Hansı yuxu sağlam yaşlanma ehtimalını artırır?

Hansı yuxu sağlam yaşlanma ehtimalını artırır?Vençjou Tibb Universitetinin (Çin) alimləri müəyyən ediblər ki, sabit yuxu rejimi və səkkiz saatlıq gecə yuxusu uğurlu yaşlanma üçün ən əlverişlidir.

BİG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, tədqiqatda orta yaşı 60 olan 3306 könüllü iştirak edib. İştirakçıların ümumi yuxu müddəti 2011, 2013 və 2015-ci illərdə könüllülərin özləri tərəfindən təqdim edilən məlumatlardan istifadə edərək gecə və gündüz yuxusunun cəmlənməsi ilə hesablanıb.

Alimlər sağlam yaşlanmanı beş meyar üzrə qiymətləndiriblər: xroniki xəstəliklərin olmaması, gündəlik fəaliyyətləri müstəqil yerinə yetirmək qabiliyyəti, koqnitiv rifah, minimal depressiya əlamətləri və sosial fəallıq. Təhlil bədən kütləsi indeksi (BKİ), həyat tərzi, fiziki aktivlik səviyyəsi, zərərli vərdişlər, gəlir, təhsil, yaşayış yeri, cins və yaş kimi amillər nəzərə alınmaqla tənzimlənib.

Doqquz illik müşahidə müddətində iştirakçıların əksəriyyəti (81%) xroniki xəstəliklərdən qaçıb, lakin yalnız 13.8%-i uğurlu yaşlanma meyarlarına cavab verib.

Tədqiqatçılar yuxuda beş yuxu rejimini müəyyən ediblər: qısa sabit, artan (müddətə görə), azalan, uzun sabit və normal sabit. Normal sabit yuxu rejimi olan qrupda uğurlu yaşlanma göstəriciləri ən yüksək - 18.1% olub.

Normal sabit və uzun sabit yuxu rejimləri uğurlu yaşlanma üçün daha əlverişli olub, qısa sabit, artan və azalan yuxu rejimləri isə daha aşağı sağlamlıq göstəriciləri ilə əlaqəli olub.

Həmçinin müəyyən edilib ki, yeddi saatdan az yuxu yaşlı yaşda rifah şanslarını azaldır. Yuxu müddətində yüksək dəyişkənliyi olan iştirakçılarda da sağlam yaşlanma ehtimalı daha aşağı olub. Bu müşahidələr müxtəlif çəkili, siqaret çəkən və alkoqol qəbul edən, həmçinin müxtəlif yaşlı kişi və qadınlar daxil olmaqla bütün alt qruplar üçün eyni olub.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1747   Tarix: 06 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 949
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 1054
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 904
.

Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur

Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm

31.10.2026 788
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 1023
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 755
.

Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə

Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj

16.11.2026 383
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 913
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3428
.