İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdırİqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə "El-Nino" hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir.

Planetimizi və Azərbaycanı nə gözləyir?

Bu barədə Globalinfo.az-a "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova danışıb.

O deyib ki, "El-Nino" hadisəsi dünyanın müxtəlif bölgələrində yağıntı, külək və quraqlıq rejiminə təsir göstərə bilər:

"El-Nino"nun əsas təhlükəsi qlobal hava sistemlərində ciddi dəyişikliklərə səbəb olmasıdır. Bir regionda güclü istilik və quraqlıq müşahidə edilərkən, digər ərazilərdə intensiv yağışlar və daşqınlar baş verə bilər. Qlobal istiləşmə atmosferin daha çox su buxarı saxlamasına şərait yaradır. Bu isə həm quraqlıq dövrlərinin uzanmasına, həm də yağıntı zamanı daha intensiv leysanların yaranmasına səbəb ola bilər.

Nəticədə gələcəkdə yalnız daha isti hava yox, dəyişkən və ekstremal hava şəraiti ilə qarşılaşa bilərik. Daha uzun və intensiv isti dalğaları, quraqlıq, su çatışmazlığı, kənd təsərrüfatında məhsuldarlığın azalması, meşə və çöl yanğınlarının artması, bəzi ərazilərdə isə güclü leysan və daşqınlar əsas risklər sırasında olacaq".

İ.Həsənova bildirib ki, Azərbaycan üçün bu məsələ xüsusilə aktualdır:

"Ölkənin böyük hissəsi quraq və yarı-quraq iqlim zonalarında yerləşir. Su ehtiyatlarının məhdudluğu, kənd təsərrüfatının iqlimdən asılılığı, Kür-Araz ovalığında quraqlıq riski və Xəzər dənizi hövzəsində baş verən dəyişikliklər iqlim risklərini artırır. "El-Nino"nun yaratdığı qlobal atmosfer dövranı dəyişiklikləri Avrasiya və Aralıq dənizi regionunda hava şəraitinə dolayı təsir göstərə bilər.

Buna görə "El-Nino" dövrünü Azərbaycanda avtomatik olaraq quraqlıq və ya güclü yağışla əlaqələndirmək düzgün deyil. Təsirin xarakteri konkret ilin atmosfer şəraitindən və digər iqlim amillərindən asılıdır. Azərbaycan üçün uzunmüddətli əsas təhlükə isə qlobal istiləşmədir. Temperaturun artması suya tələbatı və torpaqdan buxarlanmanı artıracaq, kənd təsərrüfatında suvarma ehtiyacını yüksəldəcək. Quraqlıq dövrlərinin uzanması Kür və digər su hövzələrinin su balansına əlavə təzyiq yarada bilər".

Ekoloq qeyd edib ki, iqlim dəyişmələrinin ən ciddi təsirlərindən biri kənd təsərrüfatında hiss olunacaq:

"Yüksək temperatur və su çatışmazlığı məhsuldarlığı azalda, bitkilərin vegetasiya dövrünü dəyişə, zərərvericilərin yayılma arealını genişləndirə bilər. Bu səbəbdən suya qənaət edən texnologiyaların, müasir suvarma sistemlərinin və quraqlığa, eləcə də yüksək temperatura davamlı bitki sortlarının tətbiqi əhəmiyyətini artıracaq.

Su təhlükəsizliyinin təmin edilməsi, ekosistemlərin qorunması və iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin gücləndirilməsi də əsas prioritetlərdən olmalıdır. İqlim dəyişmələrinin qarşısını tamamilə almaq mümkün olmasa da, onların ağır nəticələrini azaltmaq və risklərə əvvəlcədən hazırlaşmaq mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 897   Tarix: 06 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

12:18 343
.

Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi

"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini

12:46 217
.

"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik

17:35 354
.

"Survivor 2027"nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Axşam.az xəbər verir ki, layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçılar onların komandalarında mübarizə aparacaqlar. Qalib

21:15 154
.

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində

17:41 274
.

Kəlağayı milli-mənəvi dəyərlərimizin yaşadılmasının gözəl nümunəsidir

"Azərbaycan xanımının kəlağayıdan istifadə etməsi milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və mədəni irsimizə ehtiramın gözəl ifadəsidir. Xüsusilə, hicab örtməyən xanımlarımızın da kəlağayıya maraq göstərməsi, onu müasir geyim mədəniyyətimizin bir hissəsinə çevirməsi milli ənənələrimizi

12:56 217
.

Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?

"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə

12:27 244
.

"Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam

"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa. Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həl

17:31 259
.

"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"

"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki

15:10 191
.