Əhməd Əhmədovla bağlı çıxarılan hökm qüvvəyə mindi - Heç kəs şikayət verməyib
Bakının Xətai rayonunda 5 ailə üzvünü xüsusi amansızlıqla qətlə yetirən Əhməd Əhmədov barəsində çıxarılan hökm qanuni qüvvəyə minib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən Əhmədin işi üzrə qanunu nümayəndə və hüquqi varislərin heç biri şikayət ünvanlamayıblar.
20 gün müddət keçdiyinə görə hökm qanunu qüvvəyə minir. Qanunvericiliyə görə, hökmün çıxarılmasından 20 gün keçdikdən sonra tərəflər yenidən Ağır Cinayətlər Məhkəməsinə şikayət vermək hüququnun bərpası ilə bağlı vəsatət verə bilərlər.
Qeyd edək ki, Əhməd Əhmədovun əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib.
O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib.
İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.
Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub.
Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsinə yerləşdirilib. Əhməd Əhmədovun barəsində hökm 2024-cü il oktyabrın 10-da çıxarılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1638 Tarix: 26 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib
İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin strateji səviyyəyə qalxmasının, regionlararası nəqliyyat-energetika yönümlü əməkdaşlığın və müdafiə sənayesi sahəsində yeni mexanizmlərin formalaşmasının işarəsidir. Bu səfə
14:36 137 "Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq..." - Saatlarla növbə gözləyirlər
Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən xəstəxanaya müraciət edən vətəndaşlar həkim qəbuluna düşmək üçün düz 5 saat növbə gözlədiklərindən gileylənirlər. "Qafqazinfo" ATV-yə istinadən xəbər verir ki, səhər saatlarından xəstəxanaya üz tutan sakinlər gün sonuna qədər müayinə olunmağ
12:56 202 Mənzil bazarında qiymətlər niyə artır? - Bahalaşmanın görünən və görünməyən səbəbləri - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Son aylarda Azərbaycanda, xüsusilə də Bakıda mənzil bazarında qiymət artımı daha da nəzərə çarpır. Həm yeni tikililərdə, həm də köhnə binalarda satış qiymətlərinin yüksəlməsi ev almağı planlaşdıran vətəndaşların büdcəsinə ciddi təsir göstərir. Bahalaşmaya tikinti xərclərinin artması, bazarda mənzil
15:51 120 Sabah 40 dərəcə isti olacaq
Azərbaycanda havanın sabah 40 dərəcəyədək isti olacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanı
13:36 174 "Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm"
Xalq artisti Emin Ağalarov sosial media hesabında sualları cavablayıb. Axşam.az xəbər verir ki, sənətçi işləri ilə şəxsi həyatı arasında qalarsa hansını seçəcəyinə aydınlıq gətirib. Sual: Bir həftə telefonsuz qalmaq, yoxsa işsiz?. Emin: Nə birinci, nə də ikinci. İşsiz qala bilmərəm. İşi də telefonsu
16:58 31 Kiyevdəki hücumun hədəfi məlum oldu
Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi zərbənin hədəfinin "Neptun", FP-7 və FP-9 raketləri üçün elektronika istehsal edən "Radioizmeritel" zavodu olduğu bildirilir. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün "Telegram" kanalında məlumat yayıb. Məlumat
11:01 153 İlham Əliyev: "Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır" - VİDEO
"Xoşbəxtlikdən, bizim daxili risklərimiz yoxdur - hətta potensial risklərimiz belə yoxdur. Bütün risklər sərhədlərimizdən kənarda yaranır. xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində rusiyalı jurnalist Mixail Qusmanın sualını cavablandırarkən deyib
13.07.2026 296 İsrail Hərbi Dəniz Qüvvələri HƏMAS Hərbi Dəniz Qüvvələrinin komandirini öldürdü
İsrail ordusu bazar ertəsi günü Qəzza şəhərinə endirilən zərbə nəticəsində HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin komandiri Usamə Naim Həmdi Şamlaxı öldürüb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Şamlax, HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi və dəniz terror hücumlarının inkişa
12:16 165 Nikol Paşinyan 3000 metr yüksəklikdən video yayımladı
Ermənistanın Baş naziri Nikol Paşinyan dağ yürüşünə çıxdığı görüntüləri sosial şəbəkədə paylaşıb. xəbər verir ki, videolar Paşinyanın Telegram kanalında yayımlanıb. Baş nazir ilk paylaşımına "Gedək!" sözünü yazıb. Daha sonra o, "Dağlar" başlıqlı daha bir video yayımlayıb. Paşinya
11:48 184