"Şuşa döyüşləri hərb tariximizdə müstəsna bir yerə sahibdir"- Emin Həsənli
Hər günü hərb tariximizin bir qəhrəmanlıq səhifəsi olan İkinci Qarabağ müharibəsində müzəffər ordumuz düşmənlə döyüş meydanında üz-üzə, göz-gözə savaşaraq qələbə qazanıb. Bu gün dillərdə dastan olan Şuşa əməliyyatı qəhrəman oğullarımızın sayəsində reallaşdı. Şuşa döyüşləri hərb tariximizin mübarizlik salnaməsinə, Azərbaycan Ordusunun qəhrəmanlıq rəmzinə dönüb.
44 günlük Vətən müharibəsi başlanan ilk günlərdən artilleriya atəşinə tutulan Şuşa ətrafında döyüşlər oktyabr ayının 29-da başlayıb, şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridilib. Çanaqçı kəndini işğaldan azad etdikdən sonra strateji əhəmiyyətli Şuşa–Laçın yolunun bir hissəsinə nəzarəti ələ keçirən Azərbaycan xüsusi təyinatlıları sıx meşələr, keçilməz yarğanlarla irəliləyərək Şuşaya Qarabağ meşələrindən yol açıb. Ölkə başçımızın dediyi kimi, "bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə". Nəticədə Azərbaycan öz dilbəri Şuşaya qovuşdu.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, Şuşa döyüşlərinin Azərbaycanın hərb tarixində müstəsna yeri var. Bu döyüş ən yeni tariximizin qızıl səhifələrindən biridir:
"Şuşa Qarabağda ən yüksək mövqeylərdən biri olmaqla yanaşı Azərbaycanın mədəniyyət beşiyidir. Buna görə də xalqımız üçün xüsusi əhəmiyyət kəsb edir. Hər kəs "növbəti bayramı Şuşada keçirəcəyik" arzusu ilə yaşayırdı. Bu arzunu Azərbaycan Ordusu reallaşdırdı. Təqvimimizdə bir gün əskik idi. Onu da Azərbaycan Ordusu Şuşanı azad etməklə 8 Noyabr Qələbə gününü xalqımıza bəxş etdi. Bu gün həm də zəfər tariximiz, qələbə tariximizdir.
Şuşa döyüşləri hərb tariximizdə müstəsna bir yerə sahibdir. Bu döyüş klassik, əlbəyaxa, bəzi yerlərdə isə yüngül silahlarla həyata keçirilib.
Azərbaycan Ordusu 44 gün ərzində həm müasir texnoloji, həm də klassik müharibə aparıb.
Hərbiçilərimizin vətənpərvərliyi, xalq-ordu birliyi, dövlət-ordu birliyi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbə əldə etdik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 602 Tarix: 08 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAntalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb
Türkiyənin Antalya şəhərində sosial şəbəkələrdə cinayətkar təşkilatları təbliğ edən, onların metodlarına qanuni don geydirən və fəaliyyətlərini təşviq edən 14 şübhəlidən 10-u saxlanılıb. Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir. Antalya Baş Prokurorluğu tərəfindən aparılan araşdırm
16:30 97 Ağ Ev Rusiya-Ukrayna danışıqları ilə bağlı yeni detalları açıqladı
Rusiya və ABŞ nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda yaxın həftələrdə açıqlanacaq növbəti addımları müzakirə ediblər. xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, ABŞ və Rusiya nümayəndələr
20:30 0 Dərman qəbulunda ən böyük SƏHV - SƏBƏBİ heç ağlınıza gəlməyəcək
Dəmir preparatlarından istifadə edən, lakin dəmir ehtiyatları uzun müddət bərpa olunmayan insanların sayı az deyil. Poliklinikalarda rast gəlinən hallardan biri də aylarla dəmir qəbul etməsinə baxmayaraq, ferritin göstəricisinin hələ də aşağı qalmasıdır. "Yeni Sabah" xəbər verir ki, bu barəd
13:21 154 4 uşaq anası olan arvadını və özünü küçədə öldürdü
Türkiyədə küçədə dəhşətli qətl hadisəsi olub. yerli mediaya istinadla bildirir ki, hadisə Kahramanmaraş şəhərinin, Onikişubat rayonunun Mercimektepe məhəlləsində baş verib. 56 yaşlı Tevfik Bağrıaçık mübahisə etdiyi 49 yaşlı həyat yoldaşı Dilek Bağrıaçıkı küçənin ortasında tüfənglə güllələyərək öldürüb
13:40 179 Britaniyada müdafiə xərclərini artırmaq üçün əlillərə verilən güzəştlər ləğv edilə bilər
Böyük Britaniya 2030-cu ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulun 3 faizinə çatdırmağı planlaşdırır və bunun üçün mühafizəkarların lideri Kemi Badenok əlillər üçün güzəştlərə və mənzil müavinətləri sisteminə yenidən baxmağı təklif edib. xəbər verir ki, bu barədə "The Times" qəzet
21:45 0 Ata oğlunu və gəlinini GÜLLƏLƏDİ
Türkiyədə kişi oğlunu və gəlinini güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Buldan rayonunda baş verib. Ailə üzvləri arasında yaranan mübahisə böyüdükdən sonra psixi xəstəliyi olan ata 90 yaşlı Süleyman U. tüfəngə əl atıb və oğlu 65 yaşlı İsmayıl ilə gəlini Sultana atə
15:40 128 Mərmərə dənizində qəza: Türkiyədə Silivri sahillərində batmış gəminin yeri dəqiqləşdi
Sentyabrın 2-də Mərmərə dənizinin Silivri sahillərində Türkiyə bayrağı altında üzən "ALSU" gəmisi ilə toqquşduqdan sonra batan "Tuğberk İmamoğlu" gəmisinin qalıqlarının olduğu yer təsdiqlənib. Bu barədə "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, qalıqlar qəz
11:00 150 BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
BMW Almaniyada 3, 5 və 7 seriyalarından olan 189 130 avtomobili alovlanma riski səbəbindən geri çağırır. bildirir ki, bu barədə Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsindən məlumat verilib. Məlumata görə, buna səbəb sudan kifayət qədər qorunmayan starter rölesidir. Detalın daxilindəki kontaktla
14:10 130 DƏHŞƏTLİ FACİƏ: 2 qardaş eyni vaxtda öldü
Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunda baş verən motosiklet qəzası iki qardaşın həyatına son qoyub. bildirir ki, hadisə Karkamış rayonunun Keleklioğlu məhəlləsində baş verib. Məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb və qəbiristanlığın divarına çırpılıb. Qəza nəticəsind
17:52 0