İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı

İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdıAmerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb.

Oxu.Az xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan "Mask" adlı yeni sənədli filmində məlumat verilib.

28 yaşlı keçmiş mühafizəkar influenser Eşli Sent-Kler Maskla 2023-cü ildə "Twitter" (hazırda "X") sosial şəbəkəsi vasitəsilə tanış olduğunu bildirib. Onun sözlərinə görə, milyarder paylaşımlarına mütəmadi reaksiya verib, hətta Analar Günü ilə bağlı yazısından sonra ona daha çox uşaq dünyaya gətirməyi tövsiyə edib.

O, milyarderi ağıllı, mehriban, lakin olduqca qeyri-adi insan kimi təsvir edib. İddialara görə, Mask onunla övlad sahibi olmaq istədiyini dəfələrlə bildirib və 10 uşaq dünyaya gətirməsini təklif edib. Lakin onların münasibətləri oğulları Romulus dünyaya gəldikdən sonra dəyişib. Filmdə bildirilir ki, Maskın yaxın köməkçisi Cared Birçoll Sent-Klerlə uşağın maddi təminatına dair razılaşma adı altında məxfilik müqaviləsini müzakirə edib.

Sent-Klerin sözlərinə görə, sənəd 15 milyon dollar birdəfəlik ödəniş və 20 il ərzində hər ay 100 min dollar verilməsini nəzərdə tutub. O isə müqaviləni imzalamaqdan imtina edib.

Eşli Sent-Kler 2024-cü ilin sonlarında uşağının doğulduğunu ictimaiyyətə açıqladıqdan sonra, filmdəki məlumata əsasən, aylıq ödəniş əvvəlcə 100 min dollardan 40 min dollara, daha sonra isə 20 min dollara endirilib.

Keçmiş cütlük arasında oğullarının qəyyumluğu ilə bağlı məhkəmə mübahisəsi də davam edir. Sent-Kler uşağın təkbaşına qəyyumluğunun ona verilməsi üçün iddia qaldırıb. Mask isə eyni qərarın öz xeyrinə çıxarılması üçün mübarizə aparacağını bildirib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 113   Tarix: 17 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11.10.2026 450
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11.10.2026 629
.

Kombi təmiri yoxsa kombinin dəyişdirilməsi daha uyğundur?

Kombi xarab olduqda onu təmir etdirmək və ya yenisi ilə dəyişmək arasında seçim etmək lazım gəlir. Kiçik nasazlıqlar çox vaxt təmirlə həll olunur. Problem ciddi olduqda və təmir xərci artdıqda isə kombini dəyişmək daha sərfəli ola bilər. Kombi təmiri hansı hallarda daha uyğundur?. Kombidə yaranan hə

12.10.2026 203
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10.10.2026 250
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16.10.2026 339
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11.10.2026 319
.

Diş ağzından deyil, gözündən çıxdı - 16 yaşlı oğlanda inanılmaz hadisə - FOTO

Hindistanda 16 yaşlı yeniyetmənin göz qapağında olduqca nadir tibbi hadisə aşkarlanıb. xəbər verir ki, yeniyetmə təxminən bir ay davam edən, ağrı verməyən sol üst göz qapağındakı şişkinlik səbəbindən həkimə müraciət edib. Müayinə zamanı həkimlər iki sərt, ağ çıxıntı görüblər. Kompüter tomoqrafiyası həmi

04.10.2026 537
.

Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?

Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"

11.10.2026 256
.

İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı

Amerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb. xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan "Mask" adlı yeni sənədli filmind

21:15 0
.