"Rusiya tərəfləri danışıqlar masasına dəvət edərək bölgədə kimin nüfuz sahibi olduğunu ABŞ-yə göstərmək istəyir" - Politoloq

"Rusiya tərəfləri danışıqlar masasına dəvət edərək bölgədə kimin nüfuz sahibi olduğunu ABŞ-yə göstərmək istəyir" - PolitoloqOktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. Putin həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki , rəsmi Moskva tərəfləri danışıqlar masasına dəvət edərək bölgədə gerçəklikdə kimin nüfuz sahibi olduğunu ABŞ-yə nümayiş etdirmək istəyir.Ermənistandan fərqli olaraq rəsmi Bakı okeanın o tayına boylanaraq mövqe sərgiləmir,özünü müstəqil və suveren dövlət kimi aparır.Elə buna görədir ki,ABŞ ilə münasibətlərdə son vaxtlar gərginlik özünü biruzə verir:

"Rəsmi Moskvanın təşəbbüsü ilə tərəflər arasında növbəti görüşün keçirilməsinə Rusiya və Qərb arasında bölgədə nüfuz dairəsi uğrunda gedən mübarizə konteksində yanaşmaq lazımdır.Azərbaycan tərəfindən fərqli olaraq rəsmi İrəvan danışıqların Rusiya platformasında aparılmasının əleyhinə çıxış edirdi. Bu, İrəvanın mövqeyinə Qərbdən olan bəlli təsirlərlə əlaqədar idi.Son vaxtlar Paşinyan iqtidarı Rusiyanın vasitəçilik edə biləcəyi danışıqlardan ümumiyyətlə imtina edirdi.
Hazırkı şəraitdə Paşinyanın bu danışıqlara razılıq verməsi Rusiyanın Ermənistana hələ də ciddi təsir imkanlarının qalmasının bariz göstərici oldu. Digər tərəfdən Rusiya Qərbə onun Ermənistan vasitəsilə bölgədən sıxışdırılıb çıxarıla bilməyəcəyi ilə bağlı mesajını verdi.
Tərəflər arasında sonuncu göruş Nyu-Yorkda BMT tədbirləri çərçivəsində ABŞ dövlət katibi Blinkenin iştirakı ilə baş tutmuşdu.Rəsmi Vaşinqton Bakının tələblərinin nəzərə alınmayacağı təqdirdə bu görüşdə konkret bir uğurun əldə edilməyəcəyini bilirdi. Sadəcə münaqişə tərəflərinə təsir imkanlarının olması faktını qabartmaq və bunu Moskvanın diqqətinə çatdırmaq naminə bu görüşdə moderatorluq edirdi. İndi eyni ssenari ilə rəsmi Moskva tərəfləri danışıqlar masasına dəvət edərək bölgədə gerçəklikdə kimin nüfuz sahibi olduğunu ABŞ-yə nümayiş etdirmək istəyir.
Azərbaycanın Rusiya ilə münasibətləri qarşlılıqlı,faydalı əməkdaşlığa söykənir,özünün milli,regionun təhlukəsizlik problemlərinin həllinə münasibətdə baxışlarını ehtiva edir.Ermənistandan fərqli olaraq rəsmi Bakı okeanın o tayına boylanaraq mövqe sərgiləmir,özünü müstəqil və suveren dövlət kimi aparır.Elə buna görədir ki,ABŞ ilə münasibətlərdə son vaxtlar gərginlik özünü biruzə verir.
Moskva görüşündə konkret razılıqların əldə edilməsi üçün Kreml hər iki tərəfi qane edən təkliflər paketi ilə çıxış etməlidir. Hazırkı şəraitdə Ermənistan hakimiyyətinə Qərbdən olan təsirlərin rakursunda bu mümkun deyil və ya Kreml Paşinyanı özundən incik salmamaq üçün ondan hələlik kardinal addlmların atılmasını tələb etmir.Qərbə öz yerini göstərmək üçün görüşün ümumiyyətlə baş tutması artıq Moskvanın Qərblə qarşıdurmada ciddi uğuru sayılmalıdır.Paşinyan bu göruşdən imtina etmək iqtidarında belə deyil. Ermənistanın Rusiya ilə başa çatmaqda olan bu ildə ticari dövriyyəsinin ümumi məbləği 15 milyard dollara çatmaqdadır,halbuki Azərbaycanla Rusiyanın ticari sövdələşmələrinin ümumi məbləği heç 5 milyard dolları ötməyib.Paşinyan bütün bunları anlayır. Ona görə də nə Avrasiya İqtisadi İttifaqından çıxmağa tələsir,nə də Gömruk İttifaqından,halbuki Qərbi məmnun etmək üçün KTMT-də fealiyyətini dondurduğunu bildirir.
Butövlükdə isə tərəflər danışıqların bu raunduna hazırkı dönəmin reallıqları şəraitindən yanaşırlar,perspektivdə isə vasitəçilərsiz danışıqlarda tərəflərin ortaq məxrəcə gəlməsi mümkündür. Hazırda erməni tərəfi məlum səbəblərə görə buna hazır deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 939   Tarix: 08 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı

ABŞ-də Texasdan Nyu-Cersiyə həyata keçirilən uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin dini xarakterli təhqirlər qışqırıb, bələdçiyə qarşı irqçi ifadələr işlədib, həmçinin yanında əyləşən şəxsə zərbə endirib. xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, o, bundan əlavə başqa bir sərnişini

05.09.2026 162
.

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR

Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Yeni modelin əsas fərqi ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin mindiyindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyən edilmi

00:17 212
.

Səfir: Bakıda Ruanda Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur

Bakıda 2027-ci ildə Ruanda Mədəniyyəti Günlərinin təşkili nəzərdə tutulub. Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib. Diplomat iki ölkə arasında qarşılıqlı səfərlər planına toxunaraq bildirib ki, dəqiq tarixlə

05.09.2026 162
.

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik MƏLUMAT YAYDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Övladlığa verilən uşaqlardan 45-i qız, 44-

00:19 129
.

Xaçaturyan: Türkiyə ilə sərhədlərin açılması Ermənistana Aralıq dənizi limanlarına çıxış imkanı verəcək

Türkiyə ilə sərhədin açılması Ermənistana Aralıq dənizindəki Türkiyə limanlarından istifadə etməyə imkan verəcək. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan jurnalistlərə bildirib. "Biz həm sərhədlərin (Türkiyə ilə - red.

05.09.2026 151
.

Pensiyalar gələn il KƏSKİN ARTACAQ: Məbləğ açıqlandı - BÖYÜK MÜJDƏ

Yeni ilin ilk ayında pensiyaçılara veriləcək artımla bağlı gözləntilər artıq indidən formalaşmağa başlayıb. Hazırkı göstəricilər və əməkhaqqı dinamikası 2027-ci ilin yanvarında əmək pensiyalarının nəzərəçarpacaq dərəcədə artırıla biləcəyini deməyə əsas verir. Hətta ilkin hesablamalarda indeksasiyanı

00:07 103
.

Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT

Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər

05.09.2026 260
.

Fransanın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb

Fransanın Ermənistandakı yeni səfiri Florian Eskyudye bu gün vəzifəsinin icrasına başlayıb. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb. F.Eskyudye 2026-cı il avqustun 18-də Fransanın Ermənistandakı səfiri təyin edilib. Bu postd

05.09.2026 159
.

Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund

00:21 106
.