"Təsnifatdan keçməyən hotellər üçün cərimələr nəzərdə tutulub" - CEYHUN AŞUROV

"Təsnifatdan keçməyən hotellər üçün cərimələr nəzərdə tutulub" - CEYHUN AŞUROVTurizm müasir dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin resursları olan Azərbaycanda da turizm sektoru sürətlə inkişaf etməkdədir. Təbii ki, inkişafda olan bütün sahələrdə olduğu kimi, turizm sahəsində də çətinliklər mövcuddur.
Bu çətinliklər turizmin inkişafında əsas yeri olan hotellərdədir. Dövlət Reklam Agentliyi ilə Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində bu ilin sentyabr ayında təkcə paytaxtda ulduz kateqoriyasını düzgün qeyd etməyən 70 mehmanxananın açıq məkandakı reklamlarında düzəlişlər edilib. Məlum olub ki, onlar müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirirlərmiş.

Bəs COP29 ərəfində belə halların qarşısının alınmasında nə kimi işlər görülür?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, Azərbaycanda ümumilikdə 800 yaxın hotel var. Həm nömrə, həm də yataq fonduna görə daha çox hotellər, məhz paytaxt ərazisindədir:

"Təsnifatdan keçməyən hotellər üçün cərimələr nəzərdə tutulub" - CEYHUN AŞUROV"Yeni turizm haqqında qanuna əsasən Hotellər Assosasiyası tərəfindən ulduz təsnifatlandırılması həyata keçirilib. Bununla bağlı bir neçə hoteldə artıq təsnifatlaşdırılma aparılıb. Lakin 40-a yaxın hotel bu təsnifatlaşdırılmadan keçə bilməyib. Çünki, onların idarəçilik sistemi lazımı standarlara uyğun deyildir.

Təsnifatlaşdırmadan keçməyən hotellər təəssüf ki, ulduz sayını suni şəkildə artıraraq xidmət göstərirlər. Bəzi kiçik yataqlı qonaq evləri də özlərini hotel olaraq təqdim edirlər.
Yeni təsnifatlaşmada bu kimi hallar nəzərə alınıb. Bu proses hazırda da davam etdirilir. Təsnifatdan keçirilməyən hotellər üçün cərimələr nəzərdə tutulub. Bu kimi tədbirlərin həyata keçirilməsində məqsəd sağlam rəqabətin yaradılmasıdır.

COP29 ərəfəsində otellərin özləri də lazımı şəkildə xidmət göstərməkdə maraqlıdır. Üzərlərinə düşən öhdəliyin məsuliyyətini tam şəkildə yerinə yetirməyə hazırdırlar. İstər xidmət, istərsə də texniki vəziyyət olsun hotel idarəçiləri çalışırlar ki, mükəmməl xidmət göstərə bilsinlər.

Hazırda hotellərin xidmət personalına müxtəlif bölmələr üzrə təlimlər keçirilib. Təbii ki, qüsurlarda mövcuddur. Lakin təsnifatlaşdırılma prosesində nöqsanların aradan qalxacağı gözlənilir".

"Təsnifatdan keçməyən hotellər üçün cərimələr nəzərdə tutulub" - CEYHUN AŞUROVAzərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi Gülnar Mustafayevada mövzu ilə bağlı fikirlərini bildirərək qeyd etdi ki, Azərbaycan turizm sənayesinin, o cümlədən hotellərin COP29 tədbirində hazırlıqları davam edir:

"Təsnifatdan keçməyən hotellər üçün cərimələr nəzərdə tutulub" - CEYHUN AŞUROV"May ayından etibarən xüsusi vahid onlayn rezervasiya platforması üzərindən hər bir ulduz dərəcəsinə uyğun hotellər və yaşayış komplekslərinin bronlaşdırılması həyata keçirilir. Hotellərə əlavə olaraq ehtiyac yarandığı təqdirdə yaşayış kompleksləri, villa kompleksləri, istirahət mərkəzləri və digər yaşayış müəssisələrinin istifadəsi nəzərdə tutulur. COP29-da iştirak etmək istəyənlər üçün şəhərin istənilən ərazisində evlərin kirayəsi prosesi digər platformalar (airbnb, booking və s.) vasitəsilə mümkündür.

Həmçinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərən 300-dən çox yerləşmə vasitəsinin auditini həyata keçirilib və onlardan 220-yə yaxın ulduz dərəcəsi əldə edib. Bunlardan 10 hotel 5 ulduza, 20 hotel 4 ulduza, digərləri isə müvafiq olaraq digər ulduz dərəcələrinə sahib hotellərdir.

Hotellərdə xidmət keyfiyyətinin artırılması məqsədilə 2000-ə yaxın hotel personalına 6 modul üzrə ixtisaslaşmış praktiki peşə təlimləri, dayanıqlılıq üzrə təlim, eləcə də yerləşmə vasitələrində mətbəx idarəedilməsi və qastronomiya ilə bağlı (veqan və vegenterian menyuların hazırlanması daxil olmaqla) təlimlər keçirilməkdədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 729   Tarix: 22 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib

Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin paytaxtlarına zərbə endirilməməsini nəzərdə tutan qısamüddətli atəşkəs barədə razılığa gəliblər. "Report" xəbər verir ki, bu barəd

05.09.2026 181
.

Çində torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 11 nəfər itkin düşüb

Çinin cənub-şərqindəki Tszyansi əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər isə itkin düşüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Bildirilib ki, "Saudel" qasırğasını

05.09.2026 176
.

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik MƏLUMAT YAYDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Övladlığa verilən uşaqlardan 45-i qız, 44-

00:19 286
.

Türkiyədə azərbaycanlı uşaq ögey atasını öldürdü

Türkiyədə azərbaycanlı yeniyetmə ögey atasını öldürüb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Kayseri şəhərinin Melikqazi rayonunun Hunat məhəlləsində, Şəhid Yüzbaşı Sami Akbulut küçəsində baş verib. Məlumata görə, Azərbaycan vətəndaşı olan 16 yaşlı V.E. ilə onun 47 yaşlı ögey atası M.T. arasında naməlu

05.09.2026 205
.

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır

İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə "El-Nino" hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir. Planetimizi və Azərbaycanı nə gözləyir?. Bu barədə -a "Səma və Eko"

00:25 297
.

Akadzava: Yaponiya və ABŞ 550 milyard dollarlıq investisiya proqramının reallaşdırılmasında irəliləyiş əldə edib

Yaponiya və ABŞ iki ölkə arasındakı ticarət sazişi çərçivəsində 550 milyard dollar həcmində investisiya proqramının həyata keçirilməsində irəliləyiş əldə edib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akadzav

05.09.2026 178
.

Parisdə keçiriləcək sammit başlamamışdan "Makronun ən pis tədbiri" adlandırıldı

Parisdə planlaşdırılan qarşıdakı kosmik sammitin Fransa Prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə keçirilən ən uğursuz tədbir olacağı artıq qəbul edilib. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Altı iştirakçının bildirdiyinə görə, tədbir təşkilati baxımdan xaos içərisindədir

05.09.2026 173
.

Azərbaycan Türkiyədən geyim idxalına çəkilən xərcləri 33 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 43,538 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Avqustda Türkiyə Azərbaycana 7,132 milyon ABŞ dolları dəyərind

05.09.2026 176
.

200 il sonra ilk qadın edam olunacaq

ABŞ-ın Tennessi ştatında 1819-cu ildən bəri ilk dəfə qadının edam edilməsinə hazırlıq görülür: söhbət Krista Paykdan gedir. Onun barəsində çıxarılan ölüm hökmünün sentyabrın sonunda icra olunması planlaşdırılır. BİG.AZ -a istinadən bildirir ki, Paykın işi hüquq müdafiəçilərinin və ekspertlərin diqqətin

10:30 78
.