Tələbə qıza əxlaqsız təkliflər edən kişi həbs edildi

Tələbə qıza əxlaqsız təkliflər edən kişi həbs edildiBakıda tələbə qıza mesajlar yazaraq ona əxlaqsız təkliflər edən şəxs məsuliyyətə cəlb edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, oktyabrın 7-si Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə müraciət edən Sosial-İqtisad Kollecinin tələbəsi A.Nemətova (şərti soyadlı) Fikrət adlı şəxsin ona nalayiq mesajlar yazdığını və hədələdiyini bildirib.

Şikayətçi ərizəsində həmin şəxsin müxtəlif vasitələrlə onu narahat etdiyini deyib:

"İki gün əvvəl "Telegram" tətbiqindən Fikrət adlı şəxs mənə yazaraq təhsil aldığım kollecdə məni gördüyünü və tanış olmaq istədiyini bildirmişdi. Mən ona etirazımı bildirdikdə bu dəfə "Instagram"dan narahat etməyə başladı. Fərqli hesablardan yazaraq qeyri-etik ifadələr işlədib, mənə əxlaqsız təkliflər edib. 7 oktyabr 2024-cü il tarixdə təhsil aldığım kollecdə dərs zamanı yenidən yazaraq və dəfələrlə zəng vuraraq narahat edib. Məni hədələyərək kollecdən kənarda gözlədiyini bildirib. Həmin şəxsə onu polisə verəcəyimi deyəndə isə bundan çəkinmədiyini söyləyib. Onun bu əməlləri məndə çox böyük psixoloji təsir yaradıb".

Müraciət əsasında araşdırma aparılıb və 1994-cü il təvəllüdlü Fikrət Mehdiyev saxlanılıb. Onun barəsində polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə 30 yaşlı F. Mehdiyevə dörd sutka inzibati həbs cəzası verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 761   Tarix: 12 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarında

16:09 152
.

Rusiyaya qarşı yeni sanksiyalar: Çin və Hindistan da siyahıda

ABŞ senatoru Lindsi Qrem tərəfindən hazırlanmış Rusiyaya qarşı yeni sanksiyalar qanun layihəsi Rusiya nefti və qazının əsas alıcılarına qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb. Məlumata görə, sanksiyalar Rusiyanı

11:01 153
.

Sildiyinizi düşündüyünüz məlumatlar əslində harada qalır?

"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən geniş yayılmış miflərdən biri "Delete" düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olması fikridir. Əslində isə internet bu prinsiplə işləmir". Bunu BİG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib. O, qey

15:19 171
.

İran hökümətinin sözçüsü bildirib ki, son günlərdə ABŞ-ın İranın cənubuna endirdiyi zərbələr nəticəsində 30-dan çox mülki şəxs həlak olub

İran hökumətinin sözçüsü Fatimə Mühacərani X-də bildirib ki, son günlərdə ABŞ-ın İranın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində 30-dan çox mülki şəxs həlak olub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Mohajerani bir çox dövlətə bağlı medianın yaydığı paylaşımda bildirib ki, "Biz kədərl

11:51 167
.

İİKK Bəhreyndə ABŞ-ın Beşinci Donanmasının obyektlərini hədəf aldığını bildirib və enerji marşrutları ilə bağlı xəbərdarlıq edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) çərşənbə günü ABŞ-ın Bəhreyndə yerləşən Beşinci Donanmasına məxsus komandanlıq və nəzarət, logistika, yanacaq və hərbi texnika obyektlərini hədəf aldığını bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, bu, ABŞ-ın Hind okeanındakı hərəkətlərin

12:36 164
.

"12 yaşlı qızımı təhqir etmək murdarçılıqdır" - Video

Aktyor Taleh Yüzbəyov onun çəkildiyi reklam çarxında qadınların estetik əməliyyatları ilə bağlı səsləndirdiyi fikirləri tənqid edənlərə cavab verib. Axşam.az xəbər verir ki, aktyor sosial şəbəkədə paylaşdığı videoda son günlər ünvanına həm tənqid, həm də təhqirlər yazıldığını bildirib. T.Yüzbəyov instaqra

10:29 272
.

Özəl bağça və məktəblərdə qiymət artımı: Maaşlar yerində saydığı halda təhsil niyə bahalaşır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Son illərdə Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqlarının ardıcıl şəkildə artırılması valideynlərin narahatlığını daha da gücləndirib. Yeni tədris ili yaxınlaşdıqca bəzi özəl bağça və məktəblərin qiymətlərə yenidən baxması ailə büdcəsinə əlavə yük yaradıb. Xüsusilə ölkədə əməkhaqları v

15:03 165
.

Qadının qeyri-adi addımı ərinin həyatını dəyişdi

Çinli qadın Sonq Mey ərini qeyri-adi üsulla komadan ayılmağa kömək etdiyini iddia edib. xəbər verir ki, bu barədə South China Morning Post qəzeti məlumat yayıb. Hadisə 2019-cu ilin oktyabrında baş verib. Bildirilir ki, Sonq Meyin əri Çjao Cinqyan üç yaşlı uşağını xilas etmək üçün anbarın damına çıxıb

11:51 209
.

Yoxsulluq, atasının gedişi, bacısının ölümü - Yan Diomandenin Avropa yolu

Azarkeşlər futbolçuları əsasən meydandakı çıxışları, vurduqları qollar və qazandıqları titullarla tanıyırlar. Ancaq hər uğurlu karyeranın arxasında çətin uşaqlıq illəri, ailə hekayələri, qarşılaşılan maneələr və böyük zəhmət dayanır. -ın yeni "Həyatın oyunçuları" rubrikasında dünya futbolunu

18:45 1
.

TOP MP3