Ermənistanı gözləyən təhlükə - ABŞ İrəvanı uçuruma aparır - ŞƏRH

Ermənistanı gözləyən təhlükə - ABŞ İrəvanı uçuruma aparır - ŞƏRH"ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana vəd olunan maliyyə vəsaitinin miqdarını iki dəfə artırması Cənubi Qafqazda gedən proseslərə ciddi zərbə vurur və bu da region üçün təhlükəli tendensiyalar formalaşdırır".

Bunu Oxu.Az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, USAID-in bütün dünyada həyata keçirdiyi siyasətin əsas mahiyyəti bundan ibarətdir ki, agentlik səylərini müxtəlif hakimiyyətləri devirmək üçün, gücləndirir, özünə loyal olan siyasi hakimiyyətlərə isə müxtəlif adlar altında qrantlar ayırır:

"Ermənistanla USAID arasında əməkdaşlığın daha da genişlənməsi cari ilin 5 aprel tarixində Brüsseldə keçirilən Avropa Komissiyası-ABŞ-Ermənistan görüşündən sonra daha da dərinləşib. Biz bu görüş əsnasında bir sıra hərbi-texniki məsələlərlə bağlı razılıq əldə olduğunu deyirdik, lakin Ermənistan, Avropa Komissiyası və Amerika Birləşmiş Ştatları bunu təkzib edir, görüşün yalnız Ermənistanın maliyyə dayanıqlılığının artırılması, demokratiya prosesinin gücləndirilməsi üçün keçirildiyini bildirirdi. Lakin bundan sonra ABŞ-Ermənistan hərbi təlimləri üzə çıxdı və bizim iddialarımız təsdiqini tapdı. Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyinin nümayəndəsi artıq Ermənistan Müdafiə Nazirliyində daim əsaslarla fəaliyyət göstərir və bu, ilk növbədə geosiyasi xarakter daşıyır. Çünki regionda maraqları olan dövlətlər çoxdur".

"Digər tərəfdən, Rusiya sərhədçilərinin Ermənistanın "Zvartnots" hava limanını tərk etməsindən sonra Ermənistana ABŞ hərbi təyyarələri gəlməyə başladı və bu təyyarələrdə həm də erməniəsilli şəxslər silah, sursat və hərbi ləvazimatlar gətirirdilər. Bu ləvazimatların əsas mahiyyəti dağlıq ərazilərdə, çətin relyefli bölgələrdə əməliyyatların aparılmasıdır. Bu da ölkəmizə qarşı təhdidləri gücləndirir. Çünki USAID-in, Avropa İttifaqının Sülh Fondunun və bu kimi maliyyə qurumlarının Ermənistana yardımları heç də təyinatı üzrə xərclənmir, silahlanmaya ayrılır. Digər tərəfdən, Fransa və Hindistan silahları da Ermənistana ötürülür. Bu da regional gərginliyin yeni mərhələyə qalxmasına xidmət edir", - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, digər önəmli məqam ondan ibarətdir ki, USAID-in rəhbəri Samanta Pauelin çirkli pulların yuyulmasında fəal iştirak edən keçmiş Rusiya vətəndaşı, vaxtilə Qarabağda separatçılığın əsas simalarından olan Ruben Vardanyanla sıx əlaqələri var:

"Bu barədə də dəfələrlə müxtəlif qeydlər dərc olunub. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edib, separatçılığa son qoyması USAID kimi qurumları narahat edir. Ona görə də bölgədəki reallıqları pozmaq üçün fəaliyyət göstərirlər. Bu da əlbəttə ki, yolverilməzdir və həm də Bakı ilə Vaşinqton arasında olan münasibətlərə zərbə vurur. Ona görə də Amerika Birləşmiş Ştatları bu məsələlərə diqqətlə nəzər salmalıdır. Çünki Azərbaycan öz təhlükəsizliyini, milli maraqlarını qətiyyətlə qorumaq üçün prosesləri diqqətlə izləyir və preventiv tədbirlər həyata keçirir."

Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə Oxu.Az-a açıqlamasında deyib ki, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin Ermənistanın 5 illik yardımını 250 milyon dollara qədər artırması Nikol Paşinyanın hakimiyyətini qoruyub saxlamaqdan ibarətdir və bu vəsait heç də humanitar məqsədlər üçün deyil:

"Bu yardımlar Paşinyan hakimiyyətin dayaqlarını möhkəmləndirmək, xüsusilə də təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi və yeni silahların alınmasına yönəlib. ABŞ-nin Ermənistana bu kimi yardımları Rusiyanın Ermənistandan tamamilə çıxarılması və dolayısı ilə özünün regionda möhkəmlənmə siyasətinin tərkib hissəsidir. Qərb təsisatları analoji proqramları uzun müddət Gürcüstanda da həyata keçirirdi. Amma bunun uzunmüddətli nəticəsi olmadı".

Ekspert hesab edir ki, bu proseslər Ermənistanda anti-Rusiya ab-havasının inkişafına gətirib çıxarıb: "Bunun nəticəsində artıq Rusiya sərhədçiləri İrəvan hava limanından uzaqlaşdırılıb. Həmçinin Ermənistan KTMT-də fəaliyyətini dondurub və Rusiya əleyhinə fəaliyyətlərini daha da intensivləşdirib. Hətta Rusiya hərbi bazasının bağlanması, İran və Türkiyə ilə sərhədlərin də Rusiya sərhədçiləri tərəfindən mühafizə edilməsinə son vermək də artıq ictimai müzakirəyə çıxarılıb. Bütün bu təlimatlar isə ABŞ tərəfindən verilir və maliyyə yardımları da buna hesablanıb.

"Təbii ki, bu kimi fəaliyyətlər ABŞ-nin Cənubi Qafqaz siyasətinin inkişafı ilə nəticələnməyəcək. Çünki proseslər paralel aparılmalıdır. Xüsusilə Azərbaycanla da bütün müstəvidə əməkdaşlıq həyata keçirilməlidir. Amma biz bunu Ermənistanla daha sıx görürük. Halbuki Ermənistan normal bir dövlət olmaq üçün Azərbaycanla sülh müqaviləsi bağlamalıdır. Amma Amerika Birləşmiş Ştatları əksini edir, Ermənistanı hərbi, siyasi və iqtisadi cəhətdən dəstəkləməklə prosesləri tormozlamağa çalışır. Necə ki, ABŞ 30 il ərzində Azərbaycanın əraziləri işğal altında olanda Ermənistan-Azərbaycan sərhədinin toxunulmazlığını xatırlamayıb, işğalın sona çatması üçün tutarlı addımlar atmayıb. Lakin indi ayrı-seçkilik edərək Ermənistanı birmənalı olaraq dəstəkləyir, bu ölkədəki revanşizm əhvali-ruhiyyəsinin artmasına zəmin yaradır. Çünki Ermənistan hələ ki nə KTMT-dən, nə də Avrasiya İqtisadi İttifaqından çıxıb. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası fəaliyyətinə davam edir və hakimiyyətə təhdid olaraq qalır. Ona görə də ABŞ-nin Ermənistana yardımları müsbət nəticə verməyəcək", -deyə şərhçi vurğulayıb.

Müsahibimiz Ermənistan ordusunun uzun illər Azərbaycan ərazilərini minalamasına, Azərbaycanın hələ də minalardan əziyyət çəkməsinə və bütün bunların fonunda ABŞ-nin bununla bağlı ölkəmizə real dəstək vermədiyinə də diqqət çəkib:

"Bir sözlə, ABŞ regionda Ermənistana birmənalı dəstək verməklə ikitirəlik yaradır ki, bu da onu region üçün etimad edilməyən tərəfə çevirir. Lakin necə ki, Gürcüstan ABŞ-nin orbitindən çıxdı, Ermənistan da Amerika Birləşmiş Ştatlarımın orbitindən çıxacaq və nəticədə Qərbin planları fiaskoya uğrayacaq. ABŞ Ermənistanı bu qədər çox istəyirsə, Ermənistan rəhbərliyinin Azərbaycan və Türkiyə ilə normal danışıqlara getməsinə və sülh müqaviləsi bağlamasına çalışmalıdır. Onun regionla bağlı siyasəti də bu zaman müsbət nəticə verə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1092   Tarix: 14 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zaxarova Paşinyanı məsxərəyə qoydu - Bulqakovdan sitat gətirdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyana Mixail Bulqakovun "İtin ürəyi" əsərindən sitat gətirərək müraciət edib. xəbər verir ki, Zaxarova bu barədə "Telegram" kanalında paylaşım edib. O, Paşinyanın Rusiyanın Gümrüdəki 102-c

11:02 116
.

Ən populyar dərmanı üstələyən yeni xərçəng preparatı hazırlandı

"Akeso" və "Summit Therapeutics" biotexnologiya şirkətləri onların hazırladığı yeni ivonesimab preparatının qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin ömrünü əhəmiyyətli dərəcədə uzatdığını açıqlayıb. xəbər verir ki, klinik sınaqların üçüncü mərhələsində preparat təxminə

04.09.2026 240
.

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbəro

04.09.2026 412
.

Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ

Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar. Bu barədə -a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva deyib. O bildirib ki, hadisə ilə əlaqəda

04.09.2026 322
.

"Samsung"un yeni qatlanan telefonu testdə: Ekranı dırnaqla cızılır

Qatlanan smartfonlar əvvəlki kimi kifayət qədər həssas və kövrək cihazlar olaraq qalır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə "JerryRigEverything" adı ilə tanınan texnologiya bloqeri "YouTube" kanalında bildirib. Müxtəlif elektron cihazların möhkəmliyini sınaqdan keçirməs

04.09.2026 238
.

Sabah yağış yağacaq

Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şər

04.09.2026 274
.

Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?

Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye

04.09.2026 214
.

İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim agentliyi "El Nino"nun yaxın aylarda "çox güclü" hadisəyə çevriləcəyini və fevrala qədər davam edəcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, "El Nino" ili

04.09.2026 317
.

"Liverpul" 18 yaşlı hücumçunu aldı

Fransalı hücumçu Cilian Ngessan İngiltərənin "Liverpul" klubu ilə müqavilə imzalayıb. xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata əsasən, "Liverpul" "Sent-Etyen"in futbolçusu Cilian Ngessanın transferi ilə bağlı razılığa gəlib. Fransalı hücumçu yanva

04.09.2026 218
.