"Atamı itirəndə yeni-yeni dil açırdım..."
Mərhum Xalq artisti, görkəmli sənətkar Hacıbaba Bağırovun qızı Şölə Bağırova atası ilə bağlı xatirələrini bölüşüb.
BiG.AZ-ın məlumatına görə, hazırda Ankarada təhsil alan 22 yaşlı Şölə Medianews.az-a bildirib ki, atasının anım günü səbəbilə Bakıya gəlib:
"Atamın çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatra getdim. Bir neçə tamaşaya baxmamışdım, onlara gedib baxdım. Teatrda Üzeyir Hacıbəyli həftəsi idi. "Məşədi İbad", "Leyli və Məcnun" və s. tamaşalara baxdım. Teatrda atam haqqında danışıb onu yad etdilər".
İllər əvvəl atasını itirən Şölə ona çox ehtiyacı olduğunu bildirib: "Hər qız övladının atasına ehtiyacı olur. Mənim də bu gün atama çox ehtiyacım var. Sözsüz ki, anam heç vaxt mənə atasızlığı hiss etdirməyib. Atamdan sonra anamı arxamda özümə dağ kimi görmüşəm. O, həm təhsilimlə maraqlanıb, həm də bütün ehtiyaclarımı ödəyib. Amma atanın yeri tam başqadır. Onun üçün bir gözüm hər zaman arxada qalıb. Əlbəttə ki, elə sözlər olub ki, mən onu heç kimlə bölüşməmişəm, kimsəyə deməmişəm. O sözlərin ünvanı atam olub. Təəssüf ki, mən onu erkən itirdim. Atamı itirəndə hələ yeni-yeni dil açırdım".
Mərhumun qızı qeyd edib ki, atasının arzusu onu həkim kimi görmək olub: "Siyasətə bağlı olduğumdan fikrimdən döndüm. Həkimlik və hüquq fakültələrini də qazanmışdım, amma mən siyasəti seçdim. Uşaq olanda aktrisa da olmaq istəyirdim. Lakin sonradan düşündüm ki, bu sənət sonsuzdur. Yəni, ömrünün axırına qədər öyrənməlisən, çalışmalısan. Məni bu qorxutmadı. Sadəcə düşündüm və ehtiyat etdim ki, atam kimi sənətkar ola bilmərəm. Həqiqətən də düz fikirləşmişəm".





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1475 Tarix: 09 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAkadzava: Yaponiya və ABŞ 550 milyard dollarlıq investisiya proqramının reallaşdırılmasında irəliləyiş əldə edib
Yaponiya və ABŞ iki ölkə arasındakı ticarət sazişi çərçivəsində 550 milyard dollar həcmində investisiya proqramının həyata keçirilməsində irəliləyiş əldə edib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akadzav
05.09.2026 122 ABŞ xarici dövlət qulluqçularının övladları üçün vətəndaşlıq qaydalarını sərtləşdirir
Vaşinqton rəhbərliyi xarici dövlət qulluqçularının övladlarına doğum faktına əsasən ABŞ vətəndaşlığının verilməsi prosesinə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc edilmiş ABŞ Milli Təhlükəsizlik Xidmətini
05.09.2026 105 Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN
Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd
00:13 93 Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 182,54 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,6 % çoxdur. Avqust ayında Türkiyə Azərbaycana 22,183 milyo
05.09.2026 159 Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEO
Qayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox, müqəddəs qibləgahıdır. Bu ərazilərə şəhidlərimizin qanı həkk olunub. Qarabağın azadlığı uğrunda döyüşlər zamanı Azərbaycan hərbçiləri məhz b
05.09.2026 131 Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı
Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund
00:21 106 Ailələrin gəliri niyə ayın sonuna çatmır? - Qazancı ən çox "yeyən" xərclər
Azərbaycanda ailələrin aylıq gəlirlərinin əhəmiyyətli hissəsi gündəlik və zəruri xərclərə yönəlir. Xüsusilə kirayə haqqı, ərzaq və kommunal ödənişlər ailə büdcəsinə ciddi yük yaradır. Bəs bu xərclərin ailələrin aylıq gəlirində payı nə qədərdir və hansı xərc növü büdcəyə daha çox təsir edir?. Mövzu il
00:15 96 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb. "Report"un Qazaxıstan bürosu xəbər verir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub. Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsind
05.09.2026 163 Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini avqustda 14 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 28,467 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Avqustda isə Türkiyə Azərbaycan
05.09.2026 105