Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb
Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 monitorinq həyata keçirilib və 3 104 pozuntu halı aşkar edilib.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, aşkar edilən pozuntu hallarından 5-i dənizin 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı olub. Müəyyən edilən pozuntu halları üzrə aidiyyəti sənədlər tədbir görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına göndərilib.
Cari ayda aparılan monitorinqlər zamanı isə Bakının Səbail rayonunun, Namiq Quliyev küçəsində yerləşən "Şəfa" balıq evi və hasar qonşusu vətəndaş Rəcəb Abbasov tərəfindən Xəzər dənizinin mühafizə zolağına düşən ərazilərin zəbt olunduğu və hasarın çəkildiyi faktı aşkar edilib.
Qanunvericiliyin tələblərini təmin etmək məqsədilə görülmüş tədbirlər nəticəsində zəbt olunan ərazidə hasarların biri tam sökülüb, digərinin isə obyektin sahibi tərəfindən demontajına başlanılıb.
Qeyd edilir ki, torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq qanunvericiliyə uyğun olaraq Xidmət torpaqların səmərəsiz istifadəsinə və özbaşına zəbt olunmasına qarşı nəzarət tədbirləri həyata keçirir. Xidmət tərəfindən ölkə ərazisində torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları, o cümlədən Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı monitorinqlər aparılır.
Xatırladaq ki, Torpaq Məcəlləsinin tələblərinə əsasən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında yerləşən torpaq sahələri dövlətin müstəsna mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz. Yalnız dövlət məqsədləri üçün Nazirlər Kabinetinin qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Məcəlləyə əsasən istifadəyə və ya icarəyə verilən torpaq sahələri İqtisadiyyat Nazirliyinin Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 594 Tarix: 20 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZaxarova Paşinyanı məsxərəyə qoydu - Bulqakovdan sitat gətirdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyana Mixail Bulqakovun "İtin ürəyi" əsərindən sitat gətirərək müraciət edib. xəbər verir ki, Zaxarova bu barədə "Telegram" kanalında paylaşım edib. O, Paşinyanın Rusiyanın Gümrüdəki 102-c
11:02 162 Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətl
04.09.2026 345 Röya Ayxan 80 milyon manata ev alıb? (İDDİA)
Bakıda fantastik qiymətə mənzil satılıb. Qaynarinfo-nun məlumatına görə, mənzil eksperti Vüqar Əliyev verdiyi müsahibələrin birində bildirib ki, sözügedən mənzil mart ayında satılıb:. "Mənzil Bakıdadır və 80 milyon dəyərində olub. Hazırda mənzildə məşhur simalardan biri yaşayır. Mənzil bir hekta
10:52 282 Cahid Şahbazovun əməliyyatından sonra görməsində problem yarandığını iddia etdi
Moskvada yaşayan, sosial şəbəkələrdə "dr_julietta" adı ilə tanınan kosmetoloq Bakıda keçirdiyi keratopiqmentasiya əməliyyatından sonra görmə ilə bağlı problemlər yaşadığını iddia edib. Qaynarinfo -a istinadən xəbər verir ki, qadın təxminən iki il əvvəl Bakıda oftalmoloq Cahid Şahbazov tərəfində
13:21 204 Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı
04.09.2026 398 Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
14:46 144 Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?
Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye
04.09.2026 230 Tramp ABŞ-ın tezliklə İranın Pikakse dağına zərbə endirə biləcəyini və Hörmüzü yeni neft boru kəmərləri ilə əvəz edə biləcəyini bildirib
ABŞ prezidenti Donald Tramp cümə günü jurnalistlərə bildirib ki, ABŞ tezliklə İranın Pikakse dağına zərbə endirə bilər. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İranın ağır zədələnmiş Nətənz uran zənginləşdirmə müəssisəsinin yaxınlığında yerləşən Pikaxe dağı, dərin basdırılmış iki tune
10:59 166 İsrail əsgərlərinin pilotsuz təyyarə hücumunu ələ keçirməsindən sonra İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İsrail ordusu cümə günü bildirib ki, terror təşkilatının İsrail əsgərlərinə qarşı dron atmasından sonra İsrail Müdafiə Qüvvələri Livandakı Hizbullah hədəflərinə zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, əsgərlər cümə günü səhə
11:20 193