Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib

Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib"Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunun və Asiya məkanında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin növbəti göstəricisidir. Beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliyin və dövlətlərarası ziddiyyətlərin artdığı bir dövrdə müxtəlif siyasi və iqtisadi maraqlara malik ölkələrin Bakıda bir araya gəlməsi xüsusi əhəmiyyət daşıyır".

Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq Aysel Mənsimova bildirib. O qeyd edib ki, Bakı Sammiti, ilk növbədə, Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfəni nümayiş etdirir:

"Belə bir mürəkkəb geosiyasi şəraitdə müxtəlif maraqlara malik dövlətlərin ortaq platformada təmsil olunması dialoqun davam etdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan 2024-cü ilin dekabrında AQEM-ə sədrliyi qəbul edərək "Daha güclü AQEM: Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf" şüarını əsas götürüb. Müəyyənləşdirilən bu prioritetlər ölkəmizin regional əməkdaşlığın inkişafına, beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsinə və iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş xarici siyasət kursu ilə birbaşa uzlaşır. Bu yanaşma Azərbaycanın Asiya məkanında əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyi önəmi əks etdirir".

Müsahibimiz əlavə edib ki, Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın institusional inkişafı istiqamətində də mühüm addımlar atılıb:

"Qadınlar Şurası və Maliyyə Sammiti kimi yeni məşvərətçi orqanların yaradılması, Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması, eləcə də Bakıda AQEM-in 13-cü Beyin Mərkəzləri Forumunun, ilk Media Forumunun və Liman Rəhbərləri Konfransının keçirilməsi təşkilat çərçivəsində əməkdaşlığın daha praktik müstəviyə keçməsinə xidmət edib. Bu təşəbbüslər üzv dövlətlər arasında əlaqələrin müxtəlif sahələr üzrə genişləndirilməsi və təşkilatın fəaliyyətinin daha səmərəli təşkili baxımından əhəmiyyətlidir. AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesi xüsusi əhəmiyyət daşıyır. Təşkilatın Nizamnaməsinin qəbul edilməsi istiqamətində aparılan danışıqlar Azərbaycanın sədrliyi dövründə əsas prioritetlərdən biridir. Bu prosesdə irəliləyiş əldə olunması AQEM-in institusional imkanlarının gücləndirilməsi, fəaliyyətinin daha sistemli xarakter alması və üzv dövlətlər arasında əməkdaşlığın davamlı mexanizmlər əsasında inkişaf etdirilməsi baxımından mühüm nəticə ola bilər.
Bakı Sammitinin digər mühüm istiqamətlərindən biri regional bağlantıların və iqtisadi əməkdaşlığın inkişafıdır. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərini genişləndirməklə yanaşı, Orta Dəhlizin inkişafında da mühüm rol oynayır. AQEM platforması isə bu təşəbbüslərin daha geniş Asiya məkanında təşviqi, nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması, enerji və logistika sahələrində yeni tərəfdaşlıqların qurulması üçün əlavə imkanlar yaradır. Bu baxımdan, regional bağlantıların inkişafı təkcə nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi deyil, həm də dövlətlər arasında qarşılıqlı asılılığın və əməkdaşlıq maraqlarının artması deməkdir.   
Bakı Sammitinin əhəmiyyəti yalnız qəbul ediləcək sənədlərlə məhdudlaşmır. Tədbir Azərbaycanın müxtəlif regional aktorlar arasında dialoqu təşviq edən, qarşılıqlı etimadın gücləndirilməsinə və Asiyada daha geniş əməkdaşlıq mühitinin formalaşmasına töhfə verən dövlət kimi mövqeyini bir daha nümayiş etdirir. Mövcud beynəlxalq şəraitdə belə platformaların fəaliyyətinin gücləndirilməsi dövlətlər arasında fikir mübadiləsinin davam etdirilməsi, ortaq maraqların müəyyənləşdirilməsi və regional əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün mühüm əhəmiyyət kəsb edir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 148   Tarix: 17 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda təhsil sahəsi üzrə orta aylıq nominal əməkhaqqı 834 manat təşkil edib. Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən "Sosial, iqtisadi inkişaf" aylıq məruzəsində məluma

16.10.2026 376
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16.10.2026 397
.

Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib

"Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunun və Asiya məkanında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin növbəti göstəricisidir. Beynəlxalq münasibətlər sistemində geosiyas

10:41 147
.

Ronaldonun ailəsi ulduz futbolçunun radikal qərarını AÇIQLADI

Kriştiano Ronaldonun bacısı Elma Aveyro ulduz hücumçunun beynəlxalq futboldan ayrılması ilə bağlı danışıb. -ın xarici mediaya istinadən məlumatına görə, o, baş məşqçi Jorje Jesusla münaqişədən sonra Kriştianonun Portuqaliya millisinə qayıdacağına şübhə ilə yanaşdığını bildirib. Kitabın təqdimatı zaman

16.10.2026 364
.

Prezident sarayına raket hücumunda 5 nəfər öldü

Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib. Məlumata görə, hədəfə alınan "Əl-Məaşik" saray

16.10.2026 347
.

"Məktəbli forması dini inanclara müdaxilə deyil"

"Məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaranan mübahisələri və anlaşılmazlıqları dünyəvilik prinsipi ilə dini inancların ifadəsi arasında tarazlığın düzgün qorunması kontekstində qiymətləndirmək, dərk etmək daha düzgün olardı. Vahid məktəbli forması şagirdlər arasında sosial fərqləri

16.10.2026 367
.

Alimlər "mini beyinlər" yaratdılar: Məqsəd nədir?

Alimlər dağınıq skleroz xəstəliyinin araşdırılması və yeni müalicə üsullarının hazırlanması üçün insanın sinir sistemini təqlid edən, düyü dənəsi ölçüsündə üçölçülü hüceyrə modeli yaradıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın Monash Universiteti və Florey Neyrologiya və Psix

16.10.2026 241
.

Metrodan istifadə edənlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y

11:54 70
.

Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?

Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında

16.10.2026 237
.