb etdiyini deyib.

Heykəltaraş Ömər Heydərov isə sərginin çoxşaxəli olduğunu, bütün növ sənət nümunələrini əhatə etdiyini deyib. O, sərgidə həm təbiətin gözəlliyinin nümayiş olunduğunu, həm də onu qorumaq üçün çağırışların edildiyini diqqətə çatdırıb.

MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 28 ölkədən – ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən 55 fərqli sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Fərqli ölkə və millətlərdən olan müəlliflər əsərləri ilə iqlim dəyişikliyi mövzusunda insanların şüuruna təsir göstərməyə cəhd edirlər.

Ekspozisiyada rəqəmsal instalyasiya, rəsm, qrafika və heykəltaraşlıq nümunələri daxil olmaqla, ümumilikdə 127 əsər təqdim olunur.

Leyla və Arzu Əliyevalar sərgidə - Video - Fotolar"Öz töhfəni ver!" sərgisi isə ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə və ekomədəniyyətin təbliğinə həsr olunub. Layihə insanların ekoloji maarifləndirilməsini artırmağa, uşaq və yeniyetmələri ekoloji gündəliyə cəlb etməyə, onların ekoaktivliyini populyar formatlarda dəstəkləməyə hədəflənib.

Sərgi üç hissədən ibarətdir. "Əvvəllər belə idi. Bundan sonra nə olacaq?" adlı birinci hissədə XIX-XX əsrlərin bir sıra görkəmli rəssamlarının müxtəlif qitələrin mənzərələrini əks etdirən əsərləri və süni intellekt texnologiyasının imkanları ilə həmin mənzərələrin qlobal istiləşmə nəticəsində necə dəyişəcəyi göstərilir. Burada Klod Monenin "Su zanbağı gölməçəsi", Pol Sezanın "Sent-Viktuar dağı", Albert Birştadın "Syerra-Nevada arasında, Kaliforniya" və digər müəlliflərin əsərlərindəki mənzərənin ətraf mühitə mənfi təsirlərin nəticəsində hansı dəyişikliklərə uğrayacağı təsvir edilir. Tamaşaçıya "Qlobal istiləşmənin qarşısı alınmazsa, həmin mənzərələr nə hala düşəcək? Növbəti nəsillər onları görə biləcəkmi?" sualları ünvanlanır.

Sərginin ikinci hissəsi "17 dayanıqlı inkişaf məqsədi" adlanır. Burada 2015-ci il sentyabrın 25-də 193 ölkənin iştirakı ilə BMT Baş Assambleyası tərəfindən qəbul edilən və "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" adlı sənədə daxil olan davamlı inkişafın hər üç komponenti - iqtisadi, sosial və ekoloji tarazlığın təmini nümayiş etdirilir.

Leyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarEkspozisiyanın "Öz töhfəni ver!" adlı üçüncü hissəsi isə insanları səyləri birləşdirərək təbiətin qorunmasında iştiraka səsləyir. Ziyarətçilər ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində maraqlı, qeyri-standart, yaradıcı ideya və təşəbbüslərini bədii şəkildə, əlvan boyalarla təsvir etmək imkanı qazanır. Layihə təşkilatçıları insanları tərəddüd etmədən ətraf mühitin qorunması, planetimizin xilası naminə hərəkətə keçməyə çağırır.

Xatırladaq ki, sərgi Azərbaycan ilə BMT arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan ilk layihə deyil. 2022-ci ilin iyununda BMT-nin Cenevrədəki bölməsində "Mənim dənizlərim, mənim okeanlarım"(My Seas, My Oceans) fotosərgisi, 2022-ci ilin oktyabrında Bakıda Heydər Əliyev Mərkəzində "Çağırışın 17 siması" ("17 Faces of Action") fotosərgisi təşkil edilib.

Leyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - FotolarLeyla və Arzu Əliyevalar sərgidə - Video - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1729   Tarix: 15 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Media: ABŞ kəşfiyyatı hesab edir ki, İranın öz gücünə inamı artıb

ABŞ-nin İrana qarşı hərbi kampaniyasının başlamasından altı ay sonra Tehran hərbi potensialına inamını əhəmiyyətli dərəcədə artırıb. "Report"un məlumatına görə, "The New York Times" (NYT) ABŞ-nin kəşfiyyat materiallarına və analitik qiymətləndirmələrinə istinadən bu məlumatlara istina

06.09.2026 160
.

Pakistan ordusu Əfqanıstanla sərhəddə 20-dən çox terrorçunu məhv edib

Pakistanın təhlükəsizlik qüvvələri sentyabrın 3-dən 5-dək Xeybər-Paxtunxva vilayətində baş verən bir neçə toqquşma zamanı 20-dən çox terrorçunu məhv edib. "Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi media resursu olan ISPR məluma

06.09.2026 157
.

Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər

06.09.2026 155
.

Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır

Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir. "Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlar

06.09.2026 135
.

Argentina Malvin adalarında neft hasilatına görə sanksiyaları sərtləşdirəcək

Argentina Malvin (Folklend) adaları bölgəsində neft hasil edən müəssisələrə qarşı məhdudiyyətləri sərtləşdirməyə hazırlaşır. "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Xavyer Miley bəyan edib. Dövlət başçısı vurğulayıb ki, yaxın aylarda adalarda Böyük Britaniyanın "Rockhoppe

06.09.2026 166
.

KİV: Hakerlər Almaniya hökumətinin rabitə kanalları barədə məlumatları yayıblar

Berlin Senatının şəbəkəsini sındıran hakerlər şəhər administrasiyasının girov ödəməkdən imtina etməsindən sonra Almaniya hökumətinin fövqəladə hallar üçün nəzərdə tutulmuş rabitə kanalları barədə məlumatları açıq şəkildə yayıblar. xəbər verir ki, bu barədə "Bild" nəşrinə alman araşdırmaçı jurnalis

06.09.2026 130
.

FT: Trampın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşüb

ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib. "Report" xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir. Materialda qeyd olunu

06.09.2026 132
.

Türkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücumla bağlı məhkəmə işində təqsirləndirilən Peyman Pınar Mersinli barəsində yenidən həbs qərarı verilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Kahramanmaraş 3-cü Ağır Cinayət Məhkəməsi i

06.09.2026 233
.

FHN-dən əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. BİG.AZ həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, yağıntıları

06.09.2026 196
.