Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər
"Azərbaycan Qarabağ və ətraf rayonlardakı talanlara görə Ermənistandan təzminat istəməlidir. Bu təzminat 3 istiqamətdə olmalıdır - dövlət, kollektiv və fərdi. Yəni, Azərbaycan dövlət olaraq, Azərbaycan xalqı kollektiv şəkildə, qaçqın düşmüş Azərbaycan vətəndaşı fərdi şəkildə təzminat tələb etməlidir".
BiG.AZ bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, 30 il işğal altında qalan ərazilərimizdən dövlət müəssisələri, ekoloji resurslar, mədəni və tarixi irsimiz, mülki insanların mülkiyyəti talanıb, yer üzündən silinib, qanunsuz istifadə və istismar olunub:
"Azərbaycanda və xaricdə Ermənistanın hüquqi-siyasi vəkilliyini aparmağa çalışan dairələr isə belə bir təbliğat aparırlar ki, Azərbaycan təzminat tələb edə bilməz. Amma bu, belə deyil. Qeyd edim ki, BMT Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsi ilə bağlı Azərbaycana dəyən ziyan haqqında 2000-ci ildə yaydığı rəsmi hesabatda dəymiş ziyanın qismən hesablanmaqla əksini tapan məbləğ var. Amma BMT-nin bu hesabatı cəmi 7 ili: 1993-2000-ci illəri əhatə edir və 53,5 milyard dollarlıq ziyan yalnız işğalın ilk 7 ili üçün hesablanıb. İşğalın sonrakı 20 ili üçün dəyən ziyan hələ hesablanmayıb. Torpaqlarımızı 2020-ci ildə işğaldan azad etdiyimiz üçün, deməli bu məbləğ 3 dəfə çoxdur".
"Yüzminlərlə vətəndaşımızın həyatına, psixologiyasına dəymiş ziyanlar, uşaqların azad və xoşbəxt yaşama hüququ, təhsil almaq hüququ, qadınların təhlükəsiz yaşama hüququ, yaşanmamış və puç olan uşaqlıq və gəncliklər və s. kimi məqamlar var ki, hüquq bu məqamların da iqtisadi ekvivalentini nəzərə ala və təzminat olaraq qəbul edə bilir. Aydın məsələdir ki, Ermənistanın təzminat ödəməsi üçün resursları yoxdur, amma Ermənistanın dövlət mülkiyyətləri - enerji təchizatı, mədən, sənaye və s. mülkiyyətləri mövcuddur ki, bu da təzminat olaraq dəyərləndirilə bilər", - deyə ekspert əlavə edib.
İqtisadçı-alim Emin Qəribli isə Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı ilkin hesablamalar aparılıb, lakin dəqiq rəqəm yoxdur:
"Yəni, bu rəqəm İkinci Qarabağ müharibəsindən əvvəl olub, o da konkret olaraq müəyyənləşməyib. İndi bu istiqamətdə monitorinqlər aparılır, proses qiymətləndirilir və bu zərər milyardlarla dollar dəyərindədir. Hətta təxmini bir trilyon dollar olacaq. Amma dəqiq hesablama hələ bitməyib. Hətta bir çox mütəxəssislər hesab edirlər ki, bu zərərin dəyəri bir trilyon dolları da keçə bilər. Ona görə də mütləq bu zərər hesablanmalı, təzminat alınmalıdır".
"Ən azından, bizim gələcək nəsillər və dünya ictimaiyyəti bilməlidir ki, ermənilər bizim əraziləri necə talayıblar. Çünki burada bir çox məqam var. Həm bizim təbii ehtiyatlarımız talanıb, həm ekologiyaya ziyan vurulub, həm də əhali zərər görüb. Bütün bunların hamısı hesablanmalı və ortaya konkret bir məbləğ çıxmalıdır. Yəqin ki, yaxın zamanlarda bu hesablama aparılacaq və ictimaiyyətə elan olunacaq", - deyə iqtisadçı əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 718 Tarix: 28 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı
Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı ilə əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyətləri nəzərdə tutulduğundan daha əvvəl aradan qaldırılıb. xəbər verir ki, şəhərin bəzi küçə və prospektlərində tətbiq olunan məhdudiyyətlər götürülüb və yolla
14:55 149 Türkiyədə azərbaycanlı uşaq ögey atasını öldürdü
Türkiyədə azərbaycanlı yeniyetmə ögey atasını öldürüb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Kayseri şəhərinin Melikqazi rayonunun Hunat məhəlləsində, Şəhid Yüzbaşı Sami Akbulut küçəsində baş verib. Məlumata görə, Azərbaycan vətəndaşı olan 16 yaşlı V.E. ilə onun 47 yaşlı ögey atası M.T. arasında naməlu
19:00 134 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar
Əmək müqaviləsi ilə çalışan şəxslərin illik əmək məzuniyyətinin müddəti onların tutduğu vəzifə, əmək şəraiti və iş stajından asılı olaraq dəyişir. Qaynarinfo xəbər verir ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Bəz
04.09.2026 296 İsrail əsgərlərinin pilotsuz təyyarə hücumunu ələ keçirməsindən sonra İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İsrail ordusu cümə günü bildirib ki, terror təşkilatının İsrail əsgərlərinə qarşı dron atmasından sonra İsrail Müdafiə Qüvvələri Livandakı Hizbullah hədəflərinə zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, əsgərlər cümə günü səhə
11:20 217 Tanınmış kinooperator vəfat etdi
Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb. O, 79 yaşında dünyasını dəyişib. Qeyd edək ki, uzun illər quruluşçu operator kimi fəaliyyət göstəriən Amin Novruzov müxtəli
14:11 171 Saturnun sirri açılır
Astronomlar Saturnun cənub qütbündə təxminən 168 min kilometr enində nəhəng onbucaqlı atmosfer dalğası aşkar ediblər. Planetin şimal qütbündəki məşhur altıbucaqlı ilə oxşarlıq təşkil edən bu sirli həndəsi forma Saturnun atmosferində ilk dəfə cənub yarımkürəsində müşahidə olunan böyük, müntəzəm tərəfl
04.09.2026 235 Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur
Naxçıvan Muxtar Respublikasında (MR) 150 sosial xidmətdən 73-ü elektron, 50-si proaktiv qaydada təqdim olunur. "Report"un yerli bürosu xəbər verir ki, bunu muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib. O bildirib ki, Naxçıvanda sosial müdafiə sahəsind
16:20 144 Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT
Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər
18:01 173 Husilərin Yəmənin Taiz şəhərinə endirdiyi zərbə nəticəsində 4 nəfər ölüb
Yəmən husiləri Taiz şəhəri (Yəmən) yaxınlığına raket zərbəsi endirib, 4 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" Yəmənin "Saba TV" dövlət televiziyasına istinadən məlumat yayıb. Qeyd olunub ki, zərbə nəticəsində 9 nəfər yaralanıb
20:45 29