Prezident Putinlə görüşdü - Yenilənib - Video-Fotolar

Prezident Putinlə görüşdü - Yenilənib - Video-FotolarMoskvada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub.

BiG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Dövlət başçısını salamlayan Prezident Vladimir Putin deyib:

- Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar, həmkarlar.

Sizin hamınızı Moskvada salamlamağa çox şadıq. Mənim Bakıya səfərim zamanı razılaşdığımız kimi bu gün görüş keçiririk.

Biz indi Prezidentlə, necə deyərlər, üzbəüz danışırdıq, dünən axşam da qeyri-rəsmi təmasımız olub, münasibətlərimizin hazırkı statusu ilə bağlı məsələlərə bu və ya digər dərəcədə toxunduq.

Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır. Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır.

Çox şadıq ki, MDB ölkələri başçılarının görüşü platformasında bizim bu gün cari işlər barədə informasiya mübadiləsi aparmaq, ola bilər ki, irəliyə doğru bu hərəkətdə,- bu isə açıq-aşkardır,- hər hansı düzəlişlər etmək imkanımız var.

Sizi görməyimizə çox şadıq. Xoş gəlmisiniz.

Prezident İlham Əliyev deyib:

- Hörmətli Vladimir Vladimiroviç, bu gün görüşmək imkanına görə sağ olun, həmçinin dünənki nahar yeməyinə görə təşəkkür edirəm. Yeri gəlmişkən, fürsətdən istifadə edərək, Sizi doğum gününüz münasibətilə təbrik etmək istərdim.

Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Avqust ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub.

Siz qeyd etdiyiniz kimi, bu gün həmin məsələləri nəzərdən keçirmək üçün yaxşı imkan var, çünki gündəliyimiz kifayət qədər genişdir və həmin layihələr, xüsusən avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Beləliklə, bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir.

Görüşə görə bir daha sağ olun.

Prezident Vladimir Putin: Hörmətli İlham Heydər oğlu, Sizi oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində gözləyirik. Əminəm ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq. Əlbəttə ki, biz BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni dəvət edirik. Artıq 25 həmkarımız öz iştirakını təsdiq edib. Ona görə də belə platformalarda işləmək hər zaman rahatdır. Onu nəzərdə tuturam ki, bu tədbirin iştirakçılarını maraqlandıran məsələlərin bütöv dairəsi üzrə danışıqlar aparmaq mümkündür. Zənnimcə, bu, həm faydalı, həm də maraqlı olacaq. Sizi Kazanda gözləyirik.

Prezident İlham Əliyev: Vladimir Vladimiroviç, sağ olun. Azərbaycan elə Sergey Viktoroviçin də dediyi, öz iştirakını təsdiq etmiş həmin 25 ölkə arasındadır. Sizin dəvətinizi məmnuniyyətlə qəbul edirəm və yeni görüşümüzü səbirsizliklə gözləyirəm. Sağ olun.

Prezident Putinlə görüşdü - Yenilənib - Video-FotolarPrezident Putinlə görüşdü - Yenilənib - Video-FotolarPrezident Putinlə görüşdü - Yenilənib - Video-FotolarPrezident Putinlə görüşdü - Yenilənib - Video-Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 320   Tarix: 08 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Baldızını öldürüb evinin həyətində basdırdı

Türkiyənin Antalya şəhərində baldızını qısqanclıq zəminində öldürən Ali Dikən onu evinin həyətində basdırıb. türk mediasına istinadən xəbər verir ki, cinayətini ört-basdır etmək istəyən şəxs baldızının istaqram hesabından ailəsinə məsaj yazaraq "sağ olduğunu, gəzintiyə çıxdığını" bildirib

15:50 233
.

Putin yenidən Bakıya gələ bilər

"Rusiya Prezidenti Vladimir Putin və ya Baş nazir Mixail Mişustin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-da iştirak edə bilər". "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi - prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəs

14:06 196
.

Atatürkün heykəlinə qarşı hörmətsizlik edilib

Türkiyənin Balıkəsir bölgəsində əlinə çəkic alan şəxs Atatürk heykəlini dağıtmağa cəhd göstərib . türk mediasına istinadən xəbər verir ki, heykəli dağıdan şəxsə çevrədəki insanlar tərəfindən müdaxilə olunsa da o, əməlindən əl çəkməyib. Hadisə yerinə gələn polis əməkdaşları təqsirləndirilən şəxsi saxlayıb

15:29 165
.

Ədəbiyyat üzrə "Nobel"in favorit namizədləri məlum olub

Ədəbiyyat üzrə "Nobel" mükafatının builki favorit namizədləri məlum olub. APA "The Guardian"a istinadən xəbər verir ki, 71 yaşlı çinli yazıçı Tsan Sue bukmeykerlərin proqnozlarına liderlik edir. T.Sue sözügedən mükafata layiq görülsə, dünyada 18-ci, Çində isə 3-cü "Nobel"

17:50 41
.

Turşudan hansı halda zəhərlənə bilərik?

Artıq turşu mövsümü gəlib. Bir çoxlarının sevimlisi olan turşulardan zəhərlənmədən özümüzü necə qoruya bilərik?. Mövzu ilə bağlı -a danışan qida eksperti Asim Vəliyev bildirib ki, turşudan zəhərlənmə əsasən onun düzgün hazırlanmaması, saxlanma şəraitinə riayət edilməməsi və ya təhlükəsiz qaydalara əmə

17:21 101
.

Bu çiçəyi qoparanlar 19000 manat cərimə olunacaqlar

Qum zanbaqları nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyindən dövlət onu qorunması istiqamətində sərt qaydalara əl atıb. Ölkə.az xəbər verir ki, Türkiyədə bitən ağ çiçəklər sinfinə aid olan qum zanbağı nəsli kəsilməkdə olduğundan Dünya Vəhşi Təbiət Fondu tərəfindən qorunan bitkilər siyahısna daxil edilib

07.10.2024 643
.

Saç rənginiz nə qədər yaşayacağınızdan xəbər verir

Saç rəngi insanın nə qədər yaşaya biləcəyinə təsir göstərir. Dünyanın hər yerindən olan elm adamları bu mövzuda dəfələrlə təcrübələr, sorğular və tədqiqatlar aparıblar, lakin onların nəticələri əhəmiyyətli dərəcədə dəyişir. Britaniyalı tədqiqatçılar qırmızı və qara saçlıların uzun ömürlü olma şansını

07.10.2024 672
.

3 günə 3 nəfəri öldürən gənc qadın tutuldu

Kanada gənc qadın 3 günə 3 nəfəri öldürüb. xarici KİV-ə istinadla bildirir ki, cinayətlər Toronto, Niaqara şəlaləsi və Kanadanın başqa bir şəhərində baş verib. Qətl hadisələri ötən həftənin çərşənbə axşamı və cümə axşamı günləri arasında üç gün ərzində həyata keçirilib. Niaqara qraflığının polis rəis

18:45 1
.

"Həmişə pulumu kəsirdi" - VİDEO

"5 manat qazanırdımsa, 1 manatı mənə verib, 4 manatı özünə götürürdü". -a istinadən xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni "Rəngarəg səhər" verilişində deyib. Hələ uşaq vaxtlarından toylarda oxuyub, pul qazanan Zeynəb pulunu kəsən musiqiçidən danışıb:. Sənətçi ad çəkməyib

10:38 547
TOP MP3