Bu gün Zəngilanın azad olunmasından dörd il ötür
Zəngilan şəhərinin erməni işğalından azad edilməsindən dörd il ötür.
"Report"un xəbərinə görə, 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu açıqlayıb.
Zəngilan şəhəri və altı kəndi ilə yanaşı oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşlinin keçmiş adı Noraşen idi), Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir.
Qeyd edək ki, Zəngilan rayonu İranla sərhəddə yerləşir. Ərazisi 707 kvadratkilometr olan rayonun əhalisi 45 min (1993-cü ildə 39 min) nəfərdir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları var.
Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən bir şəhər, beş qəsəbə və 79 kənddən ibarət idi. Zəngilanda əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. Lakin 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 701 Tarix: 20 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransanın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
Fransanın Ermənistandakı yeni səfiri Florian Eskyudye bu gün vəzifəsinin icrasına başlayıb. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb. F.Eskyudye 2026-cı il avqustun 18-də Fransanın Ermənistandakı səfiri təyin edilib. Bu postd
05.09.2026 159 DİQQƏT! 9 gün İŞ OLMAYACAQ - TARİXLƏR
2026-cı ilin oktyabr ayında ümumilikdə 9 qeyri-iş günü olacaq. Oktyabr ayının 4, 11, 18 və 25-i bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər. Beləliklə, 2026-cı ilin sentyabr ayında altıgünlü
05.09.2026 347 Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini avqustda 14 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 28,467 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Avqustda isə Türkiyə Azərbaycan
05.09.2026 105 Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı
Türkiyədə qeydiyyatdan keçirilməyən telefonların istifadə müddəti başa çatır və bu cihazlar hər an rabitəyə bağlana bilər. xəbər verir ki, ölkədəki yüksək qiymətlərə görə telefon almaq istəməyənlər xaricdən gətirdikləri cihazlardan bir təqvim ili ərzində 4 ay boyunca istifadə edə bilirlər. Lakin telefond
00:14 106 Parisdə keçiriləcək sammit başlamamışdan "Makronun ən pis tədbiri" adlandırıldı
Parisdə planlaşdırılan qarşıdakı kosmik sammitin Fransa Prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə keçirilən ən uğursuz tədbir olacağı artıq qəbul edilib. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Altı iştirakçının bildirdiyinə görə, tədbir təşkilati baxımdan xaos içərisindədir
05.09.2026 159 Türkiyədə azərbaycanlı uşaq ögey atasını öldürdü
Türkiyədə azərbaycanlı yeniyetmə ögey atasını öldürüb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Kayseri şəhərinin Melikqazi rayonunun Hunat məhəlləsində, Şəhid Yüzbaşı Sami Akbulut küçəsində baş verib. Məlumata görə, Azərbaycan vətəndaşı olan 16 yaşlı V.E. ilə onun 47 yaşlı ögey atası M.T. arasında naməlu
05.09.2026 194 Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEO
Qayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox, müqəddəs qibləgahıdır. Bu ərazilərə şəhidlərimizin qanı həkk olunub. Qarabağın azadlığı uğrunda döyüşlər zamanı Azərbaycan hərbçiləri məhz b
05.09.2026 131 Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR
Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Yeni modelin əsas fərqi ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin mindiyindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyən edilmi
00:17 212 Ağdamda traktor minaya düşüb
Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. BİG.AZ "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı traktora ciddi ziyan dəysə də, sürücünün xəsarət almadığı bildirilir
00:51 98