Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır - Siyahı

Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır - SiyahıCOP29-la əlaqədar 57 marşrutun hərəkət sxemi dəyişdirilir, 15 marşrutun fəaliyyəti dayandırılır.

BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətə uyğun olaraq 11-22 noyabr tarixlərini əhatə edəcək.

Dəyşikliyə əsasən:

- 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "28 May" Nəqliyyat Mübadilə Mərkəzi təyin edilib. Belə ki, başlanğıc dayanacağı Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 2 nömrəli, "Nəriman Nərimanov" metrostansiyası olan 5 nömrəli və "Dərnəgül" metrostansiyası olan 88 nömrəli marşrut avtobuslarının təyinat nöqtəsi "28 May" NMM olacaq.

- 7 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Elmlər Akademiyası" metrostansiyası təyin edilib. Başlanğıc dayanacağı "Azadlıq prospekti" metrostansiyası olan 6 nömrəli, Yasamal Yaşayış Kompleksi (MİDA) olan 10 nömrəli, 9-cu mikrorayon olan 18 nömrəli, Badamdar qəsəbəsi olan 31 nömrəli, Yeni Yasamal yaşayış massivi olan 39 nömrəli, Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 96 nömrəli, Lökbatan qəsəbəsi olan 125 nömrəli marşrut avtobuslarının son dayanacaq məntəqəsi metronun "Elmlər Akademiyası" stansiyası olacaq.

- 12 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Ulduz" metrostansiyası təyin edilib. Yeni Günəsli qəsəbəsini metro ilə əlaqələndirən 36 nömrəli marşrutun sxemindən Müzəffər Həsənov küçəsi (Yeni klinika), Tibb Universiteti və metronu birləşdirən 38 nömrəli marşrutun sxemindən isə Keşlə qəsəbəsi çıxarılıb. 71 nömrəli marşrut "Azadlıq prospekti" və "Ulduz" metrostansiyalarını əlaqələndirəcək.

Başlanğıcını Balaxanı (105 nömrəli), Buzovna (107 və 131 nömrəli), Bilgəh (172 nömrəli), Nardaran (189 nömrəli), Ramana (204 nömrəli), Məmmədli (217 nömrəli), Maştağa (M8 nömrəli) qəsəbələri və Savalan yaşayış massivindən (139 nömrəli) götürən marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

- 4 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Xətai" metrostansiyası təyin edilib. Belə ki, Cəmşid Naxçıvanski küçəsindən başlanğıcını götürən 30 və 32 nömrəli, "Əhmədli" metrostansiyasından fəaliyyətə başlayan 21 nömrəli və Mehdi Hüseynzadə küçəsində (68 nömrəli məktəb) başlanğıc dayanacağı olan 49 nömrəli marşrutların təyinat nöqtəsi metronun "Xətai" stansiyası olacaq.

- 13 nömrəli marşrut Bakı Beynəlxalq Avtovağzal Kompleksini "Gənclik" Nəqliyyat Mübadilə Mərkəzi ilə, 15 nömrəli marşrut Keşlə qəsəbəsini Azər Manafov küçəsi ilə, 46 nömrəli marşrut Günəşli qəsəbəsini Həmrəylik küçəsi ilə, 60 nömrəli marşrut Polad Həşimov və Yavər Əliyev küçələrini, 61 nömrəli marşrut paytaxtın 9-cu mikrorayonunu Rəşid Behbudov küçəsi (Mərkəzi Bank) ilə, 65 nömrəli marşrut 9-cu mikrorayonu Azərbaycan prospekti ilə, 70 nömrəli marşrut "AzərSu" Tikinti Xəstəxanasını "Neftçilər" metostansiyası ilə, 77 nömrəli marşrut Yeni Yasamal yaşayış massivini Hüseyn Cavid prospekti (FHN) ilə əlaqələndirəcək.

120 nömrəli marşrut Hövsan Yaşayış Kompleksi (MİDA) və "Həzi Aslanov" metrostansiyasını, 141 nömrəli marşrut Buzovna-Şüvəlan şosesi və Mərdəkan qəsəbəsini, 149 nömrəli marşrut Sahil qəsəbəsi və "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzini, 198 nömrəli marşrut isə Zabrat dəmiryol stansiyası və Zabrat dairəsini birləşdirəcək.

- Zabrat qəsəbəsindən başlanğıcını götürən 3 sayda müntəzəm marşrutun (118A, 118B və 148 nömrəli) son dayanacaq məntəqəsi Sabunçu dəmiryol stansiyası təyin edilib.

- 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (dəmiryol stansiyası) təyin edilib. Belə ki, başlanğıc dayanacağı Ramana Yeni Yaşayış Kompleksi olan 163 nömrəli, Suraxanı qəsəbəsi olan 184 nömrəli və Ramana qəsəbəsi (Şuşa şəhərciyi) olan 214 nömrəli marşrutların təyinat nöqtəsi "Koroğlu" metrostansiyasının cənub çıxışı ("Piramida" tərəf) olacaq.

- 62 nömrəli marşrut Sabunçu qəsəsini Nəsirəddin Tusi küçəsi ilə, 93 nömrəli marşrut "Dərnəgül" metrostansiyasını Sabunçu qəsəbəsi ilə, 166 nömrəli marşrut isə Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsi ilə əlaqələndirəcək. Marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

- 3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi Zabrat dairəsinə təyin edilib. Başlanğıcını Pirşağı qəsəbəsindən götürən 173A və 173B nömrəli və Savalan yaşayış massivindən fəaliyyət göstərən 197 nömrəli marşrutların təyinat nöqtəsi Zabrat dairəsi olacaq.

- Sabunçu və Günəşli qəsəbələrini əlaqələndirən 40 və 55 nömrəli marşrutların fəaliyyəti Asif Əsədullayev və Yavər Əliyev küçələri ilə təşkil ediləcək.

- 140 nömrəli marşrut Şüvəlan qəsəbəsini "Əhmədli" metrostansiyası ilə, 160 nömrəli marşrut isə Binə qəsəbəsini "Həzi Aslanov" metrostansiyası ilə əlaqələndirəcək. Hər iki marşrut üzrə avtobuslar Qala-Pirallahı yolu və Zığ şosesi ilə hərəkət edəcək.

- Başlanğıcını Kürdəxanı qəsəbəsindən götürən 185 nömrəli marşrutun son dayanacaq məntəqəsi "8-ci km" bazarı olacaq. Marşrutun fəaliyyəti Əsildar Məmmədəliyev küçəsinə (Sabunçu dəmiryol stansiyası) daxil olmaqla təşkil ediləcək.

- 3 nömrəli marşrut "Dərnəgül" metrostansiyasını Badamdar qəsəbəsi ilə əlaqələndirəcək. Avtobusların qəsəbədən metrostansiya istiqamətində hərəkəti Badamdar şosesi, M.Müşfiq küçəsi, H.Cavid prospekti, Ə.Haqverdiyev, Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, H.Ələsgərov, Mərdənov qardaşları və A.Bakıxanov küçələri, daha sonra isə öz hərəkət sxemi üzrə təmin ediləcək. Əks istiqamətdə isə avtobus marşrutu N.Yusifbəyli, S.Vurğun, H.Əliyev, Ş.Mehdiyev, Ə.Haqverdiyev küçələri və H.Cavid prospekti, daha sonra isə öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

- 11 saylı məktəbi Yeni Yasamal yaşayış massivi ilə əlaqələndirən 17 nömrəli marşrut avtobusları Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, Mərdanov qardaşları və A.Bakıxanov küçələri, əks istiqamətdə isə H.Ələsgərov, S.Vurğun, Ş.Mehdiyev, A.Abbasov küçələri ilə hərəkət edəcək. Marşrut daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

15 sayda müntəzəm marşrutun (1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E nömrəli) fəaliyyəti müvəqqəti dayandırılacaq.

Sərnişinlərdən təyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur. Tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına uyğun olaraq marşrutların fəaliyyəti mərhələli şəkildə bərpa ediləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1162   Tarix: 09 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vətəndaşlar sərmayələrini xaricdə diversifikasiya edir - risklər və imkanlar

"Son dövrlərdə Azərbaycanda vətəndaşlar öz sərmayələrini yalnız daxili bazara yönəltmir, həmçinin xarici ölkələrdə daşınmaz əmlak almağa da üstünlük verirlər. Bu tendensiya bir tərəfdən fərdi investisiya strategiyasının tərkib hissəsidir, digər tərəfdən isə beynəlxalq bazarlarda diversifikasiy

15:31 239
.

Tovuzun kəndləri qazsız qalıb: sakinlər çətin şəraitdə yaşayır - AZƏRİQAZDAN AÇIQLAMA

Tovuz rayonunun bir sıra kəndlərində illərdir davam edən qaz problemi sakinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Qəriblisovetli, Ağdərə, İskəndlik, Şamlıq, Ağbaşlar və digər yaşayış məntəqələri daxil olmaqla 10-dan çox kənddə təbii qazın olmaması xüsusilə qış aylarında əhalini ağır vəziyyətl

13:06 250
.

Sosial media ilə olan maddi qazanca güvənmək olmaz!

"Son illərdə xüsusilə gənclər arasında "YouTube və sosial media ilə pul qazanım" düşüncəsi geniş yayılıb. İlk baxışdan bu model cəlbedici görünür: azad iş qrafiki, sürətli qazanc ehtimalı, tanınmaq şansı. Lakin reallıq sosial şəbəkələrdə göründüyü qədər sadə deyil". Bunu BİG.AZ-

16:55 258
.

Hər gün istifadə etdiyimiz dünyanın ən bahalı qidaları

Bəzən dəbdəbə düşündüyümüzdən daha yaxın olur və insan əlində saxladığı əşyanın dəyərinin zərgərlik məmulatı ilə müqayisə oluna biləcəyini belə anlamır. Gündəlik istifadə etdiyimiz əşyalar aləmi isə gözlənilməz sürprizlərlə zəngindir. Nadir məhsullar bazarı üzrə ekspertlər uzun illərdir bu fenomenlər

18:30 225
.

Sabah hava belə olacaq

Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə havanın çiskinli olacağı ehtimal

12:44 301
.

Mərkəzi Komandanlıq Yaxın Şərqdəki bazalarına 300-dən çox reaktiv təyyarə və hərbi təyyarə yerləşdirib

ABŞ və İran arasında gərginliyin artması ilə Vaşinqton administrasiyası ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki bazalarına 300-dən çox reaktiv təyyarə və hərbi təyyarə göndərib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, açıq mənbəli uçuş məlumatlarına görə, bölgədə 300-dən çox ABŞ hərb

16:23 216
.

Küsülü dostlar bir arada - Fotolar

Aktyorlar Fərda Xudaverdiyev və Müşviq Şahverdiyev bir araya gəlib. Axşam.az xəbər verir ki, uzun müddət küsülü olan yumor ustaları birlikdə layihə edəcəklərini qeyd ediblər. "Asimanla İsabalanı yenidən bir arada görüb sevinən dostlarım bəyəni qoysun" deyə, onlar fotoya yazıblar. Qeyd edə

15:33 311
.

"Hüquqşünasların 99 faizi bisavaddır, hətta ən tanınmışları..." - Nazirin təklifinə irad

"Azərbaycanda normal hüquqşünas çox azdır. Hüquq fakültəsinin diplomuna malik olan o qədər adam var ki! Onların 99 faizi bisavaddır! Hətta deyərdim ki, ölkə miqyasında tanınan hüquqşünasların çoxu belədir. Bunu tam məsuliyyətimlə deyirəm". Bu sözləri "Yeni Sabah"a vəkil Əkrəm Həsəno

20:15 133
.

Zəhra övladları ilə foto paylaşdı

Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini olan general-polkovnik Mədət Quliyevin həyat yoldaşı, keçmiş aparıcı Zəhra Quliyeva övladları ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, şəkildə Z.Quliyevanın 3 övladı yer alıb. O, şəkli instaqram hesabında paylaşıb. Qeyd edək ki, bir neçə gün əvvə

14:22 563
.

TOP MP3