"Məni döyən hələ anasından olmayıb" - Aygünlə Yaşar efirdə dalaşdılar
Müğənnilər Aygün Şükürova və Yaşar Cəlilov arasında efirdə qalmaqal yaşanıb.
OLAY yazır ki, sənətçilər qonaq olduqları "Gün ortası" verilişində söz savaşına çıxıblar.
Əvvəlcə studiyaya Aygün dəvət olunub. Şükürova "Növbəti qonağını çağır gəlsin. O mənə çox maraqlıdır. Onunla burada söhbətlərimiz olacaq" deyib.
Bu anda isə Aygünün həyat yoldaşı, rejissor Kənan Mahmudov proqramın aparıcısı Zümrüd Bədəlova zəng edib.
Lakin Zümrüd onun zəngə cavab verməyib.
Bir neçə saniyədən sonra kulis arxasında dayanan və təqdimatını əsəbi halda gözləyən Yaşar aparıcıya "Əgər mənə uyğun söhbətlər olarsa çıxıb gedəcəyəm" deyərək studiyaya daxil olub və mahnısını ifa edib.
Həmkarının ifası zamanı Aygün studiyanı tərk edib.
Zümrüd Yaşardan kulisdə Aygünlə aralarında nə baş verdiyini soruşub. Cəlilov qısa olaraq bildirib ki, bu söhbəti efirdə açmaq istəmir. O bildirib ki, kulisdə Kənanla danışıb və məsələyə aydınlıq gətirib və mövzunu verilişə qatmaq istəmədiyini dilə gətirib.
"Mən Aygünün özünü, xətrini və sənətini çox istəyirəm. Bizim mövzu ilə bağlı fikir ayrılığımız var", - deyə Yaşar bildirib.
Aygün isə Yaşarın bu sözlərinə "İndiyə kimi heç zaman heç kimlə efirdə qalmaqalla yadda qalmamışam. Mən özümdən danışıram, çünki o qalmaqallara mənim ehtiyacım yoxdur. Kulis arxasında bayağı görüntüsü olan xanım ifaçının mahnısından söz düşdü. Mən də dedim ki, mən nə mahnılarını nə də ki onun özünü bəyənirəm. Amma Yaşar deyir ki, mən bəyənirəm. Əgər sən bəyənirsənsə niyə mənə deyirsən ki, dayan, sus indi Kənana zəng edirəm. Bu nə deməkdir? Mən səni başa düşmədim. Sən axı mənim hansı hərəkətimə görə məni Kənana şikayyət edirsən? Nə vəziyyət olmuşdur? Səni döyürdük?" cavabını verib.
Bu ifadələrdən qəzəblənən Cəlilov "Məni döyən hələ anasından olmayıb. Mənimlə elə söhbətlər eləmə. Mənə kulis arxasında olan söhbətləri danışmaq yaraşmaz. Mən ömür boyu qeybəti sevməmişəm. Zərrə qədər yalan deyirəmsə Allah mənə qənim olsun. Aygün kulisdə deyir ki, Tolik (Tarix Əliyev) TikTok-u bəyənmir amma özü bütün günü orada canlı yayım açır. Məndə deyirəm ki, səmimi ol, get bunu onun üzünə de. Mən səhv deyirəm? Yanımda heç kimi qeybətini eləmə. Əzizim Tolikə sözün varsa zəng elə üzünə de efirdən demə. Sənin başına dönüm, yanımda qeybət eləmə" ifadələr səsləndirib.
Şükürova "Mən Tolikin elə üzünə də bu sözləri deyirəm. Sən indi çox gülməli vəziyyətdəsən. Sən özün qeybət eləmirsən? Ayıb olsun sənə" deməsinə Cəlilov "Ayıb olsun elə sənə. Kimin mən qeybətini edirəm? Mən Kənana hörmət edirəm" cavabını verib.
İkili arasında gərginlik daha da artdığından proqram reklam fasiləsinə çıxıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2992 Tarix: 27 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKİV: Hakerlər Almaniya hökumətinin rabitə kanalları barədə məlumatları yayıblar
Berlin Senatının şəbəkəsini sındıran hakerlər şəhər administrasiyasının girov ödəməkdən imtina etməsindən sonra Almaniya hökumətinin fövqəladə hallar üçün nəzərdə tutulmuş rabitə kanalları barədə məlumatları açıq şəkildə yayıblar. xəbər verir ki, bu barədə "Bild" nəşrinə alman araşdırmaçı jurnalis
06.09.2026 218 BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
BMW Almaniyada 3, 5 və 7 seriyalarından olan 189 130 avtomobili alovlanma riski səbəbindən geri çağırır. bildirir ki, bu barədə Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsindən məlumat verilib. Məlumata görə, buna səbəb sudan kifayət qədər qorunmayan starter rölesidir. Detalın daxilindəki kontaktla
06.09.2026 176 Məlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib
ABŞ-nin hökumət müstəntiqləri jurnalistlərə məlumatların sızmasının araşdırılması çərçivəsində ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşını poliqraf testindən keçiriblər. "Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə vəziyyətl
06.09.2026 164 Uşaq futboluna 10 milyon manat: "Sabah"dan nümunəvi təşəbbüs
"Sabah" futbol klubunun uşaq futboluna ayıracağı 10 milyon manatlıq vəsait nümunəvi addımdır. Düşünürəm ki, bu komanda bu günə qədər də uşaq futbolunun inkişafına yetərincə diqqət yetirib". Bunu BİG.AZ-a açıqlamasında futbol üzrə ekspert Kənan Məstəliyev bildirib. O, qeyd edib ki, istə
10:36 96 Qazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq
Qazaxıstan 2030-cu ilə qədər dəniz limanlarının ümumi gücünü 21,8 milyon tondan 30 milyon tona qədər artırmağı planlaşdırır. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib. Son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM
06.09.2026 161 Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarət münasibətlərini dayandıra bilər. "Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsind
06.09.2026 230 Rodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir
Rəsmi Karakas tərəfindən ABŞ və digər ölkələrlə imzalanan müqavilələr həm venesuelalılar, həm də dünya iqtisadiyyatı üçün faydalıdır. "Report"un məlumatına görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bunu ölkənin dövlət televiziyasının efirində bildirib. "Biz təkcə Venesuel
06.09.2026 182 Bu ərazilərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlarda yağış yağır, şimşək çaxır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntını
11:02 72 Tramp: ABŞ DÇ-2026-ya ev sahibliyi ilə 18 mlrd. dollardan çox qazanc əldə edib
ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin futbol üzrə dünya çempionatının Amerika iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini bildirib. "Report"un məlumatına görə, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. O, həmçinin qeyd edib ki, dünya çempionatın
06.09.2026 179