Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL
Birbaşa sənəd və mənbələri oxumayanda hadisəyə münasibət bildirmək çətin olur. Amma istər Tovuzun Dondar Quşçu kəndində azyaşlı Nərminin ölümü ilə bağlı hadisədə, istərsə də Türkiyədəki azyaşlı Narinlə bağlı hadisədə oxşarlıq var. Təəssüf ki, Azərbaycanda istintaq qrupu Nərminlə bağlı hadisədə mümkün halları araşdırmadı. Türkiyədə isə peşəkarlıqla yanaşdılar, foksu Narinin yaxınlarına qarşı çevirdilər.
BiG.AZ bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında yazıçı Qan Turalı deyib.
"Lakin Nərminin yaxınları televiziyada şou göstərdilər və onlarla bağlı ehtimallar araşdırılmadı, istintaqı şüurlu şəkildə azdırmağa çalışdılar. Narin olayında da ailə ilk vaxtlarda istintaq orqanları ilə əməkdaşlıq etmirdi. Narinlə bağlı ekspertizanın ilkin nəticələri açıqlandı, məlum oldu ki, qızcığaz 15 gün suda qalıb, ayağında qırıq var, boğulma əlamətləri qeydə alınıb. Bu cür cinayətlər əksər hallarda yaxın çevrədəkilər tərəfindən törədilir. Cinayətin çəmbərini daraldanda ən azı ailənin xəbərdar olduğu bəlli idi. Variantlar da son nəticədə gətirib ona çıxardı ki, valideynləri dünən saxlanıldıqları üçün onun dəfn mərasimində iştirak edə bilmədilər. Hər bir halda son dərəcədə dəhşətli haldır", - deyə qeyd edib.
Qan Turalının fikrincə, Türkiyədə hər hansı hadisə olanda gec aşkarlananda, hüquq-mühafizə orqanları ləng fəaliyyət göstərirsə, ya o məsələnin arxasında təriqətlər var, ya da siyasi məsələlər dayanır: "Təəssüf ki, neqativ meyllər hələ də qalmaqdadır. Narinin anası da eynilə Nərminin anası kimi istintaqı azdırmağa çalışırdı, deyirdi oğurlayıblar. Nərminin anası da deyirdi sarı taksi ilə aparıblar. Polis araşdırması nəticəsində kamera görüntüləri ilə aydınlaşdı ki, nəinki sarı rəngdə, ümumiyyətlə hadisə yerindən taksi keçməyib. Görürsünüzmü, bu və ya digər məsələlər bir-birinə necə bənzəyir. Ailə istintaqı azdırmağa çalışır, amma gərək istintaq yolundan azmaya. Tam səmimi deyim ki, Türkiyədə də ictimaiyyət, mətbuat bu məsələnin üstündə durmasaydı, asanlıqla bunun üstündən keçərdilər".
Onun sözlərinə görə, uşaqlar barədə bu qədər çağırışlar edilsə də, əfsuslar olsun ki, onlara qarşı törədilən bu cinayətlər dayanmır, əksinə artır: "Ən pisi də odur ki, bu iyrənc hadisələr uşaqları birbaşa qorumaq konstitusion vəzifəsi olan valideynlər və ya yaxınlar tərəfindən törədilir. O qədər dəhşətli hadisədir ki, bir insanın xarakteri üzə çıxır, insan öz övladına qarşı bu qədər amansız davrana, digərləri də buna qarşı susqunluq nümayiş etdirə bilərmi?.. Dünən televiziyada baxdım, məsciddəki imam xütbə zamanı bildirib ki, həm cinayəti törətmək, həm də bilib gizlətmək böyük günahdır. Çox təəssüf ki, özlərini dindar hesab edən, 8 yaşlı uşağını Quran kursuna göndərən ailələr bu cür amansız şeylər edirlər. Quran bir insanı öldürməyi bütün bəşəriyyəti öldürməyə bərabər sayır. Onlar Qurandan da, o əxlaqdan da bir şey başa düşməyiblər".
Xatırladaq ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti dünən Tavşantəpə kəndi ərazisində tapılıb, bu gün dəfn edilib.
Qeyd edək ki, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 14922 Tarix: 11 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşM7 ekspres marşrutu açılır - "20 Yanvar"dan "Həzi Aslanov"a qədər gedəcək
Yeni ekspres marşrut xətti fəaliyyətə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli"
04.09.2026 270 Gedişhaqqı artırılır - Bakıda ictimai nəqliyyatda YENİ BAHALAŞMA - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyat sistemində illərdir həllini tapmayan avtobus qıtlığı, uzun intervallar, sıxlıq və bərbad xidmət səviyyəsi sərnişinlərin hər gün qarşılaşdığı əsas acı həqiqətdir. Paytaxt sakinləri dayanacaqlarda saatlarla gecikən avtobusları gözləməyə məcbur edildiyi bir şəraitdə, aidiyyəti qurumları
04.09.2026 1464 Çin şirkətləri ABŞ-a nadir torpaq metalları göndərməkdən imtina edir
Çində bəzi nadir torpaq elementi təchizatçıları ABŞ şirkətlərinə məhsul göndərməyi dayandırıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bir sıra Çin şirkətləri Pekinin mümkün reaksiyasından ehtiyat edərək ABŞ-a nadir torpaq metalları tədarük etməkdən çəkinir. Bu vəziyyət ABŞ Prezidenti Donald Tram
04.09.2026 238 Elgizin verilişi bu tarixdə başlayacaq
Tanınmış teleaparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, aparıcının "Şadlıq olsun" adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq. Aparıcı verilişin bütün sosial platformalarda yayımlanacağın
04.09.2026 277 "Samsung"un yeni qatlanan telefonu testdə: Ekranı dırnaqla cızılır
Qatlanan smartfonlar əvvəlki kimi kifayət qədər həssas və kövrək cihazlar olaraq qalır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə "JerryRigEverything" adı ilə tanınan texnologiya bloqeri "YouTube" kanalında bildirib. Müxtəlif elektron cihazların möhkəmliyini sınaqdan keçirməs
04.09.2026 232 TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər
Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfə
04.09.2026 197 ABŞ-İran müharibəsində SON DURUM: Hörmüzdə gəmiçilik kəskin azaldı, neft bahalaşdı
ABŞ və İran arasında son günlər yenidən şiddətlənən qarşıdurma Yaxın Şərqdə gərginliyi artırıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, ABŞ-ın İrana qarşı yeni hava zərbələrindən sonra Tehran da cavab tədbirlərini genişləndirib. İran qüvvələrinin ABŞ-ın bölgədəki hərbi obyektlərinə və Vaşinqtonu
04.09.2026 207 NASA-dan nəhəng kosmik missiya - Teleskop milyardlarla qalaktikanı araşdıracaq
NASA iki milyarddan çox qalaktika haqqında məlumat toplaya biləcək "Nensi Qreys Roman" kosmik teleskopunu orbitə çıxarıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Agentliyin məlumatına görə, teleskop Bakı vaxtı ilə saat 14:26-da Floridada yerləşən Kennedi Kosmik Mərkəzindən "SpaceX"
04.09.2026 188 Rusiyanın Avropaya qarşı hibrid müharibəsi: Təhlükə böyüyür - POLİTOLOQDAN AÇIQLAMA
Rusiyanın Avropaya qarşı hibrid müharibə apardığı ilə bağlı narahatlıqlar getdikcə artır. Sabotaj, kiberhücumlar, casusluq, kritik infrastruktura müdaxilə, pilotsuz uçuş aparatlarından istifadə və dezinformasiya kampaniyaları Avropa ölkələrinin təhlükəsizlik gündəmində əsas məsələlərdən birinə çevrilib
04.09.2026 346