Elşən ayrılmağından danışdı

Elşən ayrılmağından danışdıAktyor Elşən Orucov şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Axşam.az xəbər verir ki, "Pərvizə görə" proqramında qonaq olan Elşən həyatında heç kimin olmadığını deyib:

"Subaylıq yaxşıdır. İşimlə məşğulam. Qlobal çətinliyim olmadı. Onsuz da əvvəllər də işimlə bağlı həftələrlə burada olmurdum, ya da evə gec gedirdim, yatırdım-dururdum, yenə işə gedirdim. Heç evdəkiləri görmürdüm. Ona görə çətin bir hadisə olmadı. İndi tək yaşayıram, amma anamgillə qonşuyam. Bir binada ayrı-ayrı bloklarda qalırdıq".

Elşən qızı Selinlə bağlı da açıqlamalar verib:

"O hissi ata olmayınca başa düşmək olmur. Çox möcüzəvi hissdir. İnsan yaşa dolduqca daha təkmilləşdiyini fikirləşir. Uşaq olanda insanın formalaşmağı daha da sürətlənir. Bəzi nüanslar var ki, onları yaşamayınca, doğmaların da desə, başa düşmürsən. Bunu da valideyn olandan sonra anlayırsan. Həyatımda müsbət rol oynayıb. Həm işimdə, həm insanlara yanaşmamda. Xüsuilə də qızın olanda…. Möhtəşəm bir hissdir. Qız atalarına deyərdim ki, əslində siz xoşbəxtsiniz, çalışın ki, övladınızı da xoşbəxt edin. Çünki belə bir deyim var ki, ataların etdiyi səhvlərin əziyyətini övladları çəkir. Bu söz məni o qədər təsirləndirdi ki… Ümumiyyətlə, çalışıram ki, heç kimə pisliyim dəyməsin.

Övladımın həyatında da böyük rol oynamağa çalışıram. Bunu nə qədər bacarıram, bacarmıram, başqa məsələ. Çalışdığım qədər, istəyirəm ki, xoşbəxt olsun, atasının yanında olduğunu hiss etsin. Baxmayaraq ki, çox vaxt yanımda olmur. Bu, məni narahat edir. İndi ikinci dəfə ailə qurmaq haqda düşünmürəm. Bu da ona görə yox ki, olmadı, alınmadı. Sadəcə, bu hiss məndə yoxdur. Ola bilsin ki, sabah soruşsanız, deyəcəyəm, var. Bu dəqiqə ailəmi, qızımı və işimi fikirləşirəm.

İçimdə boşluq yoxdur ki, evlənmək lazımdır, ya da həyatımda kimsə olmalıdır. Ata-ana ayrı olanda övladlar daha həssas böyüyürlər. İstəyirəm ki, o boşluğu hiss etməsin. Bunun üçün mən də, anası da çox çalışırıq. O yoxluğu hiss etməyəndən sonra yəqin ki xoşbəxt olacaq. Hansı sahədə olmaq istəyirsə, atası olaraq arxasındayam".

Qeyd edək ki, Elşən İlahə adlı xanımla ailəli olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1462   Tarix: 15 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.