Yerli balığa həsrət qalmışıq: Yeni mövsümdə bazarlarda vəziyyət necə olacaq?

Yerli balığa həsrət qalmışıq: Yeni mövsümdə bazarlarda vəziyyət necə olacaq?2023-cü ildə Azərbaycan əhalisi adambaşına orta hesabla səkkiz kiloqram balıq və balıq məhsulları istehlak edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ötən il ölkədə ümumilikdə 81,442 min ton balıq və balıq məhsulları istehlak edilib. Hesabat dövrünə Azərbaycanda 87,166 min ton balıq və balıq məhsulları ehtiyatı olub ki, bunun da 72 faizi və ya 62,722 min tonu istehsalın, 24,2 faizi və ya 21,081 min tonu idxalın, 3,8 faizi və ya 3,363 min tonu əvvəlki ildən qalıq hesabına formalaşıb.

Payız aylarının başlaması ilə Azərbaycanda balığa tələbat da artır. Bəs bu mövsüm balıq bazarında bizi nə gözləyir? Balıq məhsullarının qiymətləri necə dəyişəcək?

Bu və digər suallara "Kaspi" qəzetinin məqaləsində cavab tapmaq mümkündür.

İstehlak statistikadan bir neçə dəfə aşağıdır

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlının sözlərinə görə, təqdim olunan rəqəmlər reallığı tam əks etdirmir. Çünki istehlakımız daha aşağıdır:

"Adambaşına səkkiz kiloqram balıq düşməsi çox böyük rəqəmdir. Amma təəssüflər olsun ki, reallığı tam olaraq əks etdirmir. Bu o deməkdir ki, 62 min tonun üzərində daxili istehsal var. Amma bu, hazırkı dövr üçün qeyri-mümkündür. Heç sovetlər dövründə istehsalımız bu həddə olmayıb. O səbəbdən indiki halda da mümkünsüzdür. Azərbaycanda istehlak göstərilən rəqəmlərdən bir neçə dəfə aşağıdır".

Daxili istehsal azalıb

Z.Salmanlının fikrincə, bu il balıq bazarında bizi müsbət tendensiya gözləmir:

"Yeganə nərə cinsli balıqların yetişdirilməsində kiçik inkişaf görülür. Amma bu da qiymətlərin kifayət qədər yüksək olması ilə bağlıdır. Digər bitki ilə qidalanan balıqların, çəkikimilərin istehsalında son 5-6 ildir mütəmadi olaraq azalma müşahidə edilir. Soyuq su balıqlarından forellərin də istehsalında azalma mövcuddur. Hətta minimum həddə düşüb, deyə bilərik. Bu isə balıqçılıqla bağlı nəzarətedici, tənzimləyici orqanın, qurumun olmaması, həmçinin balıq və balıq məhsullarının kənd təsərrüfatı məhsulları sırasına daxil edilməməsi ilə əlaqədardır".

"Dövlətdən dəstək almalıyıq"

Sədr balıqçılığın inkişafı üçün etməli olduqlarımıza da toxundu:

"Hazırda balıqçılıq sahəsində vəziyyət ürəkaçan deyil. Qərar verilib ki, 2025-ci ildən balıqçılıq kənd təsərrüfatı sahəsi hesab olunacaq. Amma bunun üçün keçəcəyimiz uzun bir yol var. Balıqçılığı inkişaf etdirmək istəyiriksə, dövlətdən dəstək almalıyıq. Əks halda, qonşu ölkələrdən geridə qalacağıq. İstehlakın artması üçün istehsal da artmalıdır. Amma bu istiqamətdə müsbət nəticələri ən tez iki ildən sonra görə bilərik".

O qeyd edib ki, qiymətlərə gəldikdə isə, burada elə böyük dəyişiklik yoxdur:

"Qiymətlər nərə cinsli balıqlarda, çəkikimilərdə, forel balıqlarında stabildir. Bunun da səbəbi qonşu ölkələrdən balıq idxal edilməsi ilə bağlıdır. İrandan, Rusiyadan, Çindən kütləvi şəkildə məhsulların idxal olunması bazardakı tələbatı ödəməyə kifayət edir".

Balıqçılıq oktyabr ayından canlanır

Balıqçılar İttifaqının sədri Əfqan Əliyev isə bildirib ki, yayda balıq daha az istehlak edildiyi üçün bazarlarda məhsullarda azalma müşahidə olunur:

"Azərbaycanda bazarlara balıq əsasən oktyabr ayından sonra çıxarılır. Sentyabrdan sənaye balıqçılığına icazə verilir. Xəzər dənizində mayın 1-ə qədər, kiçik su hövzələrində isə aprelin 1-ə qədər balıq ovlanmasına icazə var. O səbəbdən həmin dövrlərdə balıq bol olur. Amma ümumi balıqçılıq oktyabr ayından canlanır. Sentyabrda bir az daha zəif olur. Bunun da səbəblərindən biri insanlarımızın balıqla bağlı fikirləridir. Elə təfəkkür var ki, isti aylarda balıq yemək olmaz. Sentyabrda da havalar hələ tam soyumadığı üçün insanlar balığı oktyabr ayından almağa başlayırlar. Qış aylarında balıq daha çox istehlak edilir".

Yerli balıq bazarlara az çıxarılır

Ə.Əliyevin sözlərinə görə, bazarımızdakı balıqların əksəriyyəti idxal olunur:

"Yayda azalma olduğu üçün qiymət bir az yüksəlir. Yay və yaz aylarında idxal artır. Soyuq dövrdə artıq yerli balıq bazara daxil olduğundan qiymətdə də nisbətən ucuzlaşma müşahidə edilir. Amma yerli balıq bazarlara az çıxarılır. Son günlər balıq bazarımızdakı qiymətləri İrandan və Türkiyədən gətirilən balıq məhsulları tənzimləyir. Çünki yerli balıq məhsulları bazarı tam ələ ala bilmir. Azərbaycana 70 faiz balıq idxal olunur".

Nəzarətsizlik özünü qiymətlərdə göstərir

Sədrin fikrinə görə, Azərbaycanda balıq hazırda ət qiymətinədir. Amma bu sahəni elə inkişaf etdirmək olar ki, qiymətlər 3-5 manata qədər enər:

"Məsələn, əvvəllər nərə balığının kiloqramı 100 manatı keçmişdi. Bu ildən nərəkimilərin qiymətləri xeyli ucuzlaşıb. Hazırda kiloqramı 20-40 manat civarındadır. Bölgə balığı əvvəl 80 manat idi, indi isə 50-60 manatdır. İranda əvvəllər balıq bizdən qat-qat baha idi. İndi dörd dəfə ucuzdur. Bizdə 12 manata satılan İran foreli, öz bazarlarında dörd manatdır. Göl balığı satanlar deyir ki, bizdən 4-5 manata alırlar. Amma bazara 8-10 manata gəlib çıxır. Bunun da səbəbi odur ki, nəzarət yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 903   Tarix: 15 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail əsgərlərinin pilotsuz təyyarə hücumunu ələ keçirməsindən sonra İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib

İsrail ordusu cümə günü bildirib ki, terror təşkilatının İsrail əsgərlərinə qarşı dron atmasından sonra İsrail Müdafiə Qüvvələri Livandakı Hizbullah hədəflərinə zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, əsgərlər cümə günü səhə

11:20 156
.

İsrail HƏMAS-ın daha bir komandirini məhv etdi

İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib

04.09.2026 243
.

Ən populyar dərmanı üstələyən yeni xərçəng preparatı hazırlandı

"Akeso" və "Summit Therapeutics" biotexnologiya şirkətləri onların hazırladığı yeni ivonesimab preparatının qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzatdığını açıqlayıb. xəbər verir ki, klinik sınaqların üçüncü mərhələsində preparat təxminə

04.09.2026 242
.

Sübut haradadır? Ermənistanın Azərbaycana qarşı ittiham kampaniyasına sərt cavab

Ermənistanın bəzi hüquq müdafiəçilərinin Azərbaycanda cəza çəkən erməni əsilli şəxslərlə bağlı son açıqlamaları hüquq müdafiəsi fəaliyyətindən daha çox, siyasi təzyiq kampaniyasının tərkib hissəsi təsiri bağışlayır. Siranuş Sahakyanın Azərbaycanla bağlı səsləndirdiyi ağır iddialar bunun növbəti nümunəsidir

12:04 95
.

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü

ABŞ-ın Florida ştatının Hillsboro dairəsində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Aidiyyəti qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başlayıblar

04.09.2026 220
.

İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim agentliyi "El Nino"nun yaxın aylarda "çox güclü" hadisəyə çevriləcəyini və fevrala qədər davam edəcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, "El Nino" ili

04.09.2026 320
.

Zaxarova Paşinyanı məsxərəyə qoydu - Bulqakovdan sitat gətirdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyana Mixail Bulqakovun "İtin ürəyi" əsərindən sitat gətirərək müraciət edib. xəbər verir ki, Zaxarova bu barədə "Telegram" kanalında paylaşım edib. O, Paşinyanın Rusiyanın Gümrüdəki 102-c

11:02 124
.

TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər

Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfə

04.09.2026 209
.

Bir ştat, bir neçə vəzifə: İşçiyə əlavə ödəniş edilməlidirmi? - ARAŞDIRMA

Bəzi işəgötürənlər işçini bir ştata götürür, lakin ondan bir neçə vəzifənin öhdəliklərini yerinə yetirməyi tələb edir. Bu vəziyyətə bir çox sektorlarda rast gəlinir. Xüsusilə ictimai iaşə sektorunda belə hallarla tez-tez qarşılaşmaq mümkündür. Bu sektorda ən çox rast gəlinən vakansiyalardan biri ofisian

04.09.2026 236
.