Şamaxıda ata boşanmaq istəyən qızını zirzəmiyə həbs etdi
Şamaxı şəhərində ailəsi tərəfindən zirzəmidə əsir saxlanılan gənc qadın polis əməkdaşları tərəfindən xilas edilib.
BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, hadisə Şamaxı şəhər Atatürk küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
1976-cı il təvəllüdlü Vüqar Talıbov (soyad şərtidir) qızının Bakı şəhərində həyat yoldaşından boşanmaq istədiyini öyrənib. O, qızının sərbəst həyat tərzi sürməsindən, axşamlar işdən evə gələndən sonra müxtəlif ünvanlara getməsindən narahat olaraq paytaxta gəlib. Burada qızını aldadaraq Şamaxı şəhərinə aparan Vüqar onu evin zirzəmisinə salaraq qapını kilidləyib. 6 gün zirzəmidə qalan qızı isə polislər xilas edib.
Hadisə barədə ifadə verən zərərçəkmiş qız atasının onun sərbəst yaşamaq istəməsinə qarşı çıxdığını və anası ilə əlbir olaraq onu zirzəmiyə saldığını deyib: "2014-cü ildə ailəmin təkidi ilə A. Babayev adlı şəxslə ailə qurdum, iki oğlumuz oldu. Əvvəl Şamaxıda Allahverdinin valideynlərinə məxsus evdə yaşadıq, sonra Bakıda Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən mənzildə yaşamışıq. Bir müddətdən sonra münasibətimiz pozuldu, boşanmaq qərarına gəldim. Atam Vüqar bunu bilib boşanmağıma mane olmağa çalışdı. Məni aldadaraq Bakıdan Şamaxıya gətirdi. Şamaxıdakı evə çatdıqda maşından düşən kimi atam qollarımdan tutub məni evin zirzəmisinə apardı. Zirzəmiyə daxil olduqda yerə köhnə palaz, üstünə döşək sərildiyini, yorğan və yastıq qoyulduğunu gördüm. Başa düşdüm ki, atam məni əsir kimi evin zirzəmisində saxlamaq niyyətindədir və bunun üçün əvvəlcədən hazırlıq görüb. Zirzəmidə gördüm ki, otağın qapı yerinə dəmir məhəccər vurulub, yəni məhəccərlə qapı düzəldilib, qapıya iki kilid vurulmuşdu".
O zirzəmidə 6 gün əsir saxlanıldığını bildirib: "Bu müddət ərzində bir neçə dəfə atam yanıma gəlib məndən ərimdən boşanıb-boşanmayacağımı soruşdu, cavabımda boşanıb sərbəst yaşamaq istədiyimi dedikdə məni təhqir edib çıxıb gedirdi. Daha sonra anama yalvardım ki, oğlumla telefonla danışmaq istəyirəm. Bu zaman fürsətdən istifadə edib DİN-in 102 xidmətinə zəng edib, zorla zirzəmidə saxlanmağım barədə məlumat verdim. Bir neçə dəqiqə sonra polislər geri zəng etdilər və qapının bərkdən döyüldüyünü görüb onların gəldiyini anladım. Polislər zorla qapını açıb içəri girdilər, 3 nəfər polis məni anamın əlindən alıb xilas etdi və Şamaxı Rayon Polis Şöbəsinə gətirdi".
Faktla bağlı Şamaxı RPŞ-də Cinayət Məcəlləsinin 145.1-ci, yəni qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə iş açılıb. Rayon məhkəməsinin 10 sentyabr tarixli hökmü ilə Vüqar Talıbov 1 il 6 ay islah işləri cəzasına məhkum edilib. Məhkəmədə qız atasından şikayətçi olmadığını bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1020 Tarix: 19 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYoxsulluq, atasının gedişi, bacısının ölümü - Yan Diomandenin Avropa yolu
Azarkeşlər futbolçuları əsasən meydandakı çıxışları, vurduqları qollar və qazandıqları titullarla tanıyırlar. Ancaq hər uğurlu karyeranın arxasında çətin uşaqlıq illəri, ailə hekayələri, qarşılaşılan maneələr və böyük zəhmət dayanır. -ın yeni "Həyatın oyunçuları" rubrikasında dünya futbolunu
15.07.2026 285 Kosmosda həyatın mənşəyinə dair "şirin" dəlil tapıldı
Astronomlar kosmosda həyatın Yer üzündə necə yarandığına dair mühüm dəlillər verə biləcək yeni bir şəkər növü aşkar ediblər. Alimlərin fikrincə, bu kəşf kainatda həyatın yaranması ilə bağlı suallara yeni baxış təqdim edə bilər. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar moruq və günəşdən qoruyuc
15.07.2026 270 III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir
xəbər portalı ölkənin peşəkar jurnalist və yazarları arasında saytın qurucusu, mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş II "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsini elan edir. Müsabiqə Azərbaycan jurnalistikasında peşəkarlığın, milli dəyərlər
15.07.2026 207 Özəl bağça və məktəblərdə qiymət artımı: Maaşlar yerində saydığı halda təhsil niyə bahalaşır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Son illərdə Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqlarının ardıcıl şəkildə artırılması valideynlərin narahatlığını daha da gücləndirib. Yeni tədris ili yaxınlaşdıqca bəzi özəl bağça və məktəblərin qiymətlərə yenidən baxması ailə büdcəsinə əlavə yük yaradıb. Xüsusilə ölkədə əməkhaqları v
15.07.2026 243 Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət
Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarında
15.07.2026 340 "Kompleksim olsaydı, bu reklama çəkilməzdim"
Aktyor Taleh Yüzbəyovun qalmaqallı reklam çarxında estetik əməliyyat keçirmiş qız obrazını canlandıran aktrisa Türkan Murad tənqidlərə münasibət bildirib. Axşam.az-ın məlumtına görə, aktrisa tənqidlərə belə cavab verib:. "İlk növbədə təbriklərə görə hər kəsə təşəkkür edirəm. Məni qınayanlara is
15.07.2026 437 Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
Azərbaycanlı gənc Rusiyada çayda boğulub. BİG.AZ -a istinadən xəbər verir ki, Zaqatalanın Yeni Suvagil kənd sakini, 25 yaşlı Emin Zahir oğlu Tahirov çayda çimərkən boğulub. Mərhum doğulduğu kənddə dəfn edilib
15.07.2026 310 Bu gündən Azərbaycanda yeni 100 manatlıq əskinaslar tədavülə buraxıldı
Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını bu gündən tədavülə buraxır. Bu barədə AMB xəbər yayıb. Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəv
15.07.2026 305 Tarkandan ailə fotosu
Müğənni Tarkan şəxsi bloqunda ailəsi ilə birlikdə nadir fotosunu paylaşıb. OLAY yazır ki, kadrlarda 2016-cı ildə ailə qurduğu həyat yoldaşı Pınar Dilek və iki il sonra dünyaya gələn qızı Liya yer alıb. "Həyatımdan da dəyərli olan iki can. Əziz qızım, həyatımıza günəş kimi daxil olduğun üçün ço
15.07.2026 352