Gecə 4-də "Prius"la narkotik daşıyanlara qarşı əməliyyat - Tutulanlar var

Gecə 4-də "Prius"la narkotik daşıyanlara qarşı əməliyyat - Tutulanlar varBakıda polis əməkdaşlarının "saxla" əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, əməliyyat sentyabrın 24-ü saat 03:44 radələrində Yasamal rayonu ərazisində keçirilib.

Z.Əhmədbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu 77-XS-413 dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilə polis əməkdaşları tərəfindən "saxla" işarəsi verilib. Polisin qanuni tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirən maşın Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb. Bu zaman nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər.

Polislər tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunmuş – 1991-ci il təvəllüdlü İsmayılov Bəxtiyar və 1980-ci il təvəllüdlü Əjdərov Əjdər saxlanılıblar. Ayağından xəsarət alan Ə.Əjdərov xəstəxanaya yerləşdirilib.

Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan heroin, pisixotrob maddə olan metamfetamin, güclü təsiredici dərman preparatları aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 855   Tarix: 24 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Elgizin verilişi bu tarixdə başlayacaq

Tanınmış teleaparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, aparıcının "Şadlıq olsun" adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq. Aparıcı verilişin bütün sosial platformalarda yayımlanacağın

04.09.2026 346
.

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü

ABŞ-ın Florida ştatının Hillsboro dairəsində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Aidiyyəti qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başlayıblar

04.09.2026 234
.

Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq

Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy

16:52 137
.

Parisdə keçiriləcək sammit başlamamışdan "Makronun ən pis tədbiri" adlandırıldı

Parisdə planlaşdırılan qarşıdakı kosmik sammitin Fransa Prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə keçirilən ən uğursuz tədbir olacağı artıq qəbul edilib. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Altı iştirakçının bildirdiyinə görə, tədbir təşkilati baxımdan xaos içərisindədir

18:20 0
.

Səfir: Bakıda Ruanda Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur

Bakıda 2027-ci ildə Ruanda Mədəniyyəti Günlərinin təşkili nəzərdə tutulub. Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib. Diplomat iki ölkə arasında qarşılıqlı səfərlər planına toxunaraq bildirib ki, dəqiq tarixlə

16:10 121
.

TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər

Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfə

04.09.2026 222
.

Bu ərzağı istifadə edənlər diqqətli olsun

Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay

04.09.2026 265
.

Qatlanan "iPhone" bu tarixdə çıxır: görüntüləri sızdırıldı

"Apple"ın ilk qatlana bilən "iPhone" modelinin təqdimatının sentyabrın 9-da keçirilməsi gözlənilir. Lakin cihazın ehtimal olunan prototipi rəsmi təqdimatdan bir həftə əvvəl videoda nümayiş etdirilib. xəbər verir ki, məşhur amerikalı texnobloqer Lyuis Hilsenteqer "Apple"ı

04.09.2026 261
.

Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO

Şuşaya səfər edən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər. Bu barədə Baku TV süjet hazırlayıb. Süjetdə bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi belə halların ilk olmadığını, maarifləndirmə və cərimələrin nəticə vermədiyini qeyd edir

16:07 166
.