Ulduz azarına düşən prodüserləri sərhədi qorumağa göndərək - Replika
Yeni çıxan bir müğənni var. Anar Qasımzadə. Bir neçə gün öncə şou-proqramlardan birində canlı yayımda aparıcı, efirə zəng vuran tamaşaçı, elə təcrübəli həmkarı Könül Kərimova da onu "ağ yudu", "qara sərdi". Anarın oxumağını zarımaq adlandıran da oldu, aranjemanını ayıb hesab edənlər də. İnsafən Anarın oxumağı yaxşıdır. Və biz ona söz haqqı vermək, oxucularımıza təqdim etmək üçün müsahibəyə çağırmaq istədik. Ancaq...
Telefonu Anarın əvəzinə özünü onun prodüseri kimi təqdim edən bir nəfər açdı. Çox kobud şəkildə "nə istəyirsiniz, biz sayt-mayt hərrəmirik, başımızı aşağı salıb pulumuzu qazanırıq" dedi.
İstər-istəməz ağlımdan keçdi ki, deyəsən elə bunlara haqq ediblərmiş.
Minlərlə manat pulundan keçib proqrama çıxır, həm pulunu verir, üstəlik verdiyi pulla da rəzil olur. Sən qonaq çağırırsan, mədəni bir şəkildə dəvət edirsən, bir çox səviyyəsizlərdən fərqli olaraq bizim müsahibələrimizdə heç kimdən bir qəpik, bir hədiyyə də tələb olunmur, bu verilən cavab nədir?
Bəzi məşhurların "prodüser" adıyla yanlarında gəzdirdikləri köməkçilərinə tərbiyə lazımdır. Onlarsız daha irəli gedərdilər, nəinki onlarla. Köməkçi nə zamandan sənin adından danışan olub, biz ancaq toy üçün əlləşib, pulumuzu qazanırıq, sayt-mayt hərrəmirik deyən olub. İki dəfə efirə çıxmaqla siz özünüzü meqastar zənn edirsiniz?
Əgər sənin özünün media ilə danışacaq qədər ağlın, fikrin yoxdursa, deməli o prodüserin kapitalısan, səndən sadəcə istifadə edir. Bu ilk deyil. Təzə başlayan müğənnilərin çoxunun köməkçisi belə edir. İllərin Xalq artistləri telefonlarına özləri cavab verirlər və çox mədəni şəkildə ünsiyyət qururlar. Sizə nə olub?
Bir iki dəfə maqazin xəbəri yazıb, sonra hansısa müğənniyə calaq olub onunla toy-toy gəzən, paltarını geyinib, çörəyini yeyənlər sonradan niyə özlərini müğənninin ağası kimi aparırlar ki? Bu həddi onlara müğənni verir? Verirsə niyə özünü bu qədər məhdudlaşdırır? Kimdən və nədən qoruyur? Yox o prodüserciklər bunu özləri eqolarını şişirtmək üçün edirlərsə, kənardan baxınca çox gülünc görünür.
Başqasını qorumaq üçün bu qədər can atıb, müdafiə xətti yaradan o köməkçi ordusunu sərhədi qorumağa göndərmək lazımdır. Əminəm, quş da uçurmazlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 839 Tarix: 12 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTurizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb. "Report"un məlumatına görə, O.Hüseynli rəhbərlik etdiyi "Renaissance Travel"
06.09.2026 148 Rodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir
Rəsmi Karakas tərəfindən ABŞ və digər ölkələrlə imzalanan müqavilələr həm venesuelalılar, həm də dünya iqtisadiyyatı üçün faydalıdır. "Report"un məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bunu ölkənin dövlət televiziyasının efirində bildirib. "Biz təkcə Venesuel
06.09.2026 157 Tramp: ABŞ DÇ-2026-ya ev sahibliyi ilə 18 mlrd. dollardan çox qazanc əldə edib
ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin futbol üzrə dünya çempionatının Amerika iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini bildirib. "Report"un məlumatına görə, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. O, həmçinin qeyd edib ki, dünya çempionatın
06.09.2026 162 İlham Əliyev: "Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb"
Prezident İlham Əliyev Esvatininin Kralı Əlahəzrət II Msvatiniyə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Esvatini Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız
06.09.2026 162 Niger Fransanı hərbi qiyam törətməkdə ittiham edib
Niger hakimiyyəti Fransanı avqustun sonlarında Xüsusi Əməliyyatlar Komandanlığının Xüsusi Kəşfiyyat Batalyonunun üzvlərini Niameydəki 101 saylı bazada silahlı üsyana təhrik etməkdə ittiham edib. "Report"un ANP-yə istinadən məlumatına görə, bu barədə Nigerin Nazirlər Şurasının kommünikesind
06.09.2026 164 Putinlə görüşə ABŞ-dən daha kimlər gedib? - YENİ DETALLAR
Moskvadakı danışıqlarda Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər. xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkə hesabında bildirib
06.09.2026 148 Məlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib
ABŞ-nin hökumət müstəntiqləri jurnalistlərə məlumatların sızmasının araşdırılması çərçivəsində ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşını poliqraf testindən keçiriblər. "Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə vəziyyətl
06.09.2026 144 Dərman qəbulunda ən böyük SƏHV - SƏBƏBİ heç ağlınıza gəlməyəcək
Dəmir preparatlarından istifadə edən, lakin dəmir ehtiyatları uzun müddət bərpa olunmayan insanların sayı az deyil. Poliklinikalarda rast gəlinən hallardan biri də aylarla dəmir qəbul etməsinə baxmayaraq, ferritin göstəricisinin hələ də aşağı qalmasıdır. "Yeni Sabah" xəbər verir ki, bu barəd
06.09.2026 176 Media: ABŞ kəşfiyyatı hesab edir ki, İranın öz gücünə inamı artıb
ABŞ-nin İrana qarşı hərbi kampaniyasının başlamasından altı ay sonra Tehran hərbi potensialına inamını əhəmiyyətli dərəcədə artırıb. "Report"un məlumatına görə, "The New York Times" (NYT) ABŞ-nin kəşfiyyat materiallarına və analitik qiymətləndirmələrinə istinadən bu məlumatlara istina
06.09.2026 160