Ətraf mühiti çirkləndirənləri hansı cəza gözləyir? AÇIQLAMA

Ətraf mühiti çirkləndirənləri hansı cəza gözləyir? AÇIQLAMAAtmosferin, suyun, torpağın və ərzaq məhsullarının çirklənməsi insan sağlamlığına zərər vurur. Hər il havaya 200 milyon tondan çox zəhərli qaz buraxılır. Bütün bunlar fabriklərin, elektrik stansiyalarının, avtomobil mühərriklərinin işləməsindən əmələ gələn tullantılardır.
Son illərdə ətraf mühitin təmizliyinin həyatımızdakı rolunu anlamağa, bəşəriyyətin, biosferanın və bütün planetin taleyində məsuliyyətimizi dərk etməyimizə baxmayaraq, biz hələ də ətraf mühiti yetərincə qoruya bilmirik. Hələ də müxtəlif növ tullantıları artıran, "öz tökdüyünü özü təmizləməyən" insanların sayı kifayət qədərdir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 25-ci fəslində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar və bu xətalara görə məsuliyyətlər nəzərdə tutulub.

Ətraf mühiti çirkləndirənləri hansı cəza gözləyir? AÇIQLAMA"Məcəllənin həmin fəslində yer alan 271-ci maddə tullantıların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyəti müəyyənləşdirir. Qeyd olunan əməllərə yol verən fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Bundan başqa, İXM-nin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulub. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə isə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilirlər.
Həmçinin dəmir yolu qatarlarında vaqonların pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə, metropoliten stansiyalarının vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə görə, gəmilərdən zibil və başqa predmetlər atmağa görə də inzibati cərimələr nəzərdə tutulub".
Mövzu ilə bağlı saytımıza fikirlərini bildirən Ekoloq Telman Zeynalov deyib ki, son illərdə təbiət və meşə zolaqlarının sayı artırılsa da görülən tədbirlər ətraf mühitin qorunması üçün yetərli deyildir:
"Çünki, buna mane olan zibilliklərin sayının artmasıdır. İqlim dəyişmələrində əsas problem hazırda karbon qazı deyil, tullantılar və onların çürüdükdən sonra havaya buraxdığı zəhərli qazlardır.
Hazırda COP29 ərəfəsindəyik. Düşünürəm ki, yerli icra hakimiyyəti və bələdiyyələr zibilliyin sayını artıranları cəzalandıraraq bu problemin qarşısını alacaqlar".

Nuray Nəzərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 942   Tarix: 16 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ən populyar dərmanı üstələyən yeni xərçəng preparatı hazırlandı

"Akeso" və "Summit Therapeutics" biotexnologiya şirkətləri onların hazırladığı yeni ivonesimab preparatının qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzatdığını açıqlayıb. xəbər verir ki, klinik sınaqların üçüncü mərhələsində preparat təxminə

04.09.2026 243
.

Prezident bu ölkələrə yeni səfirlər təyin etdi

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı

04.09.2026 391
.

Sübut haradadır? Ermənistanın Azərbaycana qarşı ittiham kampaniyasına sərt cavab

Ermənistanın bəzi hüquq müdafiəçilərinin Azərbaycanda cəza çəkən erməni əsilli şəxslərlə bağlı son açıqlamaları hüquq müdafiəsi fəaliyyətindən daha çox, siyasi təzyiq kampaniyasının tərkib hissəsi təsiri bağışlayır. Siranuş Sahakyanın Azərbaycanla bağlı səsləndirdiyi ağır iddialar bunun növbəti nümunəsidir

12:04 125
.

Qatlanan "iPhone" bu tarixdə çıxır: görüntüləri sızdırıldı

"Apple"ın ilk qatlana bilən "iPhone" modelinin təqdimatının sentyabrın 9-da keçirilməsi gözlənilir. Lakin cihazın ehtimal olunan prototipi rəsmi təqdimatdan bir həftə əvvəl videoda nümayiş etdirilib. xəbər verir ki, məşhur amerikalı texnobloqer Lyuis Hilsenteqer "Apple"ı

04.09.2026 245
.

İsrail HƏMAS-ın daha bir komandirini məhv etdi

İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib

04.09.2026 247
.

Almaniyada Rusiyanın mümkün "hibrid hücumları" ilə bağlı narahatlıq artır

Almaniyada elektrik şəbəkəsinə qarşı yeni sabotaj cəhdlərinin araşdırılması ölkənin kritik infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Düsseldorf yaxınlığındakı Dormagen şəhərində transformatora müdaxilə edilməyə cəhd göstərilib

04.09.2026 233
.

TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər

Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfə

04.09.2026 212
.

Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ

Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar. Bu barədə -a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva deyib. O bildirib ki, hadisə ilə əlaqəda

04.09.2026 327
.

Hərbi Dəniz Qüvvələrinin bölmə rəisi həbs olundu, sonra qərar dəyişdi

Qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməkdə təqsirləndirilən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi Şahin Kiçibəyov dələduzluqda ittiham olunur. APA-ya istinadla xəbər verir ki, onunla bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsind

04.09.2026 266
.