Ordumuzun yanında olan sənətçilərimiz: "Mikrofonu qoyub cəbhəyə getdim"
44 günlük müharibə zamanı ifaları ilə əsgərlərimizə motivasiya verərək onlara dəstək olan Əməkdar artist Babək Niftəliyev həmin günlər keçirdiyi hissləri Baku TV ilə bölüşüb.
"Atam, anam başıma bir iş gəlməsindən narahat idilər. Amma evdə boş dayana bilməzdim. Mikrofonu kənara qoyub cəbhəyə getdim", - deyə o söyləyib.
Döyüş bölgəsində ordumuzun yanında olan sənətçilərimizdən biri də Əməkdar artist İlkin Əhmədovdur. O, müharibədə əsgərlərimizin yanında olmağı özünə borc bildiyini vurğulayıb:
"Sanki əsgərlərimiz bizi orada görməyi gözləmirdi. Hamısının üzündə bir təbəssüm var idi. Bu bizim üçün çox xoş idi. Qardaşlarım, əzizlərim, övladım yerində olanlar orada döyüşən vaxt evdə yata bilməzdim. Biz ifalarımızla onlara motivasiya verməyə çalışırdıq".
Xalq artisti Nurəddin Mehdixanlı 44 gün ön cəbhədə əsgərlərimizlə olduğu zamanların həyatının ən dəyərli günləri olduğunu və bununla fəxr etdiyini deyib:
"Mən sənət adamıyam, eyni zamanda, ehtiyatda olan zabitəm. Müharibədə Azərbaycan əsgərinin nələr etdiyini öz gözlərimlə gördüm. Bu bizim tariximizdə əvəzolunmaz bir hadisədir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 765 Tarix: 08 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693