"Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədində "müşahidələrə başlaması" regiona yaxşı heç nə vəd etmir" - Deputat
Bu gün Ermənistan ərazisindəki Avropa İttifaqının (Aİ) "müşahidəçiləri" yenidən Azərbaycanla sərhədə gəliblər. Bir neçə gün öncə Azərbaycana qarşı qətnamə qəbul etmişdi.
Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Avropa İttifaqının "mülki" missiyasının yenidən Azərbaycan-Ermənistan sərhədlərində "müşahidələrə başlaması" regiona yaxşı heç nə vəd etmir və Cənubi Qafqazda yeni təxribatlara hazırlığın göstəricisidir. Lakin missiyanın yenidən qəfil fəallaşması təsadüf hesab edilməməlidir və bu proses Avropa İttifaqının digər mühüm strukturu olan Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən qərəzli qətnamənin məntiqi davamıdır:
"Məlumdur ki, son bir neçə ayda Azərbaycan-Ermənistan şərti sərhədlərində faktiki sülh hökm sürməkdədir və bu iki ölkə arasında vasitəçisiz danışıqlarda əldə edilən müəyyən uğurların daha da möhkəmlənməsi və regionda dayanıqlı sülhə nail olunması üçün ciddi zəminin formalaşması deməkdir. Regionda münaqişəyə öz imperialist maraqlarının təmini üsulu kimi baxan Qərb, ələlxüsus Fransa üçün isə bu qəbuledilməz vəziyyətdir. Bu mənada, Azərbaycanın COP29-a ev sahibliyi ərəfəsindəki həssas situasiya Fransa, Avropa İttifaqı və Qərb imperializiminin digər subyektləri üçün əlverişli məqam kimi görünməkdədir. Lakin Azərbaycan regionda əməliyyat şəraitinə tam şəkildə nəzarət etdiyi üçün digər uğursuz cəhdlər kimi Avropa İttifaqının faktiki hərbiləşdirilmiş missiyasının, o cümlədən Fransanın Ermənistandakı səfirinin özünün rəhbərlik etdiyi heyətin yeni təxribat cəhdləri də bölgədə dayanıqlı status-kvoya heç cür təsir edə, Azərbaycanın yaratdığı reallığı dəyişə bilməz".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 847 Tarix: 31 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddi
21:45 182 Həmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...
Dünən İsmayıllı rayonununun Balik kəndində ölümlə nəticələnən yol qəzası avtomobillərdən birinin nasaz vəziyyətdə olması səbəbindən baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Göyçay rayon sakini Yasər Mustafayev "VAZ"
13:58 201 Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
15:14 189 Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki
18:13 401 Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi
Vandal düşmənin torpaqlarımızı işğal etməsi nəticəsində Xudafərin körpüləri, Şıxlar və Xubyarlı kəndlərindəki türbələr, "Divlər Sarayı" mağarası, Sultan Məcid hamamı, Qız qalası, Şərifan abidələri və digər zəngin mədəni irsi, tarixi abidələri ilə tanınan Zəngilan rayonunun sakinlərinin həyat
14:37 189 ABŞ-də xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib
ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" Kaliforniyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Qurumun məlumatına görə, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatlar
18:50 176 Gənclərin 70 faizi telefonla danışmaq istəmir - Mütəxəssislər səbəbini açıqladı
Gənclər arasında telefonla danışmaq getdikcə daha az üstünlük verilən ünsiyyət formasına çevrilir. Xüsusilə əvvəlcədən xəbərdarlıq edilmədən edilən zənglər bəzi gənclərdə narahatlıq və stress yaradır. Mesajlaşma isə daha rahat ünsiyyət vasitəsi hesab olunur. 2024-cü ildə aparılan araşdırmaya görə, 18-3
14:30 200 Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam
Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycanın siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, oktyabrın 19-da Milli Məcli
15:50 226 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - FOTO
Xırdalanda 20 yaşlı gənc binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. BİG.AZ "Trend"ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Belə ki, Cavid Yusifov beşinci mərtəbədən yıxılaraq həyatını itirib. Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılı
20:44 198