Azərbaycanda qızılca HƏYƏCANI - Məktəblər açılandan sonra...

Azərbaycanda qızılca HƏYƏCANI - Məktəblər açılandan sonra...Həkimlər qeyd edir ki, virus infeksiyaları bu mövsümdə daha çox yayılır

Bir neçə gündən sonra Azərbaycanda yeni tədris ili başlayacaq. Məktəblərin açılması ilə uşaqların bir-biri ilə daha sıx təmasda olması və havaların tədricən soyuması bir sıra infeksion xəstəliklərin yayılma riskini təzədən dündəmə gətirəcək.

Bəs payızda hansı virus və ya mikrob xəstəlikləri özünü göstərə bilər? Ölkədə qızılca təhlükəsini sovuşmuş hesab etmək olarmı? Valideynlər nəyə diqqət etməli?

Azərbaycanda son günlər müxtəlif infeksion xəstəliklər yayılıb. Səhiyyə Nazirliyi bununla bağlı əhaliyə xəbərdarlıq edib.

İnsanlarda arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, öskürək, boğaz ağrısı, burun axması, bəzən isə ürəkbulanma, qusma kimi hallar bu infeksiyaların əlamətidir, baş infeksionist Təyyar Eyvazov bildirib. Mütəxəssis deyib ki, belə infeksiyalar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir. Onlar hava-damcı və təmasla daha çox yayılır. Xəstəlik, əsasən yüngül və fəsadsız keçsə də, nazirlik infeksiyaya yoluxmuş şəxslərlə yaxın təmasdan çəkinməyi, gigiyena qaydalarına əməl etməyi tövsiyə edir. Qurum təmsilçisi bildirir ki, xəstəliyin əlamətlərini hiss edənlər vaxtında həkimə getsinlər.

Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini bölüşüb: "Həmişə olduğu kimi payız aylarında həm havanın kəskin dəyişməsi, həm də uşaqların bir-birilə sıx təmasda olması bir sıra xəstəliklərin yayılmasına səbəb ola bilər. Ən çox gözlədiyimiz respirator viruslarının baş qaldırmasıdır. Sıx təması aradan qaldıra bilmərik, çünki hamı məktəbdə olmalıdır. Valideynlər mütləq uşaqlarını havaya uyğun geyindirməlidirlər. Hətta mən təklif verərdim ki, hava yaxşı olsa belə bir az qalın paltar özləri ilə götürməlidirlər ki, hava dəyişəndə onu geyinə bilsin. Məktəb uşaqların immunitetinə təsir edən hadisədir, xəstəliklərə müqavimət azalır. Ona görə uşaqların qidalanmasına ciddi fikir vermək lazımdır. Menyuda ən çox tərəvəzlər və ət yeməkləri olmaladır. Yaxşı olar ki, şirniyyat kəskin azaldılsın. Yeməklər evdə hazırlanmalıdır. Bir də vacib məsələ, səhər tezdən uşaq mütləq yemək yeməlidir. Beyin ac qalmamalıdır. Boş mədə ilə məktəbə gedən uşağın qavramasında mütləq problem olur. Həm də ac uşaq mütləq zəif olur, bədənin müqaviməti olmur".

Pediatr əlavə edib ki, qızılcaya yoluxma xeyli azalıb: "Amma ölkədə kifayət qədər peyvənd olunmayan uşaq var. O epidemiya da bizə açıq dərs olmadı. Düzdür, ölüm hadisələri olanda bir az peyvəndə axın oldu, maraq artdı. Bununla belə peyvəndsiz uşaqlar kifayət qədərdir. Valideynlərə məsləhət görərdim ki, heç olmasa qızılcaya görə uşaqlarına peyvənd etdirsinlər. Göyöskürək yenə də var, əvvəlki kimi çox olmasa da. Bu kimi yoluxucu xəstəliklərin məktəb vaxtı artması həddən artıq çoxdur".

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov isə deyir ki, məktəblilərin qida qəbulu vərdişlərinin dəyişilməsi sağlam qidalanma sahəsində yaranan əsas məsələlərdən biridir: "Son bir neçə onillik ərzində məktəblilərin yemək vərdişləri və ev mühitində hazırlanan qidaların tərkibi əhəmiyyətli dərəcədə dəyişib. Hər iki valideynin işləməsi və vaxt məhdudiyyəti nəticəsində, yeməklərin əsasını emaldan keçən və qablaşdırılan yarımfabrikatlar təşkil edir.

Təəssüf ki, uşaqları ev şəraitində hazırlanan qidaların qəbuluna cəlb etmək çox nadir hallarda rast gəlinir. Ona görə də, yeniyetmələr sağlam qida hazırlamaq bacarıqları qazanmadan böyüyürlər. Məktəbli uşaqların qəbul etdikləri qidalar gün ərzində həm zehni, həm də fiziki aktivliyi təmin edəcək qədər zəngin qida maddələrindən ibarət olmalıdır. Belə ki, əsasını karbohidrat, yəni şəkər təşkil edən qidalar dəyəri zəif qidalardandır, çünki tez doyma və tez acmaq hissi yaradırlar. Uşaqlara sağlam qidalanma vərdişlərinin aşılanması valideyinlərin müsbət nümunə göstərməsi ilə mümkündür. Əgər valideyinlər sağlam qidalanmaya riayət etmirlərsə, onda belə vərdişlərin qazanılmasına inam yaratmaq xeyli çətinləşir. Uşaqlar üçün televizora, videooyunlara və kompütera ayrılan vaxt dəqiq təyin edilməlidir. Belə vərdişlərə aludə olmaq adətən oturaq həyat tərzi sürmək və əlavə qida qəbul etməyə səbəb olur. Nəticədə, piylənmə və ürək-damar xəstəliklərinin yaranması riski artır. Uşaq və yeniyetmələrdə sağlam qidalanma haqqında düzgün təsəvvür yaradılmasına çalışılmalıdır. Bu məqsədlə, yeniyetmələrə qida hazırlanmasında və yeməklərin seçilməsində iştirak etmək imkanı yaradılmalıdır.

Ailə ilə birgə qida qəbulu sağlam qidalanma vərdişləri yaradır və ailə ilə keçirilən vaxt uşaqlar üçün çox əhəmiyyətlidir. Bu, uşaqda gündəlik sağlam qidalanma rejimi yaradır. Bütün bunlar sağlam qidalanma ideyasını aşılayır və onu həyat tərzinə çevirməyə imkan verir. Uşaqları qida maddələri ilə təşviq etməkdən çəkinmək lazımdır. Konfet və qəlyanaltılarla mükafatlandırma isə pis vərdişlərin formalaşmasına kömək edir. Yemək qəbulu bir ailə tədbiri kimi təşkil edilməlidir. Uşaqlarla bir masa başında oturduqda, onlarda sağlam olmayan qida qəbulu və ya həddindən artıq yemək şansı azalır

Uşaqların sağlamlığı üçün məsul olan tibb işçiləri tərəfindən şagirdlərin ürək-damar sisteminin normal inkişafına diqqət yetirilməsi, bədən kütlə indeksinin təyin edilməsi, arterial təzyiqin və qanda xolesterinin miqdarının ölçülməsi təmin olunmalıdır.

İmkan verilməlidir ki, uşaqlar müxtəlif fiziki aktivlik növlərini təcrübədən keçirsinlər və seçsinlər".

Həkim əlavə edib ki, məktəblilərin yemək saatı əsasən nahar fasiləsi zamanı olur. Menyuda tərəvəz salatı, təbii meyvə şirəsi, alma və ya mövsümə uyğun meyvələr, həmçinin protein balansı üçün ət, toyuq və balıq ola bilər: "Amma unutmamaq lazımdır ki, uşaqların zehni və fiziki aktivliyini təmin etmək, şagirdin konsentrasiyasının dərsə yönəlməsi üçün səhərlər ac qalmamalı, səhər yeməyi mütləq yeyilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 765   Tarix: 14 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Yazırlar ki, "nə boydadır?"

Aparıcı Aytən Səfərova artıq çəkisi ilə bağlı səhhətində problemlər yaşadığını açıqlayıb. Axşam.az xəbər verir ki, aparıcı son günlər görünüşü bağlı ünvanına yazılan mənfi şərhlərə münasibət bildirib:. "Çox adam paylaşdığım videoda yazır ki, "Ay, bu nə boydadır. Bəli, o boyda olmasam, mən niy

15.07.2026 422
.

Sabah 35 dərəcə isti olacaq

İyulun 17-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-35 isti olacaq. Atmosfer təzyiq

12:42 75
.

Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)

İspaniya kral ailəsinin ən çox diqqət çəkən üzvlərindən biri həyatında mühüm mərhələni geridə qoyaraq yeni dövrə qədəm qoyub. İndi isə onunla bağlı başqa bir mövzu gündəmin əsas məsələlərindən birinə çevrilib. Onu uzaqdan izləyənlər vaxtı gələndə bu gənc qadının kiminlə evlənəcəyini maraqla gözləyirlər

15.07.2026 392
.

Rusiya ordusu Ukraynanın Sumı şəhərini bombalayıb: 3 nəfər ölüb, 17 nəfər yaralanıb

Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Sumı şəhərinə altı idarəolunan aviasiya bombası ilə zərbə endirib. APA xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov "Telegram" kanalında məlumat yayıb. Onun sözlərinə görə, hücum nəticəsində 3 nəfə

15.07.2026 233
.

14 il şiddət görən qadının əri saxlanıldı

İki gün öncə həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı üçün uşaqları ilə birlikdə sığınacağa yerləşdirilən qadının əri polis əməkdaşları tərəfindən saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sosial şəbəkə hesabında paylaşı

15.07.2026 469
.

Dünyada bu ilin ən yüksək temperaturu qeydə alındı - 51,5 dərəcə

2026-cı ildə dünyada ən yüksək temperatur qeydə alınıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, İranda həddindən artıq temperatur qeydə alınıb. İyulun 12-də Delhoran şəhərində 51,5C isti olub. Bu, 2026-cı ildə dünyada ən yüksək temperatur hesab edilib. Xəbər verilir ki, iyulun 14-də İran rəsmilər

15.07.2026 282
.

Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Yenilənib

Quba Rayon Mərkəzi Xəstəxanasında faciəvi hadisə baş verib. "Qafqazinfo" "Shimal.news"a istinadən xəbər verir ki, 5 aylıq hamilə olan gənc qadın vəfat edib. İddialara əsasən, mərhuma antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Onun bir uşağının olduğu bildirilir

11:38 272
.

Kosmosda həyatın mənşəyinə dair "şirin" dəlil tapıldı

Astronomlar kosmosda həyatın Yer üzündə necə yarandığına dair mühüm dəlillər verə biləcək yeni bir şəkər növü aşkar ediblər. Alimlərin fikrincə, bu kəşf kainatda həyatın yaranması ilə bağlı suallara yeni baxış təqdim edə bilər. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar moruq və günəşdən qoruyuc

15.07.2026 305
.

Kondisionerdə "3 dəqiqə qaydası" nədir? - Cihazı sıradan çıxarmamağın vacib sirri

Bir çox insan kondisioneri söndürdükdən sonra onu yenidən işə salmağa çalışarkən cihazın bir neçə dəqiqə ərzində reaksiya vermədiyini müşahidə edib. İlk baxışda bu nasazlıq kimi görünsə də, əslində belə deyil. xarici mediaya istinadən xəbər verir ki, bu, istehsalçıların xüsusi olaraq nəzərdə tutduğ

15.07.2026 284
.

TOP MP3