"Şəbnəm işçimi qaçırdıb" - Vəfadan iddia

"Şəbnəm işçimi qaçırdıb" - Vəfadan iddia"İndiyənə qədər danışmadım, haqlı olduğum halda susdum. Siz üzdə olan davanı görürsünüz, arxada nələrlə mübarizə aparıram bilmirsiniz. Günlər əvvəl yutubumu işlədən Nadiri (yutub işlədən Nadir Kərimov - red.) iş yerindən qolunu qatlayıb apardılar. Sanki böyük günah işləyib. Qanunsuz halda, tapşırıqla gəldilər apardılar. Səsimizi çıxartmadıq ki, tapşırıqla edilib, kimlərsə ortada yanmasın. Bu gün də mahnım yutubdan silinib və mənim işçim ortada yoxdur".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova qalmaqal yaşadığı Şəbnəm Tovuzlunun ünvanına deyib. Vəfa Şəbnəmin onun işçisini qaçırtmaqda ittiham edib:

"Şəbnəm Tovuzlu, deyirsən ki, qayda, qanun var. Nadiri apartdıranda onu nəzərə almadın? Mahnım silinib, 1 saatdır Nadir yoxdur, bilmirsən bu dövlətin qanunu var? Nadirin harada olduğunu, Şəbnəm tərəfindən kimin apardığını bilirəm. Ad çəkmirəm, ağsaqqalınıza hörmət edirəm. Amma ad da çəkə bilərəm. Nə qədər gec deyil, Nadiri buraxın getsin evinə.

Şəbnəm Tovuzlu, bu addımın heç düzgün olmadı. Bu dəfə səni mənim əlimdən Hikmət də qurtara bilməyəcək. Hamı yaxşı bilir ki, bir adamı polis gəlib o formada qolunu qandallayıb aparmırlar. Yutuba mahnı yükləməyə görə o formada aparırlar? Qanınızın arasına bu gün olan toyum girdi. Bilirsən, heç kimdən qorxum yoxdur. İstənilən adamın adını çəkib paylaşaram".

Vəfa "Sən olan yer cənnətdir" mahnısının yutub kanalında silindiyini söyləyib:

"Deyirsən ki, mahnının sahibi bəlli oldu və silindi. Bütün faktları qoyacağam ortaya. Sənin maskan dəfələrlə cırılıb, indi də cırılacaq. Mahnı sənə görə silinsəydi, yazılardı şikayət gəldi. Mənim mahnım isə yutub işlədənim tərəfindən məcburi sildirilib. Bu qanunsuzluğu hara qədər edəcəksiniz?".

Qeyd edək ki, Şəbnəmlə Vəfa illərdir qalmaqal yaşayır. Buna səbəb Vəfanın Şəbnəmin keçmiş sevgilisi ilə birlikdə olmasıdır. Hazırda isə qalmaqalın alovlanmasına səbəb "Sən olan yer cənnətdir" mahnısı olub. Bəstəkar mahnını hər iki ifaçıya satıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 939   Tarix: 20 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var

İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub. xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib. Keynin sözlərin

04.09.2026 256
.

Nepal və Tibetdə dəhşətli daşqın: ölənlərin sayı 1 280-ə çatıb

Himalaylarda baş verən güclü daşqınlar Nepal və Tibetdə ağır humanitar böhrana səbəb olub. BİG.AZ Le Monde-a istinadən xəbər verir ki, fəlakət nəticəsində azı 1 280 nəfər ölüb, 5 600-dən çox insan isə itkin düşüb. Daşqınlar avqustun 26-dan etibarən bölgədə ciddi dağıntılara səbəb olub. Nepalın şimalınd

04.09.2026 253
.

Saturnun sirri açılır

Astronomlar Saturnun cənub qütbündə təxminən 168 min kilometr enində nəhəng onbucaqlı atmosfer dalğası aşkar ediblər. Planetin şimal qütbündəki məşhur altıbucaqlı ilə oxşarlıq təşkil edən bu sirli həndəsi forma Saturnun atmosferində ilk dəfə cənub yarımkürəsində müşahidə olunan böyük, müntəzəm tərəfl

04.09.2026 222
.

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, Azərbaycanda 1 unsiya qızılın qiyməti 7 544,6170 manat, 1 qram qızılın qiyməti isə 242,56 manat təşkil edib. 99 əyarlı təmiz qızılın 1 qramı 242,56 manat, 750 əyarlı İtalyan qızılının 1 qramı 182,11 manat, 585 əyarl

04.09.2026 268
.

İsraildə seçki yarışı qızışır: Netanyahu hakimiyyəti itirə bilər? - POLİTOLOQDAN AÇIQLAMA

İsraildə keçiriləcək parlament seçkilərinə sayılı həftələr qalmış siyasi mənzərə yenidən dəyişməyə başlayıb. Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalmaq mübarizəsi fonunda son rəy sorğuları həm iqtidar, həm də müxalifət blokunun parlamentdə çoxluq əldə etmək üçün kifayət qədər mandat toplay

04.09.2026 248
.

TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər

Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfə

04.09.2026 217
.

Elgizin verilişi bu tarixdə başlayacaq

Tanınmış teleaparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, aparıcının "Şadlıq olsun" adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq. Aparıcı verilişin bütün sosial platformalarda yayımlanacağın

04.09.2026 323
.

Sabah 35 dərəcə isti olacaq

Sentyabrın 6-na gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhə

13:51 104
.

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

"Sabah" klubu uşaq futbolunun davamlı inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq. "Report" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Sabah" klubuna UEFA Çempionlar Liqasını

13:22 133
.