"Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi cənab prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir" - Emil Əkbərov
"Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi cənab prezident İlham Əliyevin diplomatik cəbhədə növbəti qələbəsidir".
Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.
Emil Əkbərov qeyd edib ki, bu gün Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də qonşu dövlətlərlə mehriban münasibətlər saxlamaqdır:
"Ulu öndər Heydər Əliyevin xarici siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyev Rusiya ilə yaxşı münasibətlər qurmağı və regionda sülhün təmin edilməsi üçün birgə səylər göstərməyi davam etdirir. Bilirsiniz ki, oktyabrın 7-də cənab prezident İlham Əliyev Rusiyada səfərdə olub. Dövlət başçısı səfər çərçivəsində MDB dövlət başçılarının toplantısında iştirak edib və bir sıra ölkələrin liderlərilə görüşüb. Cənab prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasındakı dostluq münasibətlərini və hər bir sahədə olan əməkdaşlığı daha da inkişaf etdirəcək. Bu səfəri bizim üçün önəmli edən əsas hadisələrdən biri də Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi oldu. Bu qərar hər bir azərbaycanlının böyük sevincinə səbəb oldu. Xüsusilə də 30 ilə yaxın vətən həsrəti çəkən laçınlıları. Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi tarixi hadisə və diplomatik qələbədir".
Emil Əkbərov qeyd edib ki, bu gün Azərbaycan xalqı cənab İlham Əliyev kimi dövlət başçısına sahib olduğu üçün xoşbəxtdir:
"Cənab prezident İlham Əliyevin bütün sahələrdə eləcə də hərbi quruculuq sahəsində apardığı uğurlu siyasət sayəsində ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edildi. Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi də cənab prezident İlham Əliyev tərəfindən aparılan uğurlu xarici siyasətin nəticəsidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 641 Tarix: 12 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb. "Report"un Qazaxıstan bürosu xəbər verir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub. Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsind
05.09.2026 163 Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR
Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Yeni modelin əsas fərqi ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin mindiyindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyən edilmi
00:17 212 Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq
Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy
05.09.2026 256 Ötən gün borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 149 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
05.09.2026 164 Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur
Naxçıvan Muxtar Respublikasında (MR) 150 sosial xidmətdən 73-ü elektron, 50-si proaktiv qaydada təqdim olunur. "Report"un yerli bürosu xəbər verir ki, bunu muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib. O bildirib ki, Naxçıvanda sosial müdafiə sahəsind
05.09.2026 156 Akadzava: Yaponiya və ABŞ 550 milyard dollarlıq investisiya proqramının reallaşdırılmasında irəliləyiş əldə edib
Yaponiya və ABŞ iki ölkə arasındakı ticarət sazişi çərçivəsində 550 milyard dollar həcmində investisiya proqramının həyata keçirilməsində irəliləyiş əldə edib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akadzav
05.09.2026 122 Parisdə keçiriləcək sammit başlamamışdan "Makronun ən pis tədbiri" adlandırıldı
Parisdə planlaşdırılan qarşıdakı kosmik sammitin Fransa Prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə keçirilən ən uğursuz tədbir olacağı artıq qəbul edilib. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Altı iştirakçının bildirdiyinə görə, tədbir təşkilati baxımdan xaos içərisindədir
05.09.2026 159 Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEO
Qayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox, müqəddəs qibləgahıdır. Bu ərazilərə şəhidlərimizin qanı həkk olunub. Qarabağın azadlığı uğrunda döyüşlər zamanı Azərbaycan hərbçiləri məhz b
05.09.2026 131 Fransanın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
Fransanın Ermənistandakı yeni səfiri Florian Eskyudye bu gün vəzifəsinin icrasına başlayıb. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb. F.Eskyudye 2026-cı il avqustun 18-də Fransanın Ermənistandakı səfiri təyin edilib. Bu postd
05.09.2026 159