Xocalı və Xocavənddə yanğın: Əraziyə helikopterlər cəlb edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xocalı rayonu, Həsənabad kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Oxu.Az-a bildirilib ki, məlumatla əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb.
Həmçinin, Xocavənd rayonunun Cütcü kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında nazirliyin qüvvələri əraziyə cəlb olunub.
Hazırda göstərilən istiqamətdə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopterləri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 562 Tarix: 11 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda avtomobildən külli miqdarda pul və maqnitofon oğurlandı
Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakininə məxsus VAZ-2106 avtomobilindən 2 800 manat nağd pul və maqnitofon oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərl
19:10 139 Dubayda vurulan bina Ülviylə Fatimənin qaldığı hotelin yaxınlığında imiş…
İran raketi Dubay səmasında uçaraq, "Fairmont The Palm" hotelinin yaxınlığına düşüb və nəticədə yanğın başlayıb. xəbər verir ki, bu səbəblə bloger cütlük Ülvi və Fatimə uşaqları ilə birgə çətin anlar yaşayıb. Belə ki, onların Dubayda istirahət etdiyi hotel partlayış olan yerin yaxınlığındadır
21:17 278 Oğlu Məsud Pezeşkianın SON DURUMUNU açıqladı
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasının durumu ilə bağlı danışıb. xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. O, M.Pezeşkianın sağ olduğunu, sui-qəsd cəhdinin uğursuzluqla nəticələndiyini bildirib
15:39 385 Azərbaycanda əhalinin bank əmanətləri il ərzində 13 %-dən çox artıb
Bu ilin fevralın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 319,6 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % az, 2025-ci ilin fevralın 1-nə nisbətən isə 2,8 % çoxdur. Bunun 47,8 %-i, yaxud 19 milyard 76
15:50 160 Yuxululuğu qısa zamanda necə aradan qaldırmaq olar?
Rusiya Somnoloqlar Assosiasiyasının üzvü, yuxu təbabəti həkimi Alyona Qavrilova yuxululuğu qısa zamanda aradan qaldırmağın yollarını açıqlayıb. -ın xəbərinə görə, bu barədə o, saytına müsahibəsində danışıb. Mütəxəssis qeyd edib ki, orqanizmin tonusunu artırmağın ən effektiv üsulu fiziki aktivlikdir
21:30 72 Tramp federal qurumlara "Anthropic" texnologiyalardan istifadəni qadağan edib
ABŞ Prezidenti Donald Tramp cümə günü Pentaqon da daxil olmaqla, bütün federal agentliklərinə "Anthropic" tərəfindən hazırlanmış süni intellekt (Sİ) texnologiyasından istifadəni dayandırmağı əmr etdiyini bildirib. "Report" xəbər verir ki, o, bu barədə "Truth Social" sosia
16:00 44 Axios: ABŞ və İsrail İrana zərbələr zamanı hədəfləri bölüşdürüb
ABŞ İrana zərbələrini raket proqramı obyektlərinə yönəltdiyi halda, İsrail İran liderlərinə zərbələr endirməyi öz üzərinə götürüb. "Report" xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid mənbəyə istinadən məlumat verib. "ABŞ-nin zərbələri İranın raket proqramına v
20:40 96 Ağdamda ailə davası: 63 yaşlı kişi oğlu ilə birlikdə qardaşını döydü
Ağdam rayonunda 63 yaşlı kişi oğlu ilə birlikdə qardaşını döyüb. -ın məlumatına görə, hadisə rayonun Əfətli kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü Müzəffər Ağayev (soyadı şərtidir) həyətindəki alaq otlarını təmizləyərək küçəyə atıb. O, həmin alaq otlarını qardaşı Nərimanın həyətinə gedə
20:10 136 Azərbaycanda könüllü sığorta bazarı 3 %-ə yaxın kiçilib
Bu ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növləri hesabına 136,456 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövr ilə müqayisədə 2,9 % azdır. Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləğ
17:10 139