"Kanadanın Azərbaycanla münasibətlərinə təsir göstərən amillərdən biri erməni diasporasıdır" - Elşən Manafov

"Kanadanın Azərbaycanla münasibətlərinə təsir göstərən amillərdən biri erməni diasporasıdır" - Elşən ManafovAzərbaycan Kanadanın xarici işlər naziri Melani Jolinin "Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan" bəyanatını pisləyib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Kanada xarici işlər nazirinin bəyanatına dair şərhində bildirilib.Bildirilib ki, Kanadanın baş diplomatı "beynəlxalq hüququn norma və prinsipləri əsasında 4 il əvvəl Ermənistanla Azərbaycan arasında münaqişənin bitdiyi regionumuzdakı reallıqlarla tanış olmaq əvəzinə, növbəti dəfə manipulyasiya və faktları təhrif etməklə məşğuldur.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Ottava Dağlıq Qarabağ,erməni separatizmi,Ermənistanın ölkəmizə təcavüzü və bu təcavüzün doğurduğu problemləri görməzdən gəlir,rəsmi Bakıya münasibətdə obyektivlikdən uzaq,erməni təbliğatına uyğun qərəzli mövqe sərgiləyirlər:

"Kanadanın Azərbaycana münasibətdə sərgilədiyi mövqenin arxasında bir neçə faktor var. Əvvəla Kanada Kollektiv Qərbin aktiv üzvü olaraq təmsil olunduğumuz regionun geosiyasi reallıqlarının Qərbdə bəlli dairələrin maraqları naminə dəyişdirilməsində maraqlıdır. Regionun geosiyasi gerçəklikləri isə Azərbaycanın Ermənistan üzərində məlum qələbəsindən sonra dəyişib. Ermənistanla təmas bölgəsinə 4 il əvvəl Rusiya sülhməramlılarının yerləşdirilməsi Qərbdəki bəlli dairələr kimi Kanada hakimiyyətini narazı salmışdı.
ABŞ və anqlo-saks siyasətinin yedəyində gedən Kanada regiondan Rusiyanın sıxışdırılıb çixarılmasında bir qayda olaraq maraqlı olub. Rəsmi Bakı isə Qərbin Rusiyaya qarşı geosiyasi məzmunlu oyunlarda yer almır,Rusiyanın bölgə dövləti olduğunu bəyan edir,onunla münasibətləri qarşılıqlı,faydalı maraqlar üzərində inkişaf etdirir. Bu da Kanada hakimiyyətini məmnun etmir.
Kanadının Azərbaycanla münasibətlərinə təsir göstərən digər bir amil isə ABŞ və Avropada olduğu kimi erməni diasporasının bu ölkənin rəsmi və işgüzar dairələri ilə qurduğu münasibətlər,bir sıra Kanada siyasətçilərinin erməni diasporasının lobbiçilik fəaliyyətindən mənfəət göturmək istəyidir.Məhz buna görə də,rəsmi Ottava Dağlıq Qarabağ,erməni separatizmi,Ermənistanın ölkəmizə təcavüzü və bu təcavüzün doğurduğu problemləri görməzdən gəlir,rəsmi Bakıya münasibətdə obyektivlikdən uzaq,erməni təbliğatına uyğun qərəzli mövqe sərgiləyirlər.
Rəsmi Ottavanın bu mövqeyi beynəlxalq hüquq və prinsiplərinə deyil,erməni təbliğatı və iftiralarına söykəndiyindən təəssüf doğurmaqla yanaşı,Azərbaycan dövləti və xalqı tərəfindən qətiyyətlə pislənir və qəbul edilmir.
Kanada hakimiyyət orqanları rəsmi Bakının Dağlıq Qarabağ erməni icmasının cəmiyyətimizə reinteqrasiyası ilə bağlı mövqeyindən xəbərsizdilərsə, bunu görə məsuliyyəti Azərbaycan dövləti daşımır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1276   Tarix: 23 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA

"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub". BİG.AZ -ə istinadla xəbər veri

15:53 138
.

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Naxçıvan Muxtar Respublikasında (MR) 150 sosial xidmətdən 73-ü elektron, 50-si proaktiv qaydada təqdim olunur. "Report"un yerli bürosu xəbər verir ki, bunu muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib. O bildirib ki, Naxçıvanda sosial müdafiə sahəsind

16:20 109
.

Xark adasında partlayışlar baş verib

Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın Körfəzdəki əsas neft terminalı olan Xarq adası yaxınlığında partlayış səsləri eşidilir, lakin onların mənşəyi məlum deyil. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyi müxbirinin partlayış səslərini eşitdiyini

11:28 281
.

Husilər Yəməndə döyüşləri qızışdırır və Bab əl-Məndəb boğazındakı Moça limanına nəzarəti ələ keçirirlər

"The New York Times" qəzetinin cümə günü yerli təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, İranın dəstəklədiyi terror qruplaşması beynəlxalq gəmiçilik marşrutlarında mühüm rol oynayan Qırmızı dənizin girişindəki Bab əl-Məndəb boğazı üzərində daha çox nəzarət verəcək ərazini əl

13:58 244
.

Bu ərzağı istifadə edənlər diqqətli olsun

Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay

04.09.2026 265
.

Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev erməni rejissor tərəfindən çəkilmiş "The Black Garden" sənədli filminə dair "The Guardian" qəzetində dərc olunmuş rəyə münasibət bildirərək həmin nəşrə məktub ünvanlayıb. B

15:40 122
.

Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb. -ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya qoşunları Donetsk vilayətində Kurtovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

17:20 68
.

Saturnun sirri açılır

Astronomlar Saturnun cənub qütbündə təxminən 168 min kilometr enində nəhəng onbucaqlı atmosfer dalğası aşkar ediblər. Planetin şimal qütbündəki məşhur altıbucaqlı ilə oxşarlıq təşkil edən bu sirli həndəsi forma Saturnun atmosferində ilk dəfə cənub yarımkürəsində müşahidə olunan böyük, müntəzəm tərəfl

04.09.2026 229
.

SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir

Hizbullahın 100-ə yaxın döyüşçüsü, o cümlədən SEPAH-ın Qüds Qüvvələrindən olan iranlı məsləhətçilər iyun ayından etibarən Əli Tahir dağ silsiləsi ərazisindəki tunellərdə mühasirədə qalıb. xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti SEPAH-dakı mənbəyə istinadla məlumat yayıb. "Bi

04.09.2026 286
.