BƏDBİN PROQNOZ: Bakı susuz qala bilər - Bütün ssenarilərə hazır olmalıyıq

BƏDBİN PROQNOZ: Bakı susuz qala bilər - Bütün ssenarilərə hazır olmalıyıqAzərbaycanda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı yeni hədəflər müəyyən olunub. Bu istiqamətdə müvafiq işlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"ya əsasən həyata keçiriləcək. Sənədə görə, Bakı şəhərinin və ətraf ərazilərin içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadəyə 2027-ci ilin sonunadək başlanılması planlaşdırılır.

Strategiyaya əsasən, eyni zamanda yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi, su təminatında aktiv istifadə olunan kəhrizlərin sayının artırılması, kollektor, drenaj və tullantı sularının emalı və təkrar istifadəyə cəlb edilməsi, yağış sularının idarə olunması və istifadəyə cəlb olunması nəzərdə tutulur.

Tariflərə yenidən baxılacaq

Yeni hədəflərə görə, Azərbaycanda su tariflərinin diferensiallaşdırılması da planlaşdırılır. Bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrinin başa çatdırılması, tariflərin diferensiallaşdırılmasına keçidlə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması nəzərdə tutulur. Bunun üçün "Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları"nın təkmilləşdirilməsi, sudan ödənişli istifadə üzrə tariflərə yenidən baxılması gözlənilir.

Süni yağış texnologiyası

Su ehtiyatlarından səmərəli istifadəyə dair yeni hədəflər çərçivəsində Azərbaycanda süni yağış texnologiyası da sınaqdan keçiriləcək. İlkin olaraq bununla bağlı bir pilot layihənin icra olunması nəzərdə tutulur. 2024−2027-ci illərdə süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, pilot layihələrin müəyyən edilməsini, süni yağış texnologiyası ilə bağlı bir pilot layihənin icrası təmin ediləcək.

Bəs, görəsən, yeni Strategiyadan gözləntilər nədən ibarətdir? Qarşıya qoyulan hədəflər su resurslarından daha səmərəli istifadə olunmasına imkan yaradacaqmı?

2050-ci ilədək su resursları daha da azalacaq

Mütəxəssislər hesab edirlər ki, Azərbaycan su resursları baxımından həssas ölkələr sırasındadır. Ölkənin su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizini təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir. BMT-nin İnkişaf Proqramının proqnozlarına görə, lazımi addımlar atılmazsa, 2050-ci ilədək su resursları daha da azalacaq. Bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetrə çatır. Son 30 ildə ölkənin su ehtiyatı 20 faizə qədər azalıb və 2050-ci ilə qədər daha 15-20 faizə qədər azalacağı ehtimal edilir.

Su idarəçiliyini yeni bir vəziyyətə gətirməliyik

Su məsələləri üzrə mütəxəssis Rövşən Abbasov bildirib ki, sözügedən sənədin təsdiq olunmasının çox ciddi səbəbləri var. Ekspert ölkənin su gələcəyi ilə bağlı bəzi bədbin proqnozların mövcud olduğunu deyib: "Proqnozlara əsasən, Azərbaycan gələcəkdə kəskin su stresi yaşayan ölkəyə çevrilə bilər. İqlim dəyişmələri, əhali sayının artması, ölkənin coğrafi vəziyyətinin uyğun olmaması su ehtiyatlarının azalmasına təsir göstərir. Sözügedən sənəddə sudan səmərəli istifadə edilməsinə dair yeni hədəflər və proqram müəyyən olunub. Su itkilərinin azaldılması, alternativ su mənbələrindən istifadənin artırılması, çaylardan və yeraltı su mənbələrindən götürülən suların mümkün qədər azaldılması, kənd təsərrüfatında sudan istifadəyə imkan verən müasir suvarma üsullarının tətbiqi, torpaq kanalların betonlaşdırılması və suya mümkün qədər qənaət olunması sənədin əsas qayəsini təşkil edir. Biz su idarəçiliyini yeni bir vəziyyətə gətirməliyik. Məhz belə olduğu təqdirdə, bizi gözləyən bədbin proqnozlardan yayına bilərik".

Bakı susuz qala bilər

Coğrafiya elmləri doktoru Səid Səfərov isə sözügedən sənəddə əsas diqqəti dəniz suyunun duzsuzlaşdırılması məsələsinə yönəldərək deyib ki, bu, strateji bir addımdır: "Bakı və Abşeron yarımadasına su kənardan gəlir. Yarımadada Azərbaycan əhalisinin çox hissəsinin yerləşdiyinə baxmayaraq, heç bir su ehtiyatı yoxdur. Hər hansısa bir konflikt baş verərsə, ciddi bir su problemi yaşaya bilərik. Bakı şəhəri susuz qala bilər. Ona görə də Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi stratejidir və çox vacibdir. Lakin bu o demək deyil ki, bütün suyumuzu yığışdırıb, yalnız dəniz suyundan istifadə edək. Ehtiyatlardan mütləq ehtiyaca uyğun şəkildə istifadə etməliyik".

Həssas qruplar nəzərə alınacaq

İqtisadçı-ekspert Emin Qəribli vurğulayıb ki, yeni strategiya müasir avadanlıqları, süni yağış kimi texnologiyaları Azərbaycanda sınaqdan keçirməyə imkan yaradacaq: "Gələcəkdə dünyanın bir neçə bölgəsinin kəskin su problemi ilə üzləşəcəyinə dair proqnozlar var. Həmin ölkələr sırasında Azərbaycanın da adı çəkilir. Düşünürəm ki, iqtisadi siyasətimizi məhz bunu nəzərə alaraq həyata keçirməliyik. İsrail kimi ölkələr uzun illərdir bu problemlə yaşayır, hətta kənd təsərrüfatı sahəsində də ixtisaslaşıblar. Burada əsas məsələ problemin həllinə yönəlik addımların düzgünlüyü və resursların ədalətli bölüşdürülməsidir".

Ekspert su tariflərinin diferensiallaşdırılması məsələsinə də toxunaraq deyib ki, bu istiqamətdə təsnifatlaşdırma mütləqdir. Onun sözlərinə görə, bununla bağlı qərar qəbul edilərkən əhalinin həssas qrupları nəzərə alınacaq: "Strategiyada qeyd olunub ki, xərclərə əsaslanan tariflərə mərhələli keçidlə bağlı regionlar müəyyənləşdiriləcək. Bunun çərçivəsində tariflərin diferensiallaşdırılması və ilkin olaraq pilot layihə kimi tətbiq olunması planlaşdırılır. Əgər pilot layihə effektiv olarsa, onun tətbiqinin davamlı genişləndirilməsi mümkün olacaq".

"Bütün ssenarilərə hazır olmalıyıq"

Həmsöhbətimizin fikrincə, Azərbaycan su ehtiyatlarından səmərəli istifadə üzrə ixtisaslaşarsa, bu, gələcəkdə ölkəmiz üçün əlavə gəlirlər gətirə bilər: "Su çatışmazlığı riski təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə mövcuddur. Bizdə bu problem hələlik kəskin şəkildə özünü göstərmir. Ola bilsin ki, 10-15 il sonra bunu daha dərindən hiss edək. Ona görə də bütün ssenarilərə hazır olmalıyıq. Hökumət çalışır ki, problem dərinləşmədən qarşısını almaq mümkün olsun. Əgər nəzərdə tutulan tədbirlər çərçivəsində Azərbaycan su ehtiyatlarından səmərəli istifadə üzrə ixtisaslaşarsa, gələcəkdə əldə etdiyi təcrübə və bilikləri ixrac etməklə əlavə gəlir də edə bilər". ("Kaspi" qəzeti)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 786   Tarix: 19 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fransanın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb

Fransanın Ermənistandakı yeni səfiri Florian Eskyudye bu gün vəzifəsinin icrasına başlayıb. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb. F.Eskyudye 2026-cı il avqustun 18-də Fransanın Ermənistandakı səfiri təyin edilib. Bu postd

05.09.2026 159
.

DİQQƏT! 9 gün İŞ OLMAYACAQ - TARİXLƏR

2026-cı ilin oktyabr ayında ümumilikdə 9 qeyri-iş günü olacaq. Oktyabr ayının 4, 11, 18 və 25-i bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər. Beləliklə, 2026-cı ilin sentyabr ayında altıgünlü

05.09.2026 347
.

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini avqustda 14 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 28,467 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Avqustda isə Türkiyə Azərbaycan

05.09.2026 105
.

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

Türkiyədə qeydiyyatdan keçirilməyən telefonların istifadə müddəti başa çatır və bu cihazlar hər an rabitəyə bağlana bilər. xəbər verir ki, ölkədəki yüksək qiymətlərə görə telefon almaq istəməyənlər xaricdən gətirdikləri cihazlardan bir təqvim ili ərzində 4 ay boyunca istifadə edə bilirlər. Lakin telefond

00:14 106
.

Parisdə keçiriləcək sammit başlamamışdan "Makronun ən pis tədbiri" adlandırıldı

Parisdə planlaşdırılan qarşıdakı kosmik sammitin Fransa Prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə keçirilən ən uğursuz tədbir olacağı artıq qəbul edilib. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Altı iştirakçının bildirdiyinə görə, tədbir təşkilati baxımdan xaos içərisindədir

05.09.2026 159
.

Türkiyədə azərbaycanlı uşaq ögey atasını öldürdü

Türkiyədə azərbaycanlı yeniyetmə ögey atasını öldürüb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Kayseri şəhərinin Melikqazi rayonunun Hunat məhəlləsində, Şəhid Yüzbaşı Sami Akbulut küçəsində baş verib. Məlumata görə, Azərbaycan vətəndaşı olan 16 yaşlı V.E. ilə onun 47 yaşlı ögey atası M.T. arasında naməlu

05.09.2026 194
.

Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEO

Qayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox, müqəddəs qibləgahıdır. Bu ərazilərə şəhidlərimizin qanı həkk olunub. Qarabağın azadlığı uğrunda döyüşlər zamanı Azərbaycan hərbçiləri məhz b

05.09.2026 131
.

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR

Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Yeni modelin əsas fərqi ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin mindiyindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyən edilmi

00:17 212
.

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. BİG.AZ "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı traktora ciddi ziyan dəysə də, sürücünün xəsarət almadığı bildirilir

00:51 98
.