"Ölkəmizin səyləri nəticəsində kiçik ada dövlətlərinə maliyyə yardımı reallığa çevrildi"–Tural İsmayılov

"Ölkəmizin səyləri nəticəsində kiçik ada dövlətlərinə maliyyə yardımı reallığa çevrildi"–Tural İsmayılovBMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir.
Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib.
"Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

"Ölkəmizin səyləri nəticəsində kiçik ada dövlətlərinə maliyyə yardımı reallığa çevrildi"–Tural İsmayılovMövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, COP29 bütövlükdə ölkəmizin qlobal təşəbbüskarlıq baxımından mövqelərinin güclənməsinə təsir göstərib:

"Ölkəmizin səyləri nəticəsində kiçik ada dövlətlərinə maliyyə yardımı reallığa çevrildi"–Tural İsmayılov"Azərbaycan COP29 da təkcə uğurlu ev sahibi qismində istirak etmədi. Həm də, bu gün Azərbaycan COP29 da qlobal təşəbbüslərin rəhbəri kimi çıxış etdi.
Azərbaycanın səyləri nəticəsində ilk dəfə COP29-da kiçik ada dövlətlərinin taleyi müzakirəyə çıxarıldı. Ölkəmizə qarşı müxtəlif bəhanələrlə dezinformasiya kompaniyaları, təxribatları puç edildi.
Mən hesab edirəm ki, qlobal liderlər sammiti kiçik ada dövlətlərinin taleyi ilə bağlı cənab prezidentin çıxışları və təbliğatı müstəsna əhəmiyyətə malikdir.
Artıq Azərbaycan uzun illərdir ki, COP çərçivəsində müzakirə edilən bir çox məsələlərdə də ədalətin bərpa edilməsinə nail oldu. Ölkəmizin səyləri nəticəsində bu gün COP29 platformasında məhz kiçik ada dövlətlərinə ayrılan maliyyə yardımı məsələsi reallığa çevrildi.
Azərbaycanın atdığı addımlar və etdiyi təşəbbüslər beynəlxalq birlik tərəfindən də dəstəkləndi. Mən hesab edirəm ki, bütün bunlar Azərbaycanın COP-a tövhəsi kimi xarakterizə edilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 691   Tarix: 26 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əmtəə bazarlarında qızılın qiyməti 4 100 dollardan aşağı enib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,09% azalaraq 4068,7 ABŞ dolların

13.07.2026 298
.

İsrail Hərbi Dəniz Qüvvələri HƏMAS Hərbi Dəniz Qüvvələrinin komandirini öldürdü

İsrail ordusu bazar ertəsi günü Qəzza şəhərinə endirilən zərbə nəticəsində HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin komandiri Usamə Naim Həmdi Şamlaxı öldürüb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Şamlax, HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi və dəniz terror hücumlarının inkişa

12:16 170
.

Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...

NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily"

13.07.2026 255
.

Şuşadakı Forum başa çatdı

Şuşa şəhərində keçirilən "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Qlobal Media Forumu başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Forumun ilk günündə Prezident İlham Əliyev tədbir iştirakçıları ilə görüşüb, onların sualların

16:51 113
.

Çin-Tayvan müharibəsi yalnız regionu deyil, bütün dünyanı sarsıdacaq

"Hazırda Çin və Tayvan arasında müşahidə olunan gərginliyin artması beynəlxalq təhlükəsizlik sistemi üçün yeni və son dərəcə ciddi risklər yaradır. Son illərdə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə İsrail-HƏMAS qarşıdurması, İsrail-İran və ABŞ-İran xəttində yaşanan böhranlar göstərdi ki, düny

14:32 165
.

ABŞ və İsrail İranda rejim dəyişikliyi hazırlayır: Plan qururlar

ABŞ və İsrail İranda hakimiyyəti dəyişmək üçün plan hazırlayıb. xəbər verir ki, bu məlumatı Təl Əvivdə yayınlanan "İsrail Hayom" qəzeti yayıb. Məlumatda deyilir ki, ABŞ və İsrail İran hökumətini devirmək üçün variantları araşdırır. "Lakin onlar bunun üçün regionu və dünyanı bu proses

13.07.2026 265
.

Tənqidi qətnaməyə baxmayaraq Gürcüstan ATƏT-dən imtina etmir

Gürcüstan hökuməti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyası ilə əməkdaşlığı davam etdirəcəyini açıqlayıb. Bu qərar Gürcüstan nümayəndə heyətinin qəbul edilən tənqidi qətnaməyə etiraz olaraq iclası tərk etməsinə baxmayaraq verilib. xəbər verir ki, bu barədə TAS

11:41 176
.

Bakıda güclü külək əsəcək - Xəbərdarlıq

İyulun 15-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qər

16:08 151
.

Mənzil bazarında qiymətlər niyə artır? - Bahalaşmanın görünən və görünməyən səbəbləri - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Son aylarda Azərbaycanda, xüsusilə də Bakıda mənzil bazarında qiymət artımı daha da nəzərə çarpır. Həm yeni tikililərdə, həm də köhnə binalarda satış qiymətlərinin yüksəlməsi ev almağı planlaşdıran vətəndaşların büdcəsinə ciddi təsir göstərir. Bahalaşmaya tikinti xərclərinin artması, bazarda mənzil

15:51 145
.

TOP MP3