Bu günədək COP29-da iştirak etmək üçün 67 min nəfər qeydiyyatdan keçib

Bu günədək COP29-da iştirak etmək üçün 67 min nəfər qeydiyyatdan keçib"İndiyədək Bakıda keçiriləcək COP29 konfransına gəlmək üçün 67 min nəfər qeydiyyatdan keçib".

"Report" xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşdə məlumat verib.

Onun sözlərinə görə, tədbiri işıqlandırmaq üçün 3 500 media nümayəndəsi akkreditasiyadan keçib və onların bir çoxu artıq Azərbaycandadır.

A.Ələkbərov həmçinin bildirib ki, COP29-un keçiriləcəyi Bakı Stadionunun bir çox ərazilərində işlər artıq 100% tamamlanıb, stadiondakı zonalarda isə bütün hazırlıq işləri başa çatıb.

Prezidentin köməkçisi deyib ki, 29 otaqda iclaslar təşkil ediləcək: "Artıq tədbir məkanında noyabrın 5-dən COP29-la bağlı aktiv müzakirələr aparılır".

O, COP29 iştirakçılarının qidalanma məsələsinə də toxunub: "Qidalanma məsələsinə hazırlıq çərçivəsində tam diqqət yetirilib. Bunun üçün xüsusi portal yaradılıb və artıq sifarişlər də alınıb".

Məlumat verilib ki, Yaşıl Zonada 58 yerli və xarici şirkət pavilyonlar qurub.

A.Ələkbərov qeyd edib ki, noyabrın 11-də COP29 tədbirinin rəsmi açılış mərasimi olacaq: "Noyabrın 12-13-də Liderlər Sammiti keçiriləcək, noyabrın 12-də isə Yaşıl Zonada birinci xanımların görüşü baş tutacaq. Tədbir noyabrın 22-də rəsmi olaraq yekunlaşsa da, danışıqlardan asılı olaraq bu tarix uzana da bilər".

Eyni zamanda COP29-un rəsmi açılış mərasimində təxminən 40 dəqiqə Azərbaycan mədəniyyətinin təqdim olunacağı vurğulanıb.

Tədbirin keçiriləcəyi müddətdə şəhər ərazisində fəaliyyət göstərən restoran və kafelərdə isə hər hansı məhdudiyyətlərin olmayacağı diqqətə çatdırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 706   Tarix: 08 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Antalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb

Türkiyənin Antalya şəhərində sosial şəbəkələrdə cinayətkar təşkilatları təbliğ edən, onların metodlarına qanuni don geydirən və fəaliyyətlərini təşviq edən 14 şübhəlidən 10-u saxlanılıb. Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir. Antalya Baş Prokurorluğu tərəfindən aparılan araşdırm

16:30 97
.

Ağ Ev Rusiya-Ukrayna danışıqları ilə bağlı yeni detalları açıqladı

Rusiya və ABŞ nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda yaxın həftələrdə açıqlanacaq növbəti addımları müzakirə ediblər. xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, ABŞ və Rusiya nümayəndələr

20:30 0
.

Dərman qəbulunda ən böyük SƏHV - SƏBƏBİ heç ağlınıza gəlməyəcək

Dəmir preparatlarından istifadə edən, lakin dəmir ehtiyatları uzun müddət bərpa olunmayan insanların sayı az deyil. Poliklinikalarda rast gəlinən hallardan biri də aylarla dəmir qəbul etməsinə baxmayaraq, ferritin göstəricisinin hələ də aşağı qalmasıdır. "Yeni Sabah" xəbər verir ki, bu barəd

13:21 154
.

4 uşaq anası olan arvadını və özünü küçədə öldürdü

Türkiyədə küçədə dəhşətli qətl hadisəsi olub. yerli mediaya istinadla bildirir ki, hadisə Kahramanmaraş şəhərinin, Onikişubat rayonunun Mercimektepe məhəlləsində baş verib. 56 yaşlı Tevfik Bağrıaçık mübahisə etdiyi 49 yaşlı həyat yoldaşı Dilek Bağrıaçıkı küçənin ortasında tüfənglə güllələyərək öldürüb

13:40 179
.

Britaniyada müdafiə xərclərini artırmaq üçün əlillərə verilən güzəştlər ləğv edilə bilər

Böyük Britaniya 2030-cu ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulun 3 faizinə çatdırmağı planlaşdırır və bunun üçün mühafizəkarların lideri Kemi Badenok əlillər üçün güzəştlərə və mənzil müavinətləri sisteminə yenidən baxmağı təklif edib. xəbər verir ki, bu barədə "The Times" qəzet

21:45 0
.

Ata oğlunu və gəlinini GÜLLƏLƏDİ

Türkiyədə kişi oğlunu və gəlinini güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Buldan rayonunda baş verib. Ailə üzvləri arasında yaranan mübahisə böyüdükdən sonra psixi xəstəliyi olan ata 90 yaşlı Süleyman U. tüfəngə əl atıb və oğlu 65 yaşlı İsmayıl ilə gəlini Sultana atə

15:40 128
.

Mərmərə dənizində qəza: Türkiyədə Silivri sahillərində batmış gəminin yeri dəqiqləşdi

Sentyabrın 2-də Mərmərə dənizinin Silivri sahillərində Türkiyə bayrağı altında üzən "ALSU" gəmisi ilə toqquşduqdan sonra batan "Tuğberk İmamoğlu" gəmisinin qalıqlarının olduğu yer təsdiqlənib. Bu barədə "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, qalıqlar qəz

11:00 150
.

BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı

BMW Almaniyada 3, 5 və 7 seriyalarından olan 189 130 avtomobili alovlanma riski səbəbindən geri çağırır. bildirir ki, bu barədə Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsindən məlumat verilib. Məlumata görə, buna səbəb sudan kifayət qədər qorunmayan starter rölesidir. Detalın daxilindəki kontaktla

14:10 130
.

DƏHŞƏTLİ FACİƏ: 2 qardaş eyni vaxtda öldü

Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunda baş verən motosiklet qəzası iki qardaşın həyatına son qoyub. bildirir ki, hadisə Karkamış rayonunun Keleklioğlu məhəlləsində baş verib. Məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb və qəbiristanlığın divarına çırpılıb. Qəza nəticəsind

17:52 0
.