Yağış yağdı avtomobil nömrələri itdi
Son dövrlərdə yağışlı havanın gətirdiyi fəsadların sayı-hesabı bitmir. Sosial şəbəkələrdə avtomobillərin dövlət nömrə nişanlarının yağış səbəbindən itməsi kimi halların baş verdiyi xəbərləri ilə qarşılaşırıq.
BiG.AZ-a mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, avtomobil nömrələrinin itməsi ilə bağlı qanunda hər hansı bir cərimə nəzərdə tutulmur:
"Nömrə itdiyi zaman sürücü mütləq bu barədə Dövlət Yol Polisənə məlumat verməlidir. Nömrə bir ay ərzində tapıldıqda həmin şəxsin özünə qaytarılır. Əgər nömrə tapılmırsa həmin sürücüyə yeni dövlət qeydiyyat nişanı verilir. İllərdir ki, biz təbii fəlakət anında vətəndaşlara güzşətlər edilməsini təklif edirik. Lakin bu məsələ diqqətdən kənarda qalır.
Avtomobillərin dövlət qeydiyyat nişanlarının itirilməsində sürücü məsuliyyətsizliyi də mövcuddur. Belə ki, dövlət qeydiyyat nişanları avtomobillərə boltla bərkidilməlidir. Bəzi sürücülər qeydiyyat nişanı deşilməsin deyə yapışqandan istifadə edirlər. Bu isə yolverilməz haldır. Məsələyə ciddi yanaşmaq lazımdır. "Hoqqabazlıq" etmək əsassızdır. Dövlət qeydiyyat nişanı itdikdə ən çox əziyyətə qatlaşan elə sürücü olur. Belə ki, maşın texniki baxışdan keçirilməli və yeni qeydiyyat nişanı alınmalıdır. Bu isə ümumi olaraq sürücüyə
60 manata başa gəlir".
Nəqliyyat eksperti Aslan Əsədov da BiG.AZ-a mövzu ilə açıqlama verərək qeyd edib ki, Sovet hökümətindən bizə qalan və dəyişməsinə ehtiyac olan bir məsələ nömrələrin "dublikatının" çıxarılmamasıdır:
"Bu gün dünyanın bütün ölkələrində sürücü avtomobilin dövlət qeydiyyat nişanını itirdikdə rahatlıqla eyni nömrənin yenisini əldə edə bilir. Hər hansı risum və xərc çəkmədən bu proses həyata keçirilir. Lakin bizdə bu qanun yoxdur və dəyişməsinə ehtiyac var".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1291 Tarix: 24 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLeyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı
Leyla Əliyeva instaqram hesabında İsmayıllıya səfərindən fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o, səfəri çərçivəsində həmçinin İsmayıllı şəhəri Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət edib
14:34 255 Südün təzə qalması üçün nə etməli?
Heç olub ki, soyuducunu açıb süd qabını götürmüsünüz və bir anlıq tərəddüd etmisiniz içim, ya içməyim? Bəzən cavab aydın olur: kəskin turş qoxu və ya qeyri-adi tekstura hər şeyi dərhal göstərir. Amma elə hallar da olur ki, şübhə qalır və belə vaxtlarda xarab olmanın əsl əlamətlərini bilmək vacibdir
20:00 168 " Nebulium"un sirri açıldı: yeni element olmadığı məlum olub
Uzun illər kosmosda yeni element hesab edilən "nebulium"un əslində mövcud olmadığı müəyyən edilib. xəbər verir ki, 1864-cü ildə britaniyalı astronom Uilyam Haqqins dumanlıqların spektrini araşdırarkən naməlum yaşıl xətlər qeydə alıb. Bu xətlər mövcud elementlərlə uyğunlaşmadığı üçün alimlə
23:00 67 Qırmızı vərəqə gördü: rəqib komandanın kapitanını yumruqladı
"Hueska" və "Real Saraqosa" arasında keçirilən derbidə ikinci sarı vərəqə alan ikinci komandanın qapıçısı Esteban Andrada hakimin qərarından sonra Xorxe Pulidoya yaxınlaşaraq ona yumruq vurub, bu hadisə meydanda böyük gərginliyə səbəb olub. -ın xarici mediaya istinadən xəbərinə görə
18:30 194 Detoks vannası nədir? - FAYDALARI
Mütəxəssislər sağlamlıq üçün təbii üsullara üstünlük verməyi tövsiyə edirlər və bu üsullar arasında detoks vannası xüsusi yer tutur. xəbər verir ki, son zamanlar detoks vannalarının populyarlığı xeyli artıb. Bu, maqnezium, duz, soda və efir yağlarının qarışığından istifadə edilərək həm rahatlamağa, hə
19:30 154 Kütləşmiş qayçılar üçün qeyri-adi qaya duzu üsulu
Mətbəxdə qayçınızın əvvəlki kimi kəsmədiyini hiss edirsinizsə, peşəkar itiləmə vasitələrinə ehtiyac duymadan qaya duzu ilə müvəqqəti həll yolu tapa bilərsiniz. BİG.AZ xəbər verir ki, qaya duzu sərt və kristal quruluşa malik olduğu üçün təbii bir aşındırıcı rolunu oynayır. Qayçını duz içində açıb-bağladıqd
22:30 103 Vüsalə onlarla qohum oldu
Aparıcı Vüsalə Əlizadə müğənnilər Günel Zeynalova və Tunar Rəhmanoğlu ilə qohum olub. Axşam.az xəbər verir ki, aparıcı bu haqda proqramında deyib. O bildirib ki, ötən gün bacısı qızının xeyir işi olub:. "Bacımın balası, evimizin ilk nəvəsi Firanın elçiliyi oldu. Tanışlıq idi. Hələ gəldilər ailələ
15:26 621 Qızıl və gümüş ucuzlaşdı
Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 4,740 ABŞ dollarına enib. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.06% ucuzlaşaraq 76.45 ABŞ dolları təşkil edib
21:45 106 İntensiv yağış, qar, dolu - Xəbərdarlıq
Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərd
17:03 302