"20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə sərəncam tarixi zərurətdən doğan qərardır" - Bəhruz Məhərrəmov

"20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə sərəncam tarixi zərurətdən doğan qərardır" - Bəhruz MəhərrəmovPrezident İlham Əliyevin Sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, bu hadisə Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malikdir və möhtərəm Prezidentin antiterrror tədbirlərində Zəfərimizə nail olunduğu günün - 20 sentyabrın Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə Sərəncamı tarixi zərurətdən doğan qərardır:

"Azərbaycan Respublikasının öz müstəqilliyini de-yure olaraq hələ 1991-ci ildə əldə etməsinə baxmayaraq Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərimizin 20 faizinin 30 ildən artıq bir dövrdə işğal altında qalması, özünü beynəlxalq ictimaiyyət adlandıran bir sıra beynəlxalq subyektlərin Ermənistanın bu işğal və təcavüz siyasətinə dəstək verməsi uzun bir dövr ərzində dövlətimizin özünün beynəlxalq hüquqla tanınan bütün ərazilərində suveren haqlarını bərpa etməsi qarşısında maneə kimi çıxış etmişdir. Qeyd edilən situasiya işğalçı Ermənistanı yeni cinayətlərə təşviq etmiş, bu ölkə azərbaycanlılara qarşı etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törədərək, habelə işğal altında olan ərazilərimizi kütləvi olaraq minalayaraq problemi daha da dərinləşdirmişdi. Lakin cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı altında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Zəfəri ilə bu status-kvo köklü şəkildə dəyişmiş, Azərbaycan öz torpaqlarının böyük bir qismini hərbi-siyasi yolla işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla, çoxsaylı beynəlxalq sənədləri, o cümlədən beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin aliliyini təmin etmişdir. Lakin bildiyiniz kimi, Vətən müharibəsindən sonrakı dövrdə də Azərbaycan ərazilərində separatçı xunta rejimi öz varlığını davam etdirməkdə və regionda sülh və sabitlik üçün, o cümlədən beynəlxalq hüququn aliliyi üçün təhdid yaratmaqda idi. Ötən il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması ilə nəticələnən antiterror tədbirləri şanlı tariximizə Azərbaycan Respublikasının bütün ərazilərində konstitusiya quruluşunun bərpa edilməsi prosesi kimi düşmüş oldu. Azərbaycan əleyhinə müxtəlif platformalarda çoxsaylı qarayaxma kampaniyaları və hücumlara baxmayaraq cənab İlham Əliyevin qətiyyəti və Ordumuzun gücü hesabına Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq Qarabağ iqtisadi rayonunda tam şəkildə suveren haqlarını bərpa etməklə həm də bütövlükdə bölgə üçün yeni bir səhifə açmış oldu. Belə ki, regionda və regiondan kənarda separatizmdən, terrorçuluqdan əziyyət çəkən beynəlxalq subyektlər Azərbaycanın effektiv mübarizə formuluna ustad dərsi kimi baxmağa və haqlı olaraq nəticə çıxarmağa başladılar. Cənab İlham Əliyev Azərbaycan ərazilərində separatizmə son qoymaqla ölkəmizin suverenliyini tam şəkildə bərqərar etmiş və bu gün artıq Xankəndi başda olmaqla, Qarabağ iqtisadi rayonunun hər bir guşəsində digər beynəlxalq hüquqla tanınan ərazilərimizdə olduğu kimi Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalanmaqdadır. Təbii ki, bu hadisə Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malikdir və möhtərəm Prezidentin antiterrror tədbirlərində Zəfərimizə nail olunduğu günün - 20 sentyabrın Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə Sərəncamı tarixi zərurətdən doğan qərardır".

Şəbnəm Lətifi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1088   Tarix: 19 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yoxsulluq, atasının gedişi, bacısının ölümü - Yan Diomandenin Avropa yolu

Azarkeşlər futbolçuları əsasən meydandakı çıxışları, vurduqları qollar və qazandıqları titullarla tanıyırlar. Ancaq hər uğurlu karyeranın arxasında çətin uşaqlıq illəri, ailə hekayələri, qarşılaşılan maneələr və böyük zəhmət dayanır. -ın yeni "Həyatın oyunçuları" rubrikasında dünya futbolunu

15.07.2026 285
.

Kosmosda həyatın mənşəyinə dair "şirin" dəlil tapıldı

Astronomlar kosmosda həyatın Yer üzündə necə yarandığına dair mühüm dəlillər verə biləcək yeni bir şəkər növü aşkar ediblər. Alimlərin fikrincə, bu kəşf kainatda həyatın yaranması ilə bağlı suallara yeni baxış təqdim edə bilər. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar moruq və günəşdən qoruyuc

15.07.2026 270
.

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

xəbər portalı ölkənin peşəkar jurnalist və yazarları arasında saytın qurucusu, mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş II "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsini elan edir. Müsabiqə Azərbaycan jurnalistikasında peşəkarlığın, milli dəyərlər

15.07.2026 207
.

Özəl bağça və məktəblərdə qiymət artımı: Maaşlar yerində saydığı halda təhsil niyə bahalaşır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Son illərdə Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqlarının ardıcıl şəkildə artırılması valideynlərin narahatlığını daha da gücləndirib. Yeni tədris ili yaxınlaşdıqca bəzi özəl bağça və məktəblərin qiymətlərə yenidən baxması ailə büdcəsinə əlavə yük yaradıb. Xüsusilə ölkədə əməkhaqları v

15.07.2026 243
.

Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarında

15.07.2026 340
.

"Kompleksim olsaydı, bu reklama çəkilməzdim"

Aktyor Taleh Yüzbəyovun qalmaqallı reklam çarxında estetik əməliyyat keçirmiş qız obrazını canlandıran aktrisa Türkan Murad tənqidlərə münasibət bildirib. Axşam.az-ın məlumtına görə, aktrisa tənqidlərə belə cavab verib:. "İlk növbədə təbriklərə görə hər kəsə təşəkkür edirəm. Məni qınayanlara is

15.07.2026 437
.

Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü

Azərbaycanlı gənc Rusiyada çayda boğulub. BİG.AZ -a istinadən xəbər verir ki, Zaqatalanın Yeni Suvagil kənd sakini, 25 yaşlı Emin Zahir oğlu Tahirov çayda çimərkən boğulub. Mərhum doğulduğu kənddə dəfn edilib

15.07.2026 310
.

Bu gündən Azərbaycanda yeni 100 manatlıq əskinaslar tədavülə buraxıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını bu gündən tədavülə buraxır. Bu barədə AMB xəbər yayıb. Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəv

15.07.2026 305
.

Tarkandan ailə fotosu

Müğənni Tarkan şəxsi bloqunda ailəsi ilə birlikdə nadir fotosunu paylaşıb. OLAY yazır ki, kadrlarda 2016-cı ildə ailə qurduğu həyat yoldaşı Pınar Dilek və iki il sonra dünyaya gələn qızı Liya yer alıb. "Həyatımdan da dəyərli olan iki can. Əziz qızım, həyatımıza günəş kimi daxil olduğun üçün ço

15.07.2026 352
.

TOP MP3