"Müstəmləkə Kanadanın müstəqil Azərbaycana dil uzatması absurddur" - Turan Rzayev

"Müstəmləkə Kanadanın müstəqil Azərbaycana dil uzatması absurddur" - Turan RzayevAzərbaycan Kanadanın xarici işlər naziri Melani Jolinin "Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan" bəyanatını pisləyib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Kanada xarici işlər nazirinin bəyanatına dair şərhində bildirilib.Bildirilib ki, Kanadanın baş diplomatı "beynəlxalq hüququn norma və prinsipləri əsasında 4 il əvvəl Ermənistanla Azərbaycan arasında münaqişənin bitdiyi regionumuzdakı reallıqlarla tanış olmaq əvəzinə, növbəti dəfə manipulyasiya və faktları təhrif etməklə məşğuldur.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev bildirib ki, XİN həm də Böyük Britaniyaya nota verməlidir. Konstitusiyada Kanada Böyük Britaniyanın şəxsi mülküdür və hökumət şəxsi mülkünə sahib çıxmalıdır. Britaniya müstəmləkəsi olan ölkənin tam müstəqil ölkəyə dil uzatması absurddur. Kanadanın siyasi kollekturasına baxanda Azərbaycandan daha aşağı ölkədir:

"Kanada ilk dəfə deyil ki, belə əsassız və gülünc bəyanatlar verir. Artıq reallıqlar tamamilə dəyişib. Ermənistan-Azərbaycan münaqişəsinin Dağlıq Qarabağ etapı bitib. Amma Kanada tərəfinin bəyanatında sanki münaqişə davam edir və Azərbaycan təcavüzkar ölkə kimi göstərilməyə çalışılır. Kanadanın bundan öncə də bənzər bəyanatları olub. Azərbaycan tərəfi yenə sərt formada cavab verib və bu, təbiidir. Ümumiyyətlə konstitusiyasında Britaniya kraliçasının şəxsi mülkü və Kanada xalqına ianə kimi verildiyi təqdim olunan Kanada dövləti siuveren deyil. Faktiki olarq dominion, Britaniya müstəmləkəsi olan ölkənin tam müstəqil ölkəyə dil uzatması absurddur. Kanadanın siyasi kollekturasına baxanda Azərbaycandan daha aşağı ölkədir. Kanadanın okeanın o tayında olması da onların Cənubi Qafqaz haqqında informasiyalarının nə dərəcədə yanlış olduğunu göstərir. Görünür, Kanadanın xarici işlər naziri aradakı saat fərqini də nəzərə alıb. Amma görünür, arada saat yox, aylar, illər fərqi var ki, onlar keçmiş və bitmiş münaqişə predmentində açıqlama verərək özlərinin təmsil etdikləri yarımüstəqil dövlətə də zərbə vururlar. Bu, onların təcrübəsizliyindən qaynaqlanan məsələdir. Bu açıqlamalarla sadəcə özlərini biabır etməklə məşğuldurlar. Azərbaycan Böyük Britaniya ilə münasibətlərə xüsusi önəm verir və bu gün də ölkəmizdə Böyük Britaniyanın "BP" şirkəti fəaliyyət göstərir. Böyük Britaniya bizim etibarlı tərəfdaşımızdır. Lazım gələrsə, rəsmi Bakı bununla bağlı Londonun özünə xəbərdarlıq edər. London da öz müstəmləkəsinin qulağını burmağı yaxşı bacarar. Bizim bu məsələdə əsas müraciət edəcəyimiz tərəf Böyük Britaniya olmalıdır. Kanada bizim səviyyəmizdə ölkə deyil. Bunu siyasi və diplomatik kontestdə deyirəm. Ölkələrin iqtisadi, sosial müqayisəsindən danışmıram. Xarici İşlər Nazirliyinin bəyanatı doğrudur. Amma hesab edirəm ki, XIN həm də Böyük Britaniyaya nota verməlidir. Konstitusiyada Kanada Böyük Britaniyanın şəxsi mülküdür və hökumət şəxsi mülkünə sahib çıxmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 835   Tarix: 23 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA

"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub". BİG.AZ -ə istinadla xəbər veri

15:53 138
.

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Naxçıvan Muxtar Respublikasında (MR) 150 sosial xidmətdən 73-ü elektron, 50-si proaktiv qaydada təqdim olunur. "Report"un yerli bürosu xəbər verir ki, bunu muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib. O bildirib ki, Naxçıvanda sosial müdafiə sahəsind

16:20 109
.

Xark adasında partlayışlar baş verib

Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın Körfəzdəki əsas neft terminalı olan Xarq adası yaxınlığında partlayış səsləri eşidilir, lakin onların mənşəyi məlum deyil. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyi müxbirinin partlayış səslərini eşitdiyini

11:28 281
.

Husilər Yəməndə döyüşləri qızışdırır və Bab əl-Məndəb boğazındakı Moça limanına nəzarəti ələ keçirirlər

"The New York Times" qəzetinin cümə günü yerli təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, İranın dəstəklədiyi terror qruplaşması beynəlxalq gəmiçilik marşrutlarında mühüm rol oynayan Qırmızı dənizin girişindəki Bab əl-Məndəb boğazı üzərində daha çox nəzarət verəcək ərazini əl

13:58 244
.

Bu ərzağı istifadə edənlər diqqətli olsun

Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay

04.09.2026 265
.

Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənistan-Azərbaycan münaqişəsi birtərəfli təqdim edilib

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev erməni rejissor tərəfindən çəkilmiş "The Black Garden" sənədli filminə dair "The Guardian" qəzetində dərc olunmuş rəyə münasibət bildirərək həmin nəşrə məktub ünvanlayıb. B

15:40 122
.

Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarət altına alıb. -ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya qoşunları Donetsk vilayətində Kurtovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

17:20 68
.

Saturnun sirri açılır

Astronomlar Saturnun cənub qütbündə təxminən 168 min kilometr enində nəhəng onbucaqlı atmosfer dalğası aşkar ediblər. Planetin şimal qütbündəki məşhur altıbucaqlı ilə oxşarlıq təşkil edən bu sirli həndəsi forma Saturnun atmosferində ilk dəfə cənub yarımkürəsində müşahidə olunan böyük, müntəzəm tərəfl

04.09.2026 229
.

SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir

Hizbullahın 100-ə yaxın döyüşçüsü, o cümlədən SEPAH-ın Qüds Qüvvələrindən olan iranlı məsləhətçilər iyun ayından etibarən Əli Tahir dağ silsiləsi ərazisindəki tunellərdə mühasirədə qalıb. xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti SEPAH-dakı mənbəyə istinadla məlumat yayıb. "Bi

04.09.2026 286
.