Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış
Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri ilə seçilir. Lakin süni şəkildə nəmləndirilmiş qozun saxlanma müddəti qısalır. Yüksək rütubət isə maya və kif göbələklərinin inkişafına şərait yaradır.
"Qoz alırsan, evə gətirirsən, görürsən ki, içərisindən kiflənmiş qoz çıxır. Deməli, nəm yerdə saxlanılıb və ya qəsdən suya salınıb", - alıcılardan biri deyib.
"Alarkən hiss edirdim ki, qoz yaşdır. Çəkisinə təsir etdiyini də başa düşürdüm", - digər alıcı qeyd edib.
Qax rayonunun sakinləri bildirirlər ki, bu il qoz ağaclarında məhsuldarlıq aşağı olub. Bununla belə, keyfiyyətli, təbii yaş qozu süni şəkildə nəmləndirilmiş məhsuldan fərqləndirməyin yolları var.
Mütəxəssislərin sözlərinə görə, qozun həddindən artıq nəmləndirilməsi onun keyfiyyətinə mənfi təsir göstərir. Məhsul vaxtında qurudulmadıqda, xüsusilə kisələrdə və havasız mühitdə saxlanıldıqda, kiflənmə riski artır.
Mövzu ilə bağlı Mikrobiologiya İnstitutunun baş direktoru Pənah Muradov bildirib ki, suda saxlanılan qozda müxtəlif mikroorqanizmlər, o cümlədən maya və kif göbələkləri inkişaf edə bilər.
"Bu mikroorqanizmlər məhsulun qida dəyərini azaltmaqla yanaşı, bəzi hallarda insan sağlamlığı üçün təhlükəli maddələrin yaranmasına da səbəb olur. Kif göbələklərinin müəyyən növləri toksik və kanserogen təsirə malik mikotoksinlər əmələ gətirə bilər", - deyə o bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 127 Tarix: 16 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYuxuda danışmaq hansı hallarda sağlamlıq probleminin əlaməti ola bilər?
Yuxuda danışmaq bir çox insanda müşahidə olunan və əksər hallarda təhlükəli sayılmayan haldır. İnsan yuxu zamanı pıçıldaya, anlaşılmaz sözlər deyə, hətta qarşısındakı şəxslə söhbət edirmiş kimi görünə bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa və başqa əlamətlərlə müşayiət olunursa, sağlamlıqla bağl
16.10.2026 205 AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video
Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmiş İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana uçuş marşrutu ilə bağlı bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb. xəbər verir ki, Türkiyəni
16.10.2026 262 Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?
Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında
16.10.2026 217 Tikililərin taleyi müəyyənləşdirilərkən vətəndaş hüquqları nəzərə alınmalıdır
"Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər komplek
16.10.2026 198 23 il sonra yenidən duet oxuyacaqlar
Əməkdar artist Könül Kərimova və meyxanaçı Namiq Qaraçuxurlu yenidən bir araya gəliblər. Axşam.az xəbər verir ki, Moskvada keçirilən toy məclisində görüşən sənətçilər səhnəarxası kadrları sevənləri ilə bölüşüblər. 23 il əvvəlki "Cavanlıq səhvi" duetini canlı oxuyan ifaçılar yenidən işbirliy
16.10.2026 286 Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16.10.2026 1 Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist - Axtarışa verildi
Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dini nifrət və düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə müxtəli
16.10.2026 251 Prezident Hindistanın yeni səfirini qəbul etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hindistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyin
16.10.2026 199 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq
Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl
16.10.2026 273