40-dan çox avtoriteti öldürən "qanuni oğru" AZADLIĞA ÇIXIR

40-dan çox avtoriteti öldürən "qanuni oğru" AZADLIĞA ÇIXIRRusiyada mütəşəkkil cinayətkar aləmin ən çox adı hallananlardan biri də "Osya" ləqəbli Sergey Butorindir.

Lent.az-ın "Cinayət Dosyesi" layihəsinin növbəti bölümündə sizə ondan bəhs edəcəyik.

Məşhur kriminal lider "Osya"nın törətmədiyi ağır cinayətlər qalmayıb.

O, hətta xüsusi hərbi əməliyyat belə hazırlaşmışdı. Məhkum indi artıq əmindir ki, Rusiya-Ukrayna müharibəsində döyüş bölgəsinə düşmək üçün hər şansı var. Və buna görə də aktiv şəkildə yoqa ilə məşğul olur. Meditasiya edir və idman fəaliyyətini artırıb.

Onu da qeyd edək ki, "Osya" hazırda həbsdə olduğu halda, cəza müddətini azaltmaq və müxtəlif bəhanələrlə azadlığa çıxmaq niyyətində olan yeganə şəxs deyil. Rusiyanın həbsdə olan bir çox tanınmış cinayətkarları bu arzudadır. Cinayətkarların azadlığa necə yol açmağa çalışdıqları və bu cəhdlərin necə başa çatması barədə bu materialda sizə bəzi detalları təqdim edəcəyik.

"Osya" ləqəbli Sergey Butorin kimdir?

Sergey Butorin 90-cı illərin əvvəlində kriminal aləmdə daha çox məşhurlaşır. 1994-cü ildə onun da daxil olduğu qrupun keçmiş lideri Sergey Timofeyevin (Silvester) ölür. Onun ölümündən sonra "Osya" qrupa liderlik edir. Butorinin rəhbərliyi altında "Orexovski"lər paytaxtın ən qorxulu dəstələrindən birinə çevrildilər və qəddarlığı ilə məşhurlaşdılar.

"Osya"

O zamanın ən məşhur killeri hesab edilən Aleksander Solonik (Sasha Makedonsky), "Medvedkovskaya" kimi kriminal mütəşəkkil cinayətkar qrupunun qurucusu Qriqori Qusyatinski (Qrişa Severny) və bir çoxları "Osya"nın qrupunun qurbanları olurlar. Yerli medianın yazdığı kimi, o, ümumilikdə avtoritet aləmdə tanın 40 nəfərdən çox məşhur adamın ölümünə səbəb olub.

"Sasha Makedonsky"

1996-cı ildə Butorin hüquq mühafizə orqanların əlindən qaçmağa çalışırdı. Hətta özünü ölmüş kimi elan etdi. Və beləliklə, ölkədən qaçdı. Lakin 2001-ci ildə interpol onu Barselona ətrafında saxladı. İki il sonra Rusiyaya ekstradisiya edildi. 2011-ci ildə "Osya" Rusiyada ömürlük həbs cəzası aldı və "Qütb Bayquşu" koloniyasına köçürüldü.

İttihamlar çox ciddi idi. "Osya" isə çox ümidli idi ki, onsuz da azadlığa çıxacaq. Ona görə də günahını boynuna almırdı. 2022-ci ildə müharibə zamanı məhbuslar arasında döyüş bölgəsinə göndərilməsini xahiş edən ilklərdən biri də Butorin oldu.

O zaman onun xahişindən imtina edildi. Həm də o zaman belə bir təcrübə sadəcə mövcud deyildi. Lakin 2024-cü ilin mart ayında Rusiya Federasiyasının Cinayət Məcəlləsinə və Cinayət Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edildi. Bu zaman "Osya" üçün yeni bir şans yarandı.

Rusiyalı vəkil Aleksandr Xaminski açıqca söylədi ki, ağır və xüsusilə ağır cinayətlər törətmiş, o cümlədən ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərin müharibəyə göndərilməsinə artıq qadağa yoxdur.

Vəkil Aleksandr Xaminski

Qanundakı dəyişikliklərdən istifadə edən Butorin bu ilin keçən sentyabr ayında yenidən döyüşə göndərilmək üçün müraciət etdi. Bu dəfə özü üçün müsbət nəticə olacağına ümid edir. 59 yaşlı məhbus idman, yoqa və meditasiya ilə intensiv məşğul olmağa başladı.

Bəzi mənbələrdən alınan məlumata görə, artıq bir çox ağır cinayətkarlar müharibədə iştirak edir. "Osya" da bunun üçün gün sayır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1306   Tarix: 17 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Yasamal Rayonu İ.Talıblı küçəsinin sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə rayon polis idarəsinin 29-cu Polis Şöbəsinə şikayət daxil olub. Ş.Məmmədovun həyat yoldaşı və qayınatas

05.09.2026 153
.

Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEO

Qayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox, müqəddəs qibləgahıdır. Bu ərazilərə şəhidlərimizin qanı həkk olunub. Qarabağın azadlığı uğrunda döyüşlər zamanı Azərbaycan hərbçiləri məhz b

05.09.2026 131
.

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Naxçıvan Muxtar Respublikasında (MR) 150 sosial xidmətdən 73-ü elektron, 50-si proaktiv qaydada təqdim olunur. "Report"un yerli bürosu xəbər verir ki, bunu muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib. O bildirib ki, Naxçıvanda sosial müdafiə sahəsind

05.09.2026 156
.

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd

00:13 93
.

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik MƏLUMAT YAYDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Övladlığa verilən uşaqlardan 45-i qız, 44-

00:19 129
.

Pensiyalar gələn il KƏSKİN ARTACAQ: Məbləğ açıqlandı - BÖYÜK MÜJDƏ

Yeni ilin ilk ayında pensiyaçılara veriləcək artımla bağlı gözləntilər artıq indidən formalaşmağa başlayıb. Hazırkı göstəricilər və əməkhaqqı dinamikası 2027-ci ilin yanvarında əmək pensiyalarının nəzərəçarpacaq dərəcədə artırıla biləcəyini deməyə əsas verir. Hətta ilkin hesablamalarda indeksasiyanı

00:07 103
.

Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb. "Report"un Qazaxıstan bürosu xəbər verir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub. Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsind

05.09.2026 163
.

Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT

Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər

05.09.2026 260
.

On bir gün sonra möcüzə: Nepal fəlakətindən daha bir nəfər sağ tapıldı

Nepalın Bhote-Koşi çayında baş verən dağıdıcı daşqınlardan sonra Rasuva dairəsində inşası davam edən "Upper Trişuli" su elektrik stansiyasının tunelində əcnəbi vətəndaş aşkar edilib. xəbər verir ki, bu barədə Nepal ordusu "X" sosial şəbəkəsində məlumat yayıb. Hərbçilərin bir kişiy

05.09.2026 177
.